Sədərək Rayon Məhkəməsi - AZƏRBAYCAN RESPUBLİKASININ VAHİD MƏHKƏMƏ PORTALI

Təsvir

Sədərək Rayon Məhkəməsi - AZƏRBAYCAN RESPUBLİKASININ VAHİD MƏHKƏMƏ PORTALI
Sədərək rayonu 28 avqust 1990-cı ildə Şərur rayonunun tərkibindən ayrılaraq rayon statusu almışdır. Əhalisi 14487 nəfərdir, onlardan 49 nəfəri qaçqın, 369 nəfəri məcburi köçkündür.Rayonda 3 kənd və 1 qəsəbə vardır. Sədərək rayonu cənub-qərbdən 11 km məsafədə Türkiyə Respublikası ilə, şimal-qərbdən 24 km məsafədə Ermənistan Respublikası ilə, cənub-şərqdən 27 km məsafədə Şərur rayonu ilə həmsərhəddir. Sədərək rayonu Heydərabad qəsəbəsi, Sədərək, Qaraağac və Kərki kənd inzibati ərazi dairələrindən ibarətdir.Kərki kəndi 1990-cı ildən işğal altındadır, əhalisi məcburi köçkün kimi respublikanın müxtəlif yerlərində məskunlaşmışdır. Heydərabad qəsəbəsinin əsası 1982-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, 23 mart 2000-ci ildə qəsəbə statusu almışdır. Sədərək rayonun mərkəzidir.Sədərək Rayon Məhkəməsi 1993-cü ilin may ayından fəaliyyət göstərir və onun yurisdiksiyası Sədərək rayonu ərazisinə şamil edilir, əvvəlki adı Sədərək Rayon Xalq Məhkəməsi olubdur.Sədərək Rayon Məhkəməsi Sədərək rayon mərkəzində - Heydərabad qəsəbəsində xüsusi olaraq inşa edilmiş inzibati binada yerləşir. Məhkəmənin yüksək statusu ilə şərtləndirilən müasir əyarlara uyğun inşa edilmiş məhkəmə binası 18 iyun 2008-ci il tarixində istifadəyə verilmişdir.

Əlavə məlumat

Şəhər/Rayon Naxçıvan

Sayt məlumatı

Saytın ID-si: 368
Baxışların sayı: 23
Əlavə edilib: 03.09.20 04:07:11
Yenilənib: 03.09.20 04:07:11
Vaxtı bitir: 03.09.21 04:07:11
Kateqoriya: Məhkəmələr

Şərhlər

comments powered by Disqus