“İDMAN TV” kanalı

Vebsayt

Təsvir

“İDMAN TV” kanalı fəaliyyətə başladığı ilk günlərdən ölkəmizdə aparılan idman siyasətinin uğurla həyata keçirilməsinə çalışır. Bu siyasətin ən mühüm tərkib hissəsi odur ki, yeniyetmə və gənclərimiz, cəmiyyətimizin bütün üzvləri idman məşğələlərinə cəlb olunsun, bununla da biz tariximizin sağlam gələcəyini təmin edə bilək. 2009-cu ilin əvvəlində prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan “İDMAN TV” kanalı illərdən bəri məhz bu mərama xidmət edir.Telekanalın maddi-texniki bazası idman yarışlarından reportajların, ayrı-ayrı proqramların operativ şəkildə efirə verilməsinə gözəl şərait yaradır. Müxtəlif növlər üzrə Avropa və dünya çempionatlarında, Yay Olimpiya Oyunlarında atletlərimizin uğurlu çıxışları haqqında tamaşaçılarımıza müntəzəm məlumat verilir, Bakı-2015 ilk Avropa Oyunları və Bakı-2017 İslam Həmrəyliyi Oyunlarından, həm də 4-cü İslam həmrəyliyi Oyunlarından proqramlar müxtəlif qitələrə-120-dən artıq ölkəyə yayımlanırdı.Yarışlardan sonra prezident İlham Əliyev Azəbaycan Televiziyası və ”İDMAN TV” kanalının yayımlarının keyfiyyətini yüksək qiymətləndirdi, kollektivin fəaliyyətini isə nümunə göstərdi. Bundan başqa Azərbaycan Televiziyasına Beynəlxalq İdman Yayımı Şirkətinin xüsusi sertifikatı təqdim olundu.Hazırda “İDMAN TV” kanalının ayrı-ayrı verilişlərində - ”İdman-Xəbər”, İdman həftəsi”, ”Flaqman”, ”İdman məbədi”, “Televiziya şahmat klubu”, “Favorit”, ”Avrofutbol”, ”İdman və media”, “Futbol klubu”,”Oyunun hakimi”,“İnstasport”,“İdman rekordları”, “Debüt”, “IQ Arena”, “Derbi”, “Sabahın ulduzları”, ”İdman korifeylərimiz” və başqa proqramlarda, eləcə də, dünyanın ən maraqlı futbol turnirlərindən sayılan – İspaniya La-Liqası, Almaniya Bundesliqası və İngiltərə Premyer Liqasının oyunlarından reportajlar zamanı müxtəlif yaradıcılıq üsulları tətbiq olunur. Dünya və Azərbaycan idmanının ulduzları haqqında vaxtaşırı sənədli telefilmlər hazırlanıb efirə verilir.Yaradıcılıq nailiyyətləri ilə birlikdə, texniki uğurlar da az olmayıb. 2010-cu il yanvarın 15-dən proqramların peyk vasitəsilə yayımı başlanıb, verilişlərin gündəlik həcmi 15 saata çatdırılıb. 2015-ci il oktyabrın 12-dən “İDMAN TV” kanalı gecə-gündüz - 24 saatlıq iş rejiminə keçib. Elə həmin ilin noyabrından kanalın proqramları HD formatında yayımlanır. Bu yenilik videotəsvirlərin daha rahat vizual qəbuluna imkan yaradır.Dünya ölkələrində idman kanalı açıq efir vasitəsilə yayımlanmır, buna görə maliyyə vəsaiti ödənilir. Respublikamızda isə tamaşaçılar heç bir aylıq haqq ödəmədən “İDMAN TV” kanalının proqramlarına, müxtəlif ölkələrdən ən maraqlı idman yarışlarına baxa bilirlər.Yay və Qış Olimpiya Oyunları, ümumdünya universiadaları, Avropa Gənclərinin Olimpiya Festivalı, müxtəlif növlər üzrə dünya və qitə çempionatları, Formula-1 turnirləri, UEFA Çempionlar Liqası, Avroliqa, habelə Avropa Voleybol Konfederasiyasının ən mötəbər yarışları, ölkəmizin milli çempionatları məhz bizim kanalda peşəkarlıqla azarkeşlərə təqdim olunub.Qeyd edək ki, planetimizdə ən çöx maraq doğuran yarışlardan biri - futbol üzrə dünya çempionatının yayımı 2014 və 2018-ci illərdə “İDMAN TV” kanalına həvalə edilmişdi. 2020-ci il Tokio olimpiadasının respublikamızda yayım hüququ barədə də artıq razılıq əldə olunub. Növbəti mövsümün daha bir mötəbər idman tədbiri - futbol üzrə Avropa çempionatının qrup və pley-off oyunlarının da “İDMAN TV” kanalında göstəriləcəyi gözlənilir.

Əlavə məlumat

Şəhər/Rayon Bakı

Sayt məlumatı

Saytın ID-si: 713
Baxışların sayı: 68
Əlavə edilib: 08.09.20 04:15:57
Yenilənib: 08.09.20 04:15:57
Vaxtı bitir: 08.09.21 04:15:00
Kateqoriya: Televiziyalar

Cəmi təkrarlanan baxışlar: 0
Cəmi unikal baxışlar: 14