Ağcəbədi Rayon Məhkəməsi - Azərbaycan Respublikası Vahid Məhkəmə Portalı

Vebsayt

Təsvir

Ağcabədi Rayon Məhkəməsi birinci instansiya məhkəməsi kimi Ağcabədi rayonunun ərazisi çərçivəsində qanunla səlahiyyətlərinə aid edilmiş müki, cinayət, inzibati xətalara dair və digər işlərə baxır.

“Ağcabədi” sözünün mənası “iri məskən” deməkdir (ağca-iri, badi-məskən, qəsəbə). Ağcabədi rayonu Azərbaycanın qədim yaşayış məskənlərindən biridir. Bu qədimliyi sübut edən maddi əlamətlərdən olan Eneolit, Tunc, Antik dövrlərə və orta əsrlərə aid yaşayış yerlərinin qalıqları - Kamiltəpə, Nərgiztəpə, Qaraköbər, Yantəpə, Qalatəpə və Gavur arxı diqqəti cəlb edir. Tarixçilər bu təpələri Misir ehramları ilə müqayisə edərək qeyd edirlər ki, hətta Gavur arxının Makedoniyalı İsgəndər tərəfindən təmir edildiyi güman olunduğu halda, XVI əsrdə Teymurləng tərəfindən tam təmir olunması tarixi faktdır. Rayonda orta əsrlərə aid daşdan yonulmuş formalı başdaşlarına qəbiristanlıqlarda rast gəlmək olur.

Ağcabədi rayonu 1930-cu ildə təşkil edilmiş və həmin tarixdə də Ağcabədi Rayon Xalq Məhkəməsi (indiki Ağcabədi Rayon Məhkəməsi) yaradılmışdır. Daha sonra 1963-cü ildə Ağcabədi rayonu ləğv olunub Ağdam rayonunun tabeliyinə verilmiş, 1965-ci ildə isə yenidən müstəqil rayon olmuşdur. Ağcabədi Azərbaycan Respublikasında 1939-1962-ci illərdə şəhər tipli olmuşdur. Qarqar çayının hər iki sahilində Mil və Qarabağ düzlərindədir. Rayonda 1 şəhər, 1 qəsəbə, 43 kənd var. Rayon Zərdab, Beyləqan, Füzuli, Bərdə, Ağdam, Xocavənd və İmişli rayonları ilə həmsərhəddir. Bakıdan 314 km məsafədə yerləşən Ağcabədinin ərazisi 17856 km², əhalisinin sayı isə 124 min 84 nəfərdir (04 iyul 2011). Ermənilərin işğalçılıq siyasəti nəticəsində Ağcabədi rayonunda 15.622 nəfər qaçqın və məcburi koçkün məskunlaşmışdır.

Əlavə məlumat

Şəhər/Rayon Ağcabədi

Sayt məlumatı

Saytın ID-si: 131
Baxışların sayı: 119
Əlavə edilib: 25.08.20 00:46:48
Yenilənib: 25.08.20 00:46:48
Vaxtı bitir: 25.08.21 00:46:00
Kateqoriya: Məhkəmələr

DDD.AZ - MƏLUMAT - MEDİA BAZASI

Kubada Kastro hakimiyyəti sona çatdı
Xəbərlər Raul Kastro ailəsinin 60 illik hakimiyyətini bitirərək Kuba Kommunist Partiyası lideri vəzifəsindən istefa etdiyini bildirdi.  89 yaşlı Kastro partiya qurultay
Əlvida, Böyük Şahzadə
Xəbərlər Britaniya Şahzadəsi , Kraliça II Yelizavetanın həyat yoldaşı Filipin dəfn mərasimi saat 15:00-da keçirilib. Vida mərasimi İngiltərənin Vindsordakı Müqəddəs Cor
Bakıda yeni marşrut xətti təşkil edilib - FOTO
Məlumatlar Ölkə başçısının şəhərətrafı kənd və qəsəbələrdə yaşayan vətəndaşlara göstərilən sərnişindaşıma xidmətlərində keyfiyyətin artırılması ilə bağlı tapşır
Tez hazırlanan ÇİYƏLƏKLİ PİROQ
Məqalələr Tərkib: Xəmir üçün: - 1,5 stəkan un - 100 qr soyuq kərə yağı - yarım stəkan şəkər tozu - 1 yumurta - yarım ç.q. qabartma tozu - 1 çimdik duz - 1 ç.q. va
İranda ötən gün koronavirusdan 328 nəfər ölüb
Məlumatlar İranda ötən sutka ərzində 321 nəfər koronavirusdan (COVID-19) ölüb. Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Yaz fəslində orqanizmdə yaranan narahatlıqlar
Məqalələr Yaz fəslinin gəlişi ilə orqanizmdə vitamin çatışmazlığı, yuxusuzluq, halsızlıq, oynaq və əzələ ağrıları kimi problemlər yaranmağa başlayır. Mütəxəssislər bildir