Bakcell - Azərbaycan Mobil Rabitə Xidməti

Vebsayt
Facebook səhifəsi: www.facebook.com/Bakcell
Instagram səhifəsi: instagram.com/Bakcell/

Təsvir

Bakcell Azərbaycanda mobil rabitə xidmətlərini göstərən ilk şirkətdir.
8000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir.
Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell 3 milyondan artıq abunəçini geniş çeşidli və yüksək keyfiyyətli müasir telekommunikasiya xidmətləri (zəng və mobil internet) ilə təmin edir.
Ən son texnologiyalar və Azərbaycanın ən keyfiyyətli 4G şəbəkəsinə iri həcmli sərmayələrin yatırılmasından ibarət olan uzunmüddətli strategiya sayəsində, bu gün Azərbaycanın bütün şəhər və rayonlarında (Naxçıvan Muxtar Respublikası və işğal olunmuş ərazilər istisna olmaqla) yaşayan Bakcell abunəçiləri şirkətin təqdim etdiyi keyfiyyətli və yüksək sürətli mobil İnternet xidmətlərindən yararlanmaq imkanına malikdirlər. Bakcell şirkəti Bakı metrosunda 4G internet xidmətlərini göstərən ilk mobil operatordur.
Bakcell şirkəti müxtəlif sahələrdə və ölkələrdə fəaliyyət göstərən şaxələnmiş şirkətlər qrupu olan NEQSOL Holding-ə daxildir. Qrupun əsas fəaliyyət istiqamətlərinə neft və qaz, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələri daxildir. Qrup daxilində şirkətlərin əməliyyatları və göstərdiyi xidmətlər Birləşmiş Krallıq, ABŞ, Türkiyə, Azərbaycan, Ukrayna, Gürcüstan, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri və Banqladeş kimi ölkələri əhatə edir.
İş adamı və xeyriyyəçi Nəsib Həsənov NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun təsisçisi və 100%-lik tam sahibidir. Cənab Həsənov Bakcell şirkətinin yeganə son faydalanan sahibidir.
Azərbaycanın “Ən sürətli mobil internet xidməti” və “Sınaq nəticələrinə görə ən üstün şəbəkə”
“Bakcell”in təmin etdiyi keyfiyyətli mobil İnternet xidmətlərinə beynəlxalq səviyyədə də yüksək qiymət verilir. Belə ki, 2018-ci ildə Bakcell “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu mükafat Şirkətə “Speedtest” xidmətinə görə bütün dünyada tanınan “Ookla” şirkəti tərəfindən təqdim edilib. 2017-ci ildə isə mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda “sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə” adına layiq görülüb (“Best in Test”).
İnnovativ və rəqəmsal müştəri təcrübəsi
Yerli mobil telekommunikasiya sənayesində ən vacib İLKlərə imza atan Bakcell müasir rabitə xidmətləri istifadəçilərini onların arzu və tələblərini qarşılamaq üçün yaradılmış ən son həllər və yeniliklərlə təmin edir. 2018-ci ildə Bakcell ölkənin telekommunikasiya bazarında ilk və ən innovativ müştəri xidməti aləti olan – “Mənim Bakcellim” applikasiyasını təqdim edib.
“Mənim Bakcellim” virtual müştəri xidməti tətbiqetməsi sayəsində nömrə ilə bağlı məlumat almaq və yaxud müxtəlif əməliyyatlar etmək üçün xidmət mərkəzinə getməyə və ya məlumat mərkəzinə zəng etməyə ehtiyac qalmır. Beləliklə də, Bakcell abunəçiləri bazarda ən rahat, şəffaf və asan müştəri təcrübəsini qazanmış olurlar.
Bundan əlavə, ölkənin ən geniş-miqyaslı loyallıq proqramlarından biri hesab olunan “Ulduzum” proqramını həyata keçirməklə Bakcell öz müştərilərini eksklüziv endirim və üstünlüklərlə təmin edir.
Etibarlı biznes tərəfdaşı
Bakcell şirkəti hazırda müxtəlif sahələri təmsil edən minlərlə korporativ müştəriyə xidmət edir. Bakcell ölkə iqtisadiyyatının bir çox sektoru üzrə ən böyük korporativ telekommunikasiya xidmətlərinin təminatçısıdır. Şirkət Azərbaycanda fəaliyyət göstərən yerli və beynəlxalq şirkətləri ən yüksək keyfiyyətli telekommunikasiya həlləri ilə təmin edir. “Bakcell”in peşəkar komandası şirkətlərə, dövlət qurumlarına və digər təşkilatlara mobil telekommunikasiya sahəsində istənilən növ xidməti göstərməyə hazırdır. Bakcell özünün korporativ abunəçilərinə təhlükəsiz və etibarlı rabitə təqdim etməklə daha effektiv fəaliyyət göstərməkdə, müştəriləri ilə əməkdaşlıq və sıx ünsiyyət qurmaqda onlara dəstək göstərməklə ölkə iqtisadiyyatının və ümumi biznes sektorunun inkişafına töhfə verir.
Korporativ Sosial Məsuliyyət
Bakcell artıq 10 ildir ki, ölkənin ən genişmiqyaslı Korporativ Sosial Məsuliyyət (KSM) proqramlardan biri olan “Bakcell Stars” proqramını həyata keçirir.
Şirkət bir sıra yerli və beynəlxalq qeyri-hökümət təşkilatları ilə əməkdaşlıq edərək, xüsusi qayğıya ehtiyacı olan uşaqlar, valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrdən olan uşaq və gənclərə dəstək göstərir.
Özünün genişmiqyaslı korporativ sosial fəaliyyətinə görə seçilən Bakcell şirkəti, Azərbaycan gənclərinin təhsili və peşəkar inkişafını diqqət mərkəzində saxlayır və gənc mütəxəssislərin, aztəminatlı ailələrdən olan gənclərin və digər həssas əhali qrupların nümayəndələrinin məşğulluğunun inkişaf etdirilməsinə böyük töhfə verir.
Həmçinin, informasiya texnologiyaları vasitəsilə qadınların liderlik bacarığının artırılması da Bakcell şirkətinin KSM strategiyasının mühüm hissəsidir.
Bakcell ölkədə startapların inkişafına yönəlmiş layihələrinin həyata keçirilməsini dəstəkləyən ilk şirkətlərdən biri olub. “AppLab” proqramının fəaliyyətə başladığı 2014-cü ildən bəri müxtəlif avadanlıq və proqram təminatlarının tərtibi ilə məşğul olan yerli developerlər öz ideyalarını həyata keçirmək üçün “Bakcell”dən dəstək alırlar. “AppLab” layihəsinin iştirakçıları şirkətin “AppLab” Mərkəzində təqdim olunan pulsuz İnternet, masa və təlim otaqları ilə yanaşı üzərində işlədikləri proqram təminatı və cihazların inkişaf etdirilməsi və sınaqlardan keçirilməsi üçün tələb olunan ən son avadanlıqlardan yararlanmaq imkanına malikdirlər.
Bundan əlavə, 2018-ci ildən etibarən şirkət Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzi yerli startaplar üçün birgə inkubasiya proqramı həyata keçirir.

Əlavə məlumat

Şəhər/Rayon Bakı

Sayt məlumatı

Saytın ID-si: 1083
Baxışların sayı: 74
Əlavə edilib: 26.12.20 07:04:38
Yenilənib: 26.12.20 07:04:38
Vaxtı bitir: 26.12.21 07:04:00
Kateqoriya: Mobil operatorlar

DDD.AZ - MƏLUMAT - MEDİA BAZASI

Həcc ziyarəti ilə bağlı şok qərar: Keçərli vaksinlər açıqlanıb
Xəbərlər COVİD-19 pandemiyası bu il də Həcc ziyarətinin təşkilinə təsir göstərdi. Səudiyyə Ərəbistanı Həcc ziyarəti üçün 9 səhifəlik əsas qaydaları açıqlayıb. NOCOMMENT
Redmi brendi yenilənmiş Redmi Note 8-i təqdim edib
Məlumatlar Redmi brendi Note 8 smartfon modelinin yenilənmiş versiyasını təqdim edib. Xarici görünüşcə yeni model orijinal smartfonla eynidir. Buna baxmayaraq Redmi Note 8
Ukrayna Belarusla hava nəqliyyatını bağlayır
Xəbərlər Ukrayna 26 may gecə yarısından etibarən Belarusla hava nəqliyyatını tamamilə dayandırır.Bu barədə ölkənin baş naziri Denis Şmıqal “Telegram” kanalında bildirib.
Qəbələyə artıq qatarla da gedə biləcəyik – FOTOLAR
Məlumatlar [Press-DDD] Bu gün Qəbələ Dəmir Yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışı olub. NOCOMMENT.az xəbər verir ki, Azərbaycan Preziden
Uzünömürlü münasibət üçün 7 qızıl qayda
Məqalələr [Press-DDD] Sevdiyiniz insanla uzun illər birlikdə xoşbəxt yaşamaq üçün nə etməli? Axşam.az sizə sağlam münasibətin və xoşbəxt evliliyin formulunu açıqlayacaq.
Bu zonadakı şirkətlər bütün vergilərdən azad olacaqlar
Məqalələr [Press-DDD] "Ələt azad iqtisadi zonası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilir. Marja qanun layihəsinə istinadən xəbər verir ki, Azad