Azercell - Mobil operator - Rəqamsal Dünyanı yarat

Vebsayt

Təsvir

Azercell - Mobil operator - Rəqamsal Dünyanı yarat
Ən yaxşı müştəri təcrübəsi təklif etmək!
 
Biz müştərilərlə etibarlı və şəffaf münasibətlər qururuq. Abunəçilərimiz üçün fərdi yanaşma təcrübəsini tətbiq edərək, onların həyatının bir hissəsinə çevrilməyə çalışırıq.
 
Strateji oncəliklər:
 
Əməliyyat effektivliyi: Biz şöbələr arası prosesləri sadələşdirir və bir-birinə uyğunlaşdırırıq.  Məhsul və platformalara investisiya portfelimiz ciddi səmərəlilik meyarları əsasında həyata keçirilir. Fəaliyyətimiz “Ağıllı” meyarlar əsasında dəyərləndirilir.
 
Rəqəmsallaşdırma: Biz həm müştərilərimiz, həm də tərəfdaşlarımızla rəqəmsal kanallar vasitəsilə əlaqə qururuq.  Şirkətdaxili və  şirkətxarici proseslər ən son rəqəmsal həllər vasitəsilə avtomatlaşdırılıb.
 
Dayanıqlı inkişaf: Uzunmüddətli dayanıqlılığa nail olmaq üçün işgüzar fəaliyyətimizi ətraf mühit və cəmiyyətə qarşı məsuliyyətli davranmaqla inkişaf etdiririk.
 
Yeni gəlir mənbələri: Biz əsas fəaliyyət sahəmiz  olan kommunikasiya dünyasında yeni imkanları araşdırırıq. Biz mobil interneti təmin edən məhsullara sərmayə qoyur, tərəfdaşlarımızla birlikdə  Əşyaların İnterneti (IoT) və “Big Data”   sahəsində yeni məhsullar hazırlayırıq.
 
Texnoloji üstünlük: İnfrastrukturumuzu qurarkən ən son texnologiyadan istifadə edirik. Şəbəkələrimiz mobil data üçün qurulub.  Səmərəlilik və etibarlılığı təmin etmək məqsədilə şəbəkə funksiyalarını virtuallaşdırır, Xidmətlərin Baza Birləşməsi (BSS) və şəbəkə dairəsindəki boşluqları aradan qaldırmaq üçün sərmayə yatırırıq.
 
Güclü və məşğul insan kapitalı: Biz işçilərimizə səlahiyyət verir və etibar edirik. Şirkətdaxili mədəniyyətimiz və mühitimiz innovasiya, fərdi liderlik və çevik düşüncə tərzini təşviq edir.
“Azercell Telekom” MMC  ən çox bazar payı və 5 milyondan çox abunəçi sayı ilə Azərbaycanın lider mobil operatorudur.Azercell-in hazırkı 100% sərmayədarı Türkiyənin "Azertel Telekomünikasyon ve Yatırım Dış Ticaret A.Ş," şirkətidir.Azercell 1996-cı ilin yanvarında təsis edilib və həmin ilin dekabr ayının 15-də Azərbaycanda ilk GSM operatoru kimi öz kommersiya fəaliyyətinə başlayıb. 1998-ci ildə Azercell dünya telekommunikasiya sektorunda öncədən ödəmə sistemini (SimSim) tətbiq edən ilk şirkətlərdən biri olub.Azercell ölkənin telekommunikasiya sektorunun inkişafına və sosial rifahının artırılmasına yönəlmiş layihələrin həyata keçirilməsinə 1 mlrd. ABŞ dollarından artıq sərmayə qoyub. Dövlət Vergi Xidmətinin təqdim etdiyi məlumata əsasən, Azercell qeyri-neft sektorunun ən iri vergi ödəyicisidir.

Əlavə məlumat

Şəhər/Rayon Bakı

Sayt məlumatı

Saytın ID-si: 817
Baxışların sayı: 82
Əlavə edilib: 11.09.20 02:55:48
Yenilənib: 11.09.20 02:55:48
Vaxtı bitir: 11.09.21 02:55:00
Kateqoriya: Mobil operatorlar

DDD.AZ - MƏLUMAT - MEDİA BAZASI

“Portofino” restoranı cərimələndi - TAM SİYAHI
Xəbərlər Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 439 ictimai iaşə obyektində 741 monitorinq keçirib. AQTA-dan
İşğaldan azad olunmuş daha bir kənddən görüntülər – VİDEO
Xəbərlər Müdafiə Nazirliyi Ağdam rayonunun Qarapirimli kəndinin videogörüntülərini yayıb Azərbaycan Müdafiə Nazirliyi Ağdam rayonunun Qarapirimli kəndinin videogörüntül
Xarici diplomların tanınması üçün müraciət asanlaşır
Məlumatlar Sistemdə müxtəlif innovativ həllər, əlavələr və dəyişikliklər edilir Təhsildə Keyfiyyət Təminatı Agentliyi xarici diplomların tanınması ilə bağlı elektron əriz
Azərbaycanda 110 rəqəmi ilə yeni nömrələr istifadəyə verildi - DYP-dən açıqlama - FOTO
Məlumatlar [Press-DDD] Azərbaycanda yeni qeydiyyat nişanları istifadəyə verilib. Bu barədə sosial şəbəkələrdə yeni qeydiyyat nişanlarının fotosu yayılıb. FED.az xəbər ver
Bu zonadakı şirkətlər bütün vergilərdən azad olacaqlar
Məqalələr [Press-DDD] "Ələt azad iqtisadi zonası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilir. Marja qanun layihəsinə istinadən xəbər verir ki, Azad
Xalçanı yumadan təmizləməyin SADƏ YOLU
Məqalələr [Press-DDD] Artıq yay ayları gəlir və yun adyalların, yorğanların, xalçaların təmizlənərək götürülməsinə başlanılır. Amma xalçaları yumaq elə də asan deyil və