Azərxalça Açıq Səhimdar Cəmiyyəti

Vebsayt

Təsvir

Azərxalça Açıq Səhimdar Cəmiyyəti
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 may 2016-cı il tarixli 2032 saylı Sərəncamı ilə "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Cəmiyyətin əsas vəzifəsi xalça və xalça məmulatlarının istehsalı, ixracı, onların ölkə daxilində və xaricdə satışının təşkili, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsindən ibarətdir.
"Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi və strukturu Nazirlər Kabinetinin 4 oktyabr 2016-cı il tarixli 375 saylı Qərarı ilə təsdiq edilmişdir.
Səhmdar Cəmiyyətin 2016-2018-ci illərdə Bakı və Naxçıvan şəhərlərində, Füzuli (Horadiz), Ağdam (Quzanlı), Tovuz, Ağstafa, Qazax, Şəmkir, Quba, İsmayıllı, Xaçmaz, Qəbələ, Abşeron, Lənkəran, Biləsuvar, Kürdəmir, Qobustan, Şabran, Goranboy və Tərtər rayonlarında xalça istehsalı emalatxanaları fəaliyyətə başlamışdır.
Respublikanın ayrı-ayrı rayonlarında xalçaçılıq üzrə tədris-hazırlıq kurslarının təşkili Cəmiyyətin fəaliyyətinin perspektivli istiqamətlərindəndir. Bu kurslarda dərslər böyük iş təcrübəsinə malik, peşəkar xalçaçılar tərəfindən aparılır. Tədris-hazırlıq kursları hanalarla, avadanlıqlarla, xammalla, eyni zamanda xalçaçılıq sənətinə dair müvafiq ədəbiyyatlarla, dərsliklərlə təmin edilmişdir. İndiyədək kurslarda hazırlıq keçmiş və bu peşəyə tam yiyələnmiş toxucuların sayı 2000 nəfərdən çoxdur.
Xalça istehsalı kompleks istehsal sahəsidir. Bu sahənin inkişafını  Yunəyirici-Boyaq Fabriki olmadan təsəvvür etmək mümkün deyil. Xalça istehsalı  üçün zəruri xammal bazasının yaradılması məqsədilə 2018-ci ildə Sumqayıt Kimya Sənaye Parkında "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin Yun-Əyirici Boyaq Fabrikinin tikintisinə başlanılmışdır. Tikinti işləri başa çatdırılmış fabrikdə İtaliya, Fransa və Türkiyədə istehsal olunan avadanlıqlar quraşdırılacaq.
Fabrikin istehsal gücü ildə 1500 ton çirkli yun qəbul etməyə imkan verir. Müəyyənləşdirilmiş istehsal proseslərdən sonra  yunun bir hissəsi 250 ton iplik əldə etməyə sərf olunacaq. Burada 350  ton  təmiz yun istehsalı nəzərdə tutulmuşdur ki, bu da xammal kimi satışa çıxarılacaq.
Fabrikin xammalla təchizatı məqsədilə Naxçıvan şəhərində, Bərdə, Qobustan, Sabirabad və Şabran rayonlarında regional yun və boyaq bitkilərinin tədarükü məntəqələri yaradılmışdır. Bu məntəqələrdə il ərzində respublikamızın bütün bölgələrindən  1500 ton çirkli yun qəbulu həyata keçiriləcəkdir. Artıq bir neçə aydır ki, tədarük məntəqələrində yun qəbuluna başlanılmışdır.
"Azərxalça"nın istehsalı olan xalçalar "Bədii yaradıcılıq və keyfiyyətə nəzarət" şöbəsinin xalçaçı-rəssamları tərəfindən hazırlanmış çeşnilər əsasında toxunur. İlk dəfə olaraq qədim və orijinal Azərbaycan xalçalarının əsasında yeni  çeşnilərin elektron variantının hazırlanması, onların Bakı, Qarabağ, Naxçıvan, İrəvan, Təbriz, Şirvan, Quba, Gəncə, Qazax-Borçalı qrupları üzrə kataloqlaşdırılması da məhz burada həyata keçirilir. Dünya muzeylərində və kolleksiyalarda saxlanılan nadir Azərbaycan xalça və xalça məmulatları əsasında çeşnilərin hazırlanmasına daha çox üstünlük verilir. Hər bir çeşni öz-özlüyündə xalça haqqında ilkin informasiya bazasıdır. İndiyədək 600-dən çox xalça çeşnisi hazırlanmış və istehsalatda tətbiq edilmişdir.
Azərbaycan xalçasının yerli xammal əsasında toxunaraq dünyaya əsl "Azərbaycan brendi" olaraq təqdim edilməsi Cəmiyyətin qarşısına qoyulmuş əsas vəzifələrdən biridir. Ona görə də Cəmiyyət xalçaçılıq üzrə ixtisaslaşmış beynəlxalq qurumlarla, şirkətlərlə, o cümlədən nüfuzlu nəşrlərlə əlaqələrin genişləndirilməsinə, bununla da Azərbaycan xalçalarının beynəlxalq xalça bazarında mövqeyinin bərpasına və təbliğinə çalışır. "Azərxalça"nın ilk məhsulları 2017-2018-ci illərdə Almaniyanın Hannover şəhərində keçirilmiş ənənəvi DOMOTEX beynəlxalq xalça satış-sərgisində, 2018-ci ilin 10-13 sentyabr tarixlərində Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində keçirilən Rug Show-da təqdim edilmişdir. Londonda nəşr olunan "HALI" jurnalı 190-cı sayından etibarən öz səhifələrində "Azərxalça"nın fəaliyyətini ənənəvi xalq toxuma üsulunun bərpaçısı və təbliğatçısı, əl ilə toxunan xalçaların kütləvi istehsalçısı, Cənubi Qafqazda qədim xalçaçılıq ənənələrinin daşıyıcısı kimi işıqlandırır.

Əlavə məlumat

Şəhər/Rayon Bakı

Sayt məlumatı

Saytın ID-si: 777
Baxışların sayı: 70
Əlavə edilib: 10.09.20 23:29:11
Yenilənib: 10.09.20 23:29:11
Vaxtı bitir: 10.09.21 23:29:00

Cəmi təkrarlanan baxışlar: 0
Cəmi unikal baxışlar: 13

DDD.AZ - MƏLUMAT - MEDİA BAZASI

Xırdalanda evdə partlayış baş verib
Xəbərlər Xırdalan şəhərində evdə partlayış baş verib.
İran ABŞ-la əməkdaşlıq etməyə hazırdır
Xəbərlər “Rəsmi Tehran, ABŞ ilə Fars körfəzində təhlükəsizlik və neft satışında əməkdaşlıq edə bilər”.
Azərbaycanda nəqliyyat və iqtisadi əlaqələr
Məqalələr Azərbaycanda müasir nəqliyyatın bütün sahələri mövcuddur. Bura dəmir yolu, su, avtomobil, hava və boru-kəməri nəqliyyatları daxildir.
Niyə teatra getməliyik?
Məqalələr Rus filosofu və yazıçısı Aleksandr İvanoviç Gertsen deyirdi:“Teatr — həyatı vacib sualların cavab tapıldığı yüksək instansiya və məkandır”.