İnteraz - Rusiyanın ilk azərbaycandilli telekanalı

Təsvir

Rusiyanın ilk azərbaycandilli telekanalı
Telekanal 2007-ci ildə Rusiya Federal Vergi Xidmətinin Rayonlararası müfəttişliyində qeydiyyata alınıb, eləcə də Rusiya kütləvi kommunikasiyalar və mədəni irsin mühafizəsi sahəsində qanunvericiliyə nəzarət Federal Xidmətindən teleproqramların hazırlanmasına dair ЭЛ № ФС 77–22625 şəhadətnaməsini alıb.
Telekanalın baş ofisi Moskvada yerləşir. Rusiyanın aparıcı telekanalları ilə yaxın əlaqəyə malikdir. Bakıda isə rəsmi nümayəndəliyi fəaliyyət göstərir. Telekanal azərbaycan və rus dillərində verilişlər yayımlayır.
“İnterAz” telekanalı 75-ci dərəcədə yerləşən LMİ-1 (ABS-2) peyki vasitəsilə həyata keçirdiyi açıq yayımla Rusiya və MDB ölkələri daxil olmaqla bütün Avrasiya və Şimali Afrikanı əhatə edir. Həmçinin, coxmilyonluq Raduqa kabel operatoru vasitəsilə bütün Rusiya ərazisində baxılma imkanına malikdir. Bundan əlavə efirimiz onlarla kabel ve İPTV şəbəkələri vasitəsilə Azərbaycan, Rusiya və Ukrainada geniş izləyici kütləsinə qovuşur.
Dünya azərbaycanlılarının yeni ünvanı olan “İnterAz” televiziyası ilk milli peykimiz - "Azerspace-1" vasitəsilə də yayımlanır. “Azərspace-1” peyki 46 dərəcə şərq uzunluğu dairəsində, geostasionar orbitdə yerləşir və Avropa, Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionunu əhatə edir. “İnteraz” digər Azerbaycan telekanalları ilə eyni paketdədir.
“İnterAz” kanalı ölkəmizin sərhədlərindən kənarda fəaliyyət göstərən ilk kanal olduğu üçün fəaliyyətə başladığı gündən milli-mənəvi dəyərləri özünə prioritet bilmişdir.
Kanalı peyklər vasitəsilə ölkəmizin, eləcə də dünyanın hər yerindən izləmək mümkün olduğundan “İnterAz” ana xətt olaraq öz tamaşaçılarına azərbaycançılığı, Azərbaycan dili, mədəniyyəti, milli-mənəvi dəyərləri, adət-ənənələrini, dinimizi və dövlət siyasətimizi təbliğ etməkdədir.

Əlavə məlumat

Şəhər/Rayon Bakı

Video

Sayt məlumatı

Saytın ID-si: 673
Baxışların sayı: 11
Əlavə edilib: 08.09.20 00:32:37
Yenilənib: 08.09.20 00:32:37
Vaxtı bitir: 08.09.21 00:32:37
Kateqoriya: Televiziyalar

Şərhlər

comments powered by Disqus