Oğuz Rayon Məhkəməsi

Təsvir

Oğuz Rayon Məhkəməsi - Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi “Ədliyyə Sisteminin Müasirləşdirilməsi” Layihəsi çərçivəsində Oğuz Rayon Məhkəməsinin mütərəqqi beynəlxalq standartlara cavab verən yeni inzibati binası 2011-ci ildə inşa edilmişdir.
Rayon haqqında qısa məlumat

Oğuz Azərbaycanın qədim tarixə malik yaşayış məskənlərindəndir. Bura yaşayan insanlar hələ neolit dövründə oturaq həyat tərzi keçirmişlər. Bizim eranın əvvəllərində bu ərazi Qafqaz Albaniyasının, XVIII əsrdə isə Şəki xanlığının tərkibinə daxil olmuşdur. Arxeoloqlar Kərimli və Qarabaldır kəndlərinin yaxınlığında qədim insan məskənləri aşkar etmişlər. Burada nizələr üçün ucluqlar, tunc silah, daşdan hazırlanmış qadın heykəlləri və əsalar tapılmışdır. Oğuz rayonu (1991-ci ilədək Vartaşen) 08 avqust 1930-cu ildə təşkil olunmuş və həmin ildə də Vartaşen rayon Xalq məhkəməsi (indiki Oğuz Rayon Məhkəməsi) yaradılmışdır. 1963-1965-ci illərdə Nuxa (1968-ci ildən Şəki) rayonunun ərazisi Oğuz rayonunun tərkibində olmuşdur. Oğuz rayonu Şəki-Zaqatala iqtisadi rayonunda, Böyük Qafqazın cənub yamaclarında yerləşir. Şimaldan Rusiya Federasiyasının Dağıstan Respublikası ilə həmsərhəddir. Oğuz rayonunda 33 kənd vardır. Rayonun ərazisi 1.77 km², əhalisinin sayı isə 44,314 nəfər (01 04.2019). Oğuz rayonu şimaldan Rusiya Federasiyası (Dağıstan MR), şərqdən Qəbələ rayonu, qərbdən Şəki rayonu, cənubdan isə Ağdaş rayonları ilə həmsərhəddir. Erməni işğalçılarının işğalçı siyasəti nəticəsində Oğuz rayonunda 1698 nəfərdən ibarət 367 qaçqın ailə (01 04.2019) 2865 nəfərdən ibarət olan 711 məcburi köçkün ailə (01 04.2019) məskunlaşmışdır.

Əlavə məlumat

Şəhər/Rayon Oğuz

Sayt məlumatı

Saytın ID-si: 67
Baxışların sayı: 52
Əlavə edilib: 24.08.20 00:11:05
Yenilənib: 24.08.20 00:11:05
Vaxtı bitir: 24.08.21 00:11:05
Kateqoriya: Məhkəmələr

Şərhlər

comments powered by Disqus