“Bakı” nəşriyyatı

Vebsayt

Təsvir

“Bakı” nəşriyyatı tədris vəsaitlərinin nəşri üzrə Azərbaycanda qabaqcıl nəşriyyatlardan biridir. Nəşriyyatın məhsulları əsasən, orta məktəb dərslikləri, iş dəftərləri, metodik vəsaitlər, elektron dərs vəsaitləri, elektron təhsil resursları və portallarıdır. Bir sözlə, təlim prosesinin uğurlu olmasını təmin edəcək vəsaitlərdir. Bu vəsaitlərin müasir texnologiyalar (həmçinin, informasiya texnologiyaları) əsasında hazırlanması təlim nəticələrinin yüksəlməsinə yardım edir.

2013-cü ildə “Bakı” nəşriyyatının 15 yaşı tamam olur.  Bu vaxt ərzində nəşriyyat müasir dünya görüşlü pedaqoq, metodist, alim və mütəxəssislərin təcrübələrinə əsaslanaraq respublikada məktəb dərsliklərinin nəşri üzrə qabaqcıl nəşriyyatlarından birinə çevrilmişdir.

14 il ərzində pedaqoq, müəllif və redaktorlarımızın professional əməyi nəticəsində on milyondan çox dərslik nəşr edilmişdir.

Biz fəxr edirik ki, “Bakı” nəşriyyatının dərslikləri yeni nəslin savadlanmasına xidmət edir və biz öz dərsliklərimizi təkmilləşdirməkdə davam edirik.

Nəşriyyatın əsas məqsədi dərsliklərin məzmunu və elmi səviyyəsinə qoyulan yüksək tələblə dərslik nəşrinin unikal texnologiyasının vəhdətinin təmin etməkdir. Nəşr etdiyimiz dərsliklərin əsas hədəfi Azərbaycan Respublikasında ümumi orta təhsilin Konsepsiyasına (Milli Kurikulumuna) uyğun olaraq tədrisin keyfiyyətinin və pedaqoji metodikaların effektivliyinin yüksəldilməsinin təmin edilməsidir.

Bizim üçün:

Dərslik yalnız məhsul və əmtəə deyil.

Dərslik nəsildən-nəslə ötürülən intellektual irsdir .

Dərslik millətin daha da güclənməsinə xidmət edir.

Dərslik bizim işimizin mənası olub ümumi inkişafımıza və istedadlı, professional insanların yaradıcılıq potensiallarının reallaşdırılmasına stimul verir.


Əlavə məlumat

Şəhər/Rayon Bakı

Sayt məlumatı

Saytın ID-si: 1145
Baxışların sayı: 25
Əlavə edilib: 04.01.21 08:17:09
Yenilənib: 04.01.21 08:17:09
Vaxtı bitir: 04.01.22 08:17:00
Kateqoriya: Nəşriyyat evləri

DDD.AZ - MƏLUMAT - MEDİA BAZASI

Füzuli Hava Limanının uçuş-eniş zolağının uzunluğu 3 km, eni 60 metr olacaq - FOTO
Xəbərlər Füzuli Beynəlxalq Hava Limanının uçuş-eniş zolağının uzunluğu 3 kilometr, eni isə 60 metr olacaq.APA-nın məlumatına görə, bu barədə işğaldan azad edilmiş Füzu
Rusiya helikopteri Suriyada qəzaya uğrayıb, ölən var
Xəbərlər Rusiya helikopteri Suriyanın şimal-şərqində qəzaya uğrayıb.“Report”un məlumatına görə, bu barədə Suriyanın rəsmi kütləvi informasiya vasitələrinə istinadən “R
“Turan Bank”da yeni departament rəhbəri təyin edilib
Məlumatlar “Turan Bank” ASC-nin İnformasiya texnologiyaları departamentinin yeni direktoru təyin edilib.ENA.az Banker.az-a istinadən xəbər verir ki, bu departamentə rəhb
Fevralın 28-i Beynəlxalq Nadir Xəstəliklər Günüdür
Məlumatlar Nadir xəstəliklərin öyrənilməsi üzrə Avropa təşkilatının (EURORDIS) təşəbbüsü ilin ən nadir günü - fevralın 29-u Beynəlxalq Nadir Xəstəliklərin Günü statusu alı
XAÇAPURİ RESEPTİ
Məqalələr Tərkibi:1 yumurta1 x.q. şəkər tozu1 ç.q. duz700-800 qr. un4 x.q. günəbaxan yağı100 ml. süd10 qr. quru maya300 ml. suİçlik:150 qr. ağ pendir150 qr. holland pen
SÜMÜKLƏRİ GÜCLƏNDİRƏN QİDALAR
Məqalələr Bədənin əsas dayağını təşkil edən sümüklər və oynaqlar yaşlandıqca müəyyən təsirlərə məruz qalır. İlbəil artan yaşla insanlar osteoporoz (sümük əriməsi), osteoa