E-Dərslik - Elektron Dərslik Portalı

Vebsayt

Təsvir

E-Dərslik - Elektron Dərslik Portalı
LAYİHƏ HAQQINDATəhsil sisteminin informasiyalaşdırılmasının sürətli prosesi təhsildə elektron dərsliklərin istifadəsi üçün yol açır. Elektron dərsliklər hər şagirdə təhsil prosesində fəal iştirak etmək, onların öyrənmə prosesini fərdiləşdirmək üçün şərait yaradır. Onlara passiv müşahidəçi yox, yeni bilik əldə etmək istəyən və öz imkanlarını qiymətləndirə bilən şagird olmaq üçün imkan verir.
Elektron dərslik böyük həcmdə tədris və təlim materiallarını əhatə edərək və yeni tədris metodlarının inkişafına yardım edərək ənənəvi öyrənmə formalarını zənginləşdirir.
Elektron dərsliklərin üstünlükləri hansılardır?- Müxtəlif istifadə formatları – onlayn və ya oflayn rejimdə- Kompüter, planşet, mobil telefon vasitəsilə dərsliklərin istifadə imkanının mövcudluğu- Əyani vəsaitlərin mövcudluğu - qrafika, animasiya, interaktiv fəaliyyət və digər multimedia xüsusiyyətləri- Böyük həcmli məlumatların saxlanması- Mətnlər üzərində qeydlərin aparılması mümkünlüyü- Rahat istifadə - axtarış sisteminin mövcudluğu- Mobillik – hər yerdə və hər zaman
Texniki standartları Beynəlxaql Rəqəmsal Nəşriyyat Forumu (IDPF) tərəfindən müəyyənləşdirilən e-kitab formatıdır. Həmin formatda hazırlanmış elektron kitablar müxtəlif elektron məlumat daşıyıcılarının, o cümlədən smartfonlarda, tabletlərdə, kompüterlərin yaddaşında saxlanıla və ya birbaşa açılaraq oxuna bilər.
Dərsliklər müasir veb brauzerlərdə açılan internət səhifələrində olduğu kimi multimedia, video, səs və interaktiv xarakterli proqramları özündə ehtiva edir. Elektron dərsliklərdə həm də axtarış imkanları mövcuddur. Belə ki, bu nəşrlərdə hər hansı bir məlumatı ümumi kitab üzrə axtarış imkanından istifadə etməklə asanlıqla tapmaq mümkündür.
Elektron dərslik kitablarında axtarma funksiyaları mövcuddur ki, bu da xüsusi məlumatların axtarılması prosesini sürətləndirir və asanlaşdırır. Çox təyinatlı platforma rəqəmsal qeyd aparma funksiyası təklif edir. Həmin qeydlər indeksləşdirilir və axtarışa hazır hala gətirilir və bu imkan yaradır ki, şagirdlər önəmli yerləri işarələsinlər və daha sonra həmin hissələri asanlıqla tapıb öyrənsinlər.
Elektron dərsliklər onlayn və oflayn olmaqla iki əsas formatda mövcuddur. Onlar asanlıqla daşınan cihazlarda, o cümlədən kompüterdə, laptop, planşet və mobil telefonlarda istifadə oluna bilər.

Əlavə məlumat

Şəhər/Rayon Bakı

Sayt məlumatı

Saytın ID-si: 640
Baxışların sayı: 89
Əlavə edilib: 06.09.20 01:47:45
Yenilənib: 06.09.20 01:47:45
Vaxtı bitir: 06.09.21 01:47:00
Kateqoriya: Təhsil portalı

Cəmi təkrarlanan baxışlar: 0
Cəmi unikal baxışlar: 12