Yevlax Rayon Məhkəməsi

Vebsayt

Təsvir

Yevlax Rayon Məhkəməsi birinci instansiya məhkəməsi kimi Yevlax rayonunun ərazisi çərçivəsində qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət, inzibati xətalara dair və digər işlərə baxır
Yevlax rayonu 1935-ci ildə təşkil edilmişdir. 1963-cü ildə ləğv rayon olunaraq ərazisi Ağdaş, Bərdə və Qasım İsmayılov rayonlarına verilmişdir. 1965-ci ildə yenidən müstəqil rayon olmuşdur. Yevlax coğrafi mövqeyinə görə Azərbaycanın mərkəzində mühümkommunikasiyaların kəsişməsində yerləşməklə qədim yaşayış məskənlərindən biridir. Yevlax şəhəri Qədim İpək yolunun üzərindədir. Rayon kimi 1935-ci ilin fevral ayının 20-də yaranmış və həmin ildə də rayona respublika tabeli şəhər statusu verilməklə yanaşı həmin ildə Yevlax rayon Xalq məhkəməsi yaradılmışdır (indiki adı Yevlax Rayon Məhkəməsi). Ötən əsrin 80-cı illərində stansiya kimi salınan və uzun müddət əhali tərəfindən "Vağzal" kimi tanınan Yevlax XIX əsrin sonu XX əsrin əvvələrinə aid rəsmi sənədlərdə və mənbələrdə Yelizavetpol quberniyasının Yevlax məntəqəsi və ya Yevlax stansiyası, sonra Yelizavetpol quberniyasının Yevlax kəndi, 1920-ci ildən isə Cavanşir qəzasının Yevlax kəndi adlanmışdır. Rayon Respublikanın mərkəzində yerləşir və Aran iqtisadi zonasına daxildir. Rayonda 1 şəhər, 1 qəsəbə və 48 kənd vardır ki, bu yaşayış məntəqələri 19 ərazi nümayəndəliyi və 32 bələdiyyə vasitəsi ilə idarə olunur. Rayon əhalisinin sayı 119 min 538 nəfərdir (22 iyun 2011). Ümumi ərazisi 1.54 min km²-dir. Erməni işğalçılarının işğalçı siyasəti nəticəsində Yevlax rayonunda 12 min 729 nəfər məcburi köçkün və qaçqınlar məskunlaşmışdır. Yevlax rayonu Ağdaş, Bərdə, Tərtər rayonu, Mingəçevir şəhəri, və Şəki şəhəri ilə həmsərhəddir.

Əlavə məlumat

Şəhər/Rayon Yevlax

Sayt məlumatı

Saytın ID-si: 539
Baxışların sayı: 88
Əlavə edilib: 05.09.20 04:42:35
Yenilənib: 05.09.20 04:42:35
Vaxtı bitir: 05.09.21 04:42:00
Kateqoriya: Məhkəmələr

DDD.AZ - MƏLUMAT - MEDİA BAZASI

“Portofino” restoranı cərimələndi - TAM SİYAHI
Xəbərlər Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 439 ictimai iaşə obyektində 741 monitorinq keçirib. AQTA-dan
İşğaldan azad olunmuş daha bir kənddən görüntülər – VİDEO
Xəbərlər Müdafiə Nazirliyi Ağdam rayonunun Qarapirimli kəndinin videogörüntülərini yayıb Azərbaycan Müdafiə Nazirliyi Ağdam rayonunun Qarapirimli kəndinin videogörüntül
Xarici diplomların tanınması üçün müraciət asanlaşır
Məlumatlar Sistemdə müxtəlif innovativ həllər, əlavələr və dəyişikliklər edilir Təhsildə Keyfiyyət Təminatı Agentliyi xarici diplomların tanınması ilə bağlı elektron əriz
Azərbaycanda 110 rəqəmi ilə yeni nömrələr istifadəyə verildi - DYP-dən açıqlama - FOTO
Məlumatlar [Press-DDD] Azərbaycanda yeni qeydiyyat nişanları istifadəyə verilib. Bu barədə sosial şəbəkələrdə yeni qeydiyyat nişanlarının fotosu yayılıb. FED.az xəbər ver
Bu zonadakı şirkətlər bütün vergilərdən azad olacaqlar
Məqalələr [Press-DDD] "Ələt azad iqtisadi zonası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilir. Marja qanun layihəsinə istinadən xəbər verir ki, Azad
Xalçanı yumadan təmizləməyin SADƏ YOLU
Məqalələr [Press-DDD] Artıq yay ayları gəlir və yun adyalların, yorğanların, xalçaların təmizlənərək götürülməsinə başlanılır. Amma xalçaları yumaq elə də asan deyil və