Qəbələ Rayon Məhkəməsi - AZƏRBAYCAN RESPUBLİKASININ VAHİD MƏHKƏMƏ PORTALI

Vebsayt

Təsvir

Qəbələ Rayon Məhkəməsi birinci instansiya məhkəməsi kimi Qəbələ rayonunun ərazisi çərçivəsində qanunla səlahiyyətlərinə aid edilmiş müki, cinayət, inzibati xətalara dair və digər işlərə baxır

Qəbələ Rayon Məhkəməsi 1930-cu ildə təşkil edilmişdir. 1930-1946-cı illərdə Azərbaycan SSR Xalq Ədliyyə Komissarlığının, 1946-1959-cu illərdə Azərbaycan SSR Ədliyyə Nazirliyinin, 1960-1970-ci illərdə Azərbaycan SSR Ali Məhkəməsinin, 1970-ci ildən 1991-ci ilin mart ayınadək Azərbaycan SSR Ədliyyə Nazirliyinin Qutqaşen Rayon Xalq Məhkəməsi, 1991-1997-ci illərdə isə Azərbaycan SSR Ədliyyə Nazirliyinin Qəbələ Rayon Xalq Məhkəməsi adı altında fəaliyyət göstərmişdir. 1997-ci ildən hal-hazıradək Azərbaycan Respublikası Qəbələ Rayon Məhkəməsi adı altında fəaliyyət göstərir.

Qutqaşen rayonu 1930-cu ildə təşkil olunmuşdur. 1991-ci ilin mart ayında rayonun adı dəyişdirilərək tarixi adı bərpa edilmişdir. Tərkibində 1 şəhər, 3 şəhər tipli qəsəbə, 60 inzibati ərazi vahidi, 56 kənd yaşayış məntəqəsi vardır. Mərkəzi Qəbələ şəhəridir. Sahəsi 1550 kv.km, əhalisi 95777 nəfərdir. Rayon ərazisində 1958 nəfər məcburi köçkün məskunlaşmışdır.

Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Qəbələ rayonu Böyük Qafqazın cənub ətəklərində yerləşir. Rayonun ərazisi əsasən dağlıq olmaqla 4 rayonla və Rusiya Federasiyasının Dağıstan Respublikası ilə həmsərhəddir. Şimaldan Rusiya Federasiyasının Dağıstan Respublikası, şərqdən İsmayıllı, qərbdən Oğuz, cənubdan Ağdaş və cənub-şərqdən Göyçay rayonları ilə həmsərhəddir. Qəbələ rayonu Dağlıq Şirvan iqtisadi-coğrafi zonasında yerləşir. Rayon ərazisində ən hündür zirvə Şahdağda Bazardüzü zirvəsidir. Onun hündürlüyü dəniz səviyyəsindən 4466 metr təşkil edir. Dəmiraparançay, Qaraçay, Həmzəlli çayı, Tikanlı çay və Vəndam çayı Qəbələ rayonu ərazisindən keçir.

Əlavə məlumat

Şəhər/Rayon Qəbələ

Sayt məlumatı

Saytın ID-si: 213
Baxışların sayı: 108
Əlavə edilib: 28.08.20 05:52:38
Yenilənib: 28.08.20 05:52:38
Vaxtı bitir: 28.08.21 05:52:00
Kateqoriya: Məhkəmələr

DDD.AZ - MƏLUMAT - MEDİA BAZASI

Suriyada prezident seçkiləri keçiriləcək
Xəbərlər Ölkə parlamenti Suriyada gələn ay prezident seçkisi keçiriləcəyini bildirib. Bunun Prezident Bəşər Əsədin hakimiyyəti əlində saxlaması üçün bir addım olduğu düş
Kraliçanın əri niyə Şahzadə adlanırdı?
Məqalələr [Press-DDD] Edinburq Hersoqu, Kraliça II Yelizavetanın əri İngiltərə Şahzadəsi Filip aprelin 9-u 99 yaşında vəfat etdi.Bəs Yelizaveta kraliça olduğu halda niyə
2023-cü ildə Dubayda pilotsuz taksilər istifadəyə veriləcək
Məlumatlar Dubay şahzadəsi Hamdan bin Mohammad öz Twitter hesabında bildirib ki, yaxın gələcəkdə şəhər yollarında pilotsuz taksilər istifadəyə veriləcək. Belə ki, Dubay i
Gürcüstanda COVID-19-a yoluxanların sayı 295 mini ötüb
Xəbərlər Gürcüstanda son sutkada koronavirusa 818 yeni yoluxma faktı təsdiqlənib, 783 nəfər müalicə olunaraq sağalıb, 14 pasiyent vəfat edib. “Report”un yerli bürosu xə
Azərbaycanda daha bir məktəb koronavirusa görə distant təhsilə keçdi
Məlumatlar Azərbaycanda daha bir məktəb koronavirusa görə distant təhsilə keçib. BAKU.WS-in məlumatına görə, Ucar şəhər 2 nömrəli tam orta məktəbində dərslər distant keçi
Tez hazırlanan ÇİYƏLƏKLİ PİROQ
Məqalələr Tərkib: Xəmir üçün: - 1,5 stəkan un - 100 qr soyuq kərə yağı - yarım stəkan şəkər tozu - 1 yumurta - yarım ç.q. qabartma tozu - 1 çimdik duz - 1 ç.q. va