Sumqayıt Apelyasiya Məhkəməsi

Vebsayt

Təsvir

Sumqayıt Apelyasiya Məhkəməsi apelyasiya instansiyası məhkəməsi kimi öz ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələri tərəfindən baxılmış işlər üzrə məhkəmə aktlarından verilmiş apelyasiya şikayətləri və apelyasiya protestləri üzrə işlərə baxır. Sumqayıt Apelyasiya Məhkəməsi mülki kollegiyadan, inzibati-iqtisadi kollegiyadan, cinayət kollegiyasından və hərbi kollegiyadan ibarətdir.
Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi “Ədliyyə Sisteminin Müasirləşdirilməsi” Layihəsi çərçivəsində Sumqayıt Məhkəmə Kompleksinin layihəsi hazırlanmışdır. Həmin məhkəmə kompleksində Sumqayıt Şəhər və Sumqayıt İnzibati-İqtisadi məhkəmələri ilə birgə Sumqayıt Apelyasiya Məhkəməsi də yerləşəcəkdir. 
Sumqayıt Apelyasiya Məhkəməsi
 
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi və yaxından iştirakı ilə aparılmış məhkəmə hüquq islahatlarının ilkin nəticələrindən biri olaraq respublikamızda üçpilləli məhkəmə sistemi-birinci instansiya, apelyasiya instansiyası və kassasiya instansiyası məhkəmələri yaradılmış və bu sistem Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 19 yanvar 2006-cı il tarixli Fərmanla yeni mərhələyə qədəm qoymuşdur.16 iyul 2007-ci il tarixindən fəaliyyətə başlamış Sumqayıt Apelyasiya Məhkəməsi mülki, inzibati və iqtisadi mubahisələrə dair, cinayət və inzibati xətalara dair işlər üzrə yuxarı instansiya məhkəməsidir.Sumqayıtı Apelyasiya Məhkəməsi Rəyasət Heyətindən, Mülki Kollegiyadan, İnzibati Kollegiyadan, Kommersiya Kollegiyadan və Cinayət Kollegiyasından ibarətdir.Sumqayıt Apelyasiya Məhkəməsinin kollegiyaları apelyasiya instansiyası məhkəməsi kimi öz ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələri tərəfindən baxılmış işlər üzrə qərarlardan verilmiş apelyasiya şikayətləri və apelyasiya protestləri üzrə işlərə baxır.Sumqayıt Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri aşağıdakılardır: - Abşeron Rayon Məhkəməsi;- Quba Rayon Məhkəməsi;- Qubadlı Rayon Məhkəməsi;- Qusar Rayon Məhkəməsi;- Qobustan Rayon Məhkəməsi;- Şabran Rayon Məhkəməsi;- Xaçmaz Rayon Məhkəməsi;- Xızı Rayon Məhkəməsi;- Siyəzən Rayon Məhkəməsi;- Sumqayıt Şəhər Məhkəməsi;- Şamaxı Rayon Məhkəməsi;- Şuşa Rayon Məhkəməsi;- Zəngilan Rayon Məhkəməsi;- Bakı Ağır Cinayətlər Məhkəməsi (Sumqayıt Apelyasiya Məhkəməsinin yurisdiksiyasına daxil olan ərazi vahidlərində baş vermiş cinayətlərlə bağlı işlər və digər materiallar üzrə);

Əlavə məlumat

Şəhər/Rayon Sumqayıt

Sayt məlumatı

Saytın ID-si: 711
Baxışların sayı: 79
Əlavə edilib: 08.09.20 04:12:55
Yenilənib: 08.09.20 04:12:55
Vaxtı bitir: 08.09.21 04:12:00
Kateqoriya: Məhkəmələr

DDD.AZ - MƏLUMAT - MEDİA BAZASI

Suriyada prezident seçkiləri keçiriləcək
Xəbərlər Ölkə parlamenti Suriyada gələn ay prezident seçkisi keçiriləcəyini bildirib. Bunun Prezident Bəşər Əsədin hakimiyyəti əlində saxlaması üçün bir addım olduğu düş
Kraliçanın əri niyə Şahzadə adlanırdı?
Məqalələr [Press-DDD] Edinburq Hersoqu, Kraliça II Yelizavetanın əri İngiltərə Şahzadəsi Filip aprelin 9-u 99 yaşında vəfat etdi.Bəs Yelizaveta kraliça olduğu halda niyə
2023-cü ildə Dubayda pilotsuz taksilər istifadəyə veriləcək
Məlumatlar Dubay şahzadəsi Hamdan bin Mohammad öz Twitter hesabında bildirib ki, yaxın gələcəkdə şəhər yollarında pilotsuz taksilər istifadəyə veriləcək. Belə ki, Dubay i
Gürcüstanda COVID-19-a yoluxanların sayı 295 mini ötüb
Xəbərlər Gürcüstanda son sutkada koronavirusa 818 yeni yoluxma faktı təsdiqlənib, 783 nəfər müalicə olunaraq sağalıb, 14 pasiyent vəfat edib. “Report”un yerli bürosu xə
Azərbaycanda daha bir məktəb koronavirusa görə distant təhsilə keçdi
Məlumatlar Azərbaycanda daha bir məktəb koronavirusa görə distant təhsilə keçib. BAKU.WS-in məlumatına görə, Ucar şəhər 2 nömrəli tam orta məktəbində dərslər distant keçi
Tez hazırlanan ÇİYƏLƏKLİ PİROQ
Məqalələr Tərkib: Xəmir üçün: - 1,5 stəkan un - 100 qr soyuq kərə yağı - yarım stəkan şəkər tozu - 1 yumurta - yarım ç.q. qabartma tozu - 1 çimdik duz - 1 ç.q. va