VEKA - plastikdən pəncərə və qapı sistemləri

Vebsayt
Vebsayt
Facebook səhifəsi: www.facebook.com/vekarussia/
Instagram səhifəsi: www.instagram.com/vekarus/

Təsvir

VEKA Rus yüksək keyfiyyətli plastikdən pəncərə və qapı sistemlərinin işlənib hazırlanması və istehsalı sahəsində dünya liderindən biri olan VEKA AG konserninin törəmə istehsalat şirkətidir.  VEKA AG şirkəti 1968-ci ildən bazarda fəaliyyət göstərir. Baş müəssisə  Sendenhorst şəhəri, AFR, Şimali-Reyn-Vesitfaliya ünvanında yerləşir.

Konsernin  törəmə istehsalat şirkətləri Almaniyadan başqa, ABŞ, Kanada, Belçika, Böyük Britaniya, Polşa, Çin, İspaniya, Fransa kimi ölkələrdə fəaliyyət göstərirlər. Dünyada VEKA şirkətinin Latın Amerika ölkələri, Hindistan, Sinqapur, Rumıniyada öz fəaliyyətini həyata keçirən kommersiya nümayəndəlikərinin inkişaf etmiş şəbəkəsi fəaliyyət göstərir. 

Bu gün VEKA, pəncərə və qapı konstruksiyalarının hazırlanması üçün plastik profilin dünya üzrə  ən böyük istehsalçılarından biridir. VEKA şirkətlər qrupu öz fəaliyyətini istehsalçı ölkədən asılı olmayaraq bütün müəssisələr üçün vahid keyfiyyət standartını müəyyən edən Sendenhorst şəhərindəki əsas müəssisənin daimi nəzarəti altında həyata keçirir. 

 Konsernin məhsulu dünyanın 50-dan artıq ölkələrinə ixrac edilir

VEKA Rusiyada

VEKA Rusiyada öz şəxsi zavodunu açan ilk Avropa eksruzyon şirkəti olmuşdur. Zavod Moskvadan 30 km məsafədə Troitsk şəhərinin yaxınlığındakı Naro-Fominsk rayonunda inşa olunmuşdur. VEKA Rus şirkətinin birinci zavodu 8 oktyabr 1999-cu il tarixdə açılmışdır. 5 il sonra 8 oktyabr 2004-cü il tarixdə şirkətin Novosibirsk şəhərində ikinci zavodu açılmışdır.  Fevral 2005-ci il tarixdə şirkətin Xabarovsk şəhərində Uzaq şərq filialı fəaliyyətə, həmin ilin may ayında isə Uzaq şərq filialının anbarından profilin göndərilməsinə başlanmışdır.

Əlavə məlumat

Şəhər/Rayon Bakı

Sayt məlumatı

Saytın ID-si: 1096
Baxışların sayı: 12
Əlavə edilib: 31.12.20 18:06:55
Yenilənib: 31.12.20 18:06:55
Vaxtı bitir: 31.12.21 18:06:00
Kateqoriya: Tikinti materialları

Cəmi təkrarlanan baxışlar: 0
Cəmi unikal baxışlar: 11