Polsada Tehsil - OsvitaPol

Təsvir

Polsada tehsil almaq Polşa universitetlerinin Azərbaycanda rəsmi nümayəndəsi olan OsvitaPol şirkəti ilə sığortalı, rahat və sadə olmuşdur!
OSVİTAPOL PROQRAMI HAQQINDA
OsvitaPol proqramının əsası Varşavada “WyzszaSzkolaKomunikowanialMediowSpolecznych” ilə əməkdaşlıq haqqında razılıq imzalandığından sonra 2003-ci ilin mart ayında qoyulmuşdur.
Polşada təhsil almağa başlayan ilk tələbələr OsvitaPol sayəsində jurnalistika, politologiya, PR, reklam, marketinq və s. kimi istiqamətlərdə təhsil almaq imkanı əldə etmişlər.
Proqram gənclər arasında böyük populyarlıq qazanmış və bu da onun sürətli inkişafına təkan vermişdir. Hər bir abituriyentin arzusunu, onun fərdi ehtiyacını və maddi imkanlarını  nəzərə alaraq OsvitaPol təhsil təkliflərinin geniş seçimi üzərində var gücü ilə (intensiv) çalışmışdır. Biz  tələbələrimizə yalnız  ən keyfiyyətlisini təklif etmək üçün görkəmli Polşa universitetləri ilə əməkdaşlıq edirik.
Öz fəaliyyəti ərzində OsvitaPol gənclər arasında, xüsusilə Polşa akademik mühitində böyük nüfüz qazanmışdır. Bu nüfuzun göstəricisi 2010-cu ilin mart ayında Polşanın Ali Təhsil-Elmi Orqanı “Polşa  Elmlər Akademiyası” ilə əməkdaşlıq haqqında rəsmi razılığın imzalanmasıdır.
OsvitaPol Proqramının  keyfiyyətinin təsdiqi Polşa Respublikası Konsulluğunun dəstəyi ilə Polşa Təhsil Fondu “Perspektywy” tərəfindən  “Studying Poland” Sertifikatının təqdim olunmasıdır.
Polşa dövlət qeydiyyatının Sertifikatı
QƏBULA  ZƏMANƏT
Polşa akademik mühitində "OsvitaPol” şirkətinin  yüksək nüfuzu və qüsursuz reputasiyası, həmçinin əməkdaşlıq haqqında rəsmi razılaşmalar Proqramın iştirakçılarının Polşanın partnyor- ali məktəblərinə daxil olmasının zəmanətidir.
PEŞƏKAR ANALİZ / ALİ MƏKTƏBİN VƏ İXSİSASIN SEÇİMİ VAXTI MƏSLƏHƏTLƏR
Abituriyentin peşə istiqamətinin analizi, fərdi istəyinə və maliyyə imkanlarına əsaslanan təhsil müəssisəsinin və istiqamətinin  seçimi.
 
55  UNİVERSİTET, 1550-DƏN  ÇOX  İXTİSAS
İstənilən zövqə və maliyyə imkanlarına görə təhsil təkliflərinin qeyri-məhdud seçimi.
TƏHSİL YERİNƏ GETMƏDƏN ƏVVƏL
Daxil olma və təhsil prosesi, ödənişlərin ardıcıllığı və yaşayış yeri üzrə məsləhətlər.
PEŞƏKAR ANALİZ / ALİ MƏKTƏBİN VƏ  İXSİSASIN SEÇİMİ VAXTI MƏSLƏHƏTLƏR

Abituriyentin peşə istiqamətinin  analizi, abituriyentin fərdi arzusu və maliyyə imkanlarına görə təhsil müəssisəsinin və istiqamətinin  seçimi.
Polşa Təhsil Nazirliyi və seçilmiş ali məktəbin tələbləri ilə nəzərdə tutulmuş bütün lazımi sənədlərin tərtib olunması.
Seçilmiş ali məktəbə abituriyentin daxil olması ilə bağlı bütün rəsmiyyətlərin  həlli.
Xarici pasportun, tələbə vizasının və hərbi xidmətdən möhlət hüququnun alınması üçün Polşa ali məktəbinə daxil olma haqqında rəsmi sənədin verilməsi.
Viza alınma məsələsinin həllində dəstək. Sənədlər paketinin tərtib olunması, onun doldurulması.
Yaşayış yerinin təmin olunması (yataqxana, mənzilin icarəsi).
Polşaya təhsil almaq üçün getmə zamanı təşkilat və müşayiət.

POLŞAYA GƏLƏNDƏN SONRA

Tələbələrin yerləşdirilməsinin  koordinasiyası
"OsvitaPOL-assistent" tələbə kartının verilməsi
Polşa mobil rabitə operatorunun start paketinin tələbəyə verilməsi.
Lazımi informasiya paketinin verilməsi: əhəmiyyətli telefonlar, ünvanlar, şəhər xəritəsi, ali məktəbə , "OsvitaPol" ofisinə, yataqxanaya və s.yerlərə  gediş marşrutları.
Valyuta mübadilə məntəqəsinə  səfər.
Məişət və ərzaq mallarının alınması üçün ticarət mərkəzinə səfər.
Əsas məsələlərin, təhlükəsizlik qaydalarının  müzakirəsi, Polşada Proqramın koordinatorları ilə tanışlıq məqsədi ilə tələbələrlə "OsvitaPol"  rəhbərliyinin görüşünün   keçirilməsi.
Ali məktəbə, "OsvitaPol" ofisinə və yataqxanaya getmə marşrutları ilə tanışlıq.
Şəhər nəqliyyatından  istifadə olunma qaydaları ilə tanışlıq.
Ali məktəb ilə tanışlıq : dekanatlığa səfər, tələbə biletinin alınması, qrupun təyini, dərs cədvəlinin  alınması, auditoriyalar, ixtisaslaşdırılmış zallar, laboratoriyalar, idman seksiyaları, mühasibat, kafe və s.yerlərlə tanışlıq.
Şəhər nəqliyyatının bütün növlərinə gediş biletinin alınması.
Bank hesabının (arzulanan hallda) açılışı.
Polşada yaşama və təhsil ilə bağlı bütün suallar  üzrə  tələbənin valideynlərinə informasiya-məsləhət dəstəyi.
Polşada təhsil alan tələbələri baş çəkmə arzusunda olan  valideynlər üçün viza və yerləşdirmə məsələlərinin həllində dəstək.

POLŞADA TƏLƏBƏLƏRƏ  DƏSTƏK – "TƏLƏBƏ ASSİSTENT" PROQRAMI 
Sizin əminliyinizin, təhlükəsizliyinizin və perspektivli inkişafınızın  zəmanəti.
TƏHSİL VAXTI HİMAYƏ
Proqramın təcrübəli koordinatorları tərəfindən yataqxanalarda növbə, koordinasiya, informasiya dəstəyi, Polşada tədris və yaşama məsələlərinin həllində praktiki kömək.
GÜNÜN 24 SAAT ƏRZİNDƏ ƏLAQƏ
Fövqəladə hallarda tələbəyə  sürətli və keyfiyyətli dəstək  üçün "Qaynar xətt 24".
POLŞADA TƏLƏBƏLƏRƏ XİDMƏT MƏRKƏZİ
Bizim tələbələrimizə keyfiyyətli xidmət göstərmək və onların rahatlığı üçün Varşavanın mərkəzində funksional koordinasiya mərkəzi işləyir, burada tələbə Polşada tədris prosesi  və yaşama zamanı  yaranan bütün məsələləri müzakirə və  həll edə bilər.
PEŞƏKAR KOORDİNATORLARIN ŞƏBƏKƏSİ
Polşada Proqramın təcrübəli, yüksək mütəxəssisli koordinatorları  Polşada tədris prosesi və yaşama zamanı  yaranan bütün  praktiki məsələlərin həllində tələbələrin və onların valideynlərinin əminliyinin zəmanətidir.
TİBBİ YARDIM
Sağlamlıqla bağlı problemlərin yarandığı halda bizim koordinatorlarımız tibbi yardımın göstərilməsini təxirsiz təmin edəcəklər: evə (yataqxanaya) həkim çağırılacaq və ya poliklinikada müayinəyə qeydiyyat olunacaq.
POLŞADA ÖZƏL YATAQXANALAR
Rahat şərait, gecə-gündüz mühafizə, təmizlik, səliqəlik və əlverişli qiymətlər. Tələbələrə  baş çəkmə zamanı valideynlərin yerləşdirilməsi.
HÜQUQİ DƏSTƏK
"OsvitaPol" tələbələr və ya onların valideynləri üçün vizanın alınmasının və uzadılmasının incəlikləri, evin icarə müqaviləsinin bağlanması qaydaları, işə düzəltmə və s. bu kimi bir çox məsələlərdə kömək göstərəcək. Bizim himayəmizdə  olan tələbələrin  əksəriyyətinin həddi-buluğa çatmamış olmasını  nəzərə alaraq, biz tələbəyə aid olan bütün təkliflərin, müqavilələrin və hər hansı sənədlərin qanuna uyğunluğuna  riayət edirik və bütün  məsələlərin həllinə xüsusi ehtiramla yanaşırıq.
UYĞUNLAŞMA PROQRAMI
Proqram tədris ilinin (1 oktyabr) başlanğıcına qədər sentyabr ərzində Varşavada keçirilən Polşa dilinin intensiv kursu ilə birləşdirilmişdir. Bir ay ərzində tələbələr yeni mühitə uyğunlaşırlar,  Polşanın qaydaları, ənənələri və  mədəniyyəti ilə tanış olurlar, bu da  ölkədə təhsilin başlanğıc mərhələsinin sadələşdirilməsinə imkan yaradır.
POLŞANIN SƏHİYYƏ SİSİTEMİNDƏ QEYDİYYAT
"OsvitaPol" tələbəni onun istəyi ilə Polşa Milli səhiyyə sistemində qeydiyyatdan keçirə bilər, bu tələbələyə bütün Polşa tibbi müəssisələrində  ölkə vətəndaşları ilə  bərabər eyni  xidmət hüququ verir.
BEYNƏLXALQ YER DƏYİŞMƏLƏRDƏ ENDİRİMLƏR
Beynəlxalq nəqliyyat əlaqələrinə xidmət edən şirkətlərlə əməkdaşlıq nəticəsində bizim tələbələrimiz Polşa və digər ölkələr arasında yer dəyişmələrdə qənaət etmək imkanına malikdirlər. Gələcəkdə Azərbaycanla da endirimlər planlaşdırılır.
İŞ AXTARIŞINDA DƏSTƏK
Proqramın iştirakçıları üçün "OsvitaPol" şirkətinin  ixtisaslaşdırılmış "studentonline" saytı  xidmət göstərir. Onun məqsədi  təhsil zamanı və ondan sonra  işə düzəlmə və peşəkar karyeranın planlaşdırılmasında kömək etməkdir.

Əlavə məlumat

Şəhər/Rayon Bakı

Video

Sayt məlumatı

Saytın ID-si: 385
Baxışların sayı: 22
Əlavə edilib: 03.09.20 05:11:10
Yenilənib: 03.09.20 05:11:10
Vaxtı bitir: 03.09.21 05:11:10
Kateqoriya: Xaricdə təhsil

Şərhlər

comments powered by Disqus