Şəki Ağır Cinayətlər Məhkəməsi - AZƏRBAYCAN RESPUBLİKASININ VAHİD MƏHKƏMƏ PORTALI

Vebsayt

Təsvir

Şəki Ağır Cinayətlər Məhkəməsi müvafiq ərazi yurisdiksiyası çərçivəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə ağır və xüsusilə ağır cinayət hesab olunan əməllər üzrə cinayət işlərinə baxır, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) məsələsini həll edir

Şəki Azərbaycanın ən qədim şəhərlərindən biri olub, təxminən 2700 il bundan əvvəl əsası qoyulub. Şəhər öz tarixi abidələrini və şəhərin tərtibatını yaxşı vəziyyətdə qoruyub saxlaya bilib. Dəniz səviyyəsindən 700 m. hündürdə yerləşir. Sanki bir Amfiteatra bənzəyən bu şəhər dağlar, palıd ağaclı meşələrlə əhatə olunub. Şəki məhsuldar yaylaqlar (otlaqlar) və düzənliklərin qoynunda yerləşir. Onun adı Azərbaycanın ərazisində E.Ə. VII əsrdə peyda olub və şəhərin adının meydana gəlməsi bu ərazidə uzun müddət yaşayan "Sak" tayfalarının adından götürülüb. Orta əsr mənbələrində şəhərin adına müxtəlif formalarda rast gəlmək olar - Şeke, Şəki, Şəkə, Şəkki, Şəkne, Şəken, Şəkkən, Şekin. Uzun müddət şəhər Nuxa adı ilə tanınıb. 18-ci əsrə qədər olan rəsmi sənədlərdə və qaynaqlarda şəhər Şəki adı altında formalaşıb. 1846-ci ildə aparılan islahatlardan sonra bu ərazi mərkəzi Nuxa olmaqla Nuxa qəzası (rayonu) adlandırılıb. Bu heç də Nuxa adını yalnız 19-cu əsrə bağlı olduğunu bildirməyib, əksinə onun adının mənbəyi uzaq keçmişə 10-cu əsrə qədər uzanır.

Məhkəmənin inzibati binasının yerləşdiyi rayon: Şəki

Məhkəmənin fəaliyyət göstərdiyi inzibati ərazi vahidləri: İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən, Yevlax, Ağdaş, Mingəçevir, Göyçay.

Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi “Ədliyyə Sisteminin Müasirləşdirilməsi” Layihəsi çərçivəsində Kompleksinin layihəsi hazırlanmışdır və kompleksin inşası 2015-ci ildə başa çatmışdır. Həmin məhkəmə kompleksində Şəki Apelyasiya, Şəki İnzibati-İqtisadi və Şəki Rayon məhkəmələri ilə birgə Şəki Ağır Cinayətlər Məhkəməsi də yerləşir.

Əlavə məlumat

Şəhər/Rayon Şəki

Sayt məlumatı

Saytın ID-si: 210
Baxışların sayı: 101
Əlavə edilib: 28.08.20 05:39:00
Yenilənib: 28.08.20 05:39:00
Vaxtı bitir: 28.08.21 05:39:00
Kateqoriya: Məhkəmələr

DDD.AZ - MƏLUMAT - MEDİA BAZASI

Suriyada prezident seçkiləri keçiriləcək
Xəbərlər Ölkə parlamenti Suriyada gələn ay prezident seçkisi keçiriləcəyini bildirib. Bunun Prezident Bəşər Əsədin hakimiyyəti əlində saxlaması üçün bir addım olduğu düş
Kraliçanın əri niyə Şahzadə adlanırdı?
Məqalələr [Press-DDD] Edinburq Hersoqu, Kraliça II Yelizavetanın əri İngiltərə Şahzadəsi Filip aprelin 9-u 99 yaşında vəfat etdi.Bəs Yelizaveta kraliça olduğu halda niyə
2023-cü ildə Dubayda pilotsuz taksilər istifadəyə veriləcək
Məlumatlar Dubay şahzadəsi Hamdan bin Mohammad öz Twitter hesabında bildirib ki, yaxın gələcəkdə şəhər yollarında pilotsuz taksilər istifadəyə veriləcək. Belə ki, Dubay i
Gürcüstanda COVID-19-a yoluxanların sayı 295 mini ötüb
Xəbərlər Gürcüstanda son sutkada koronavirusa 818 yeni yoluxma faktı təsdiqlənib, 783 nəfər müalicə olunaraq sağalıb, 14 pasiyent vəfat edib. “Report”un yerli bürosu xə
Azərbaycanda daha bir məktəb koronavirusa görə distant təhsilə keçdi
Məlumatlar Azərbaycanda daha bir məktəb koronavirusa görə distant təhsilə keçib. BAKU.WS-in məlumatına görə, Ucar şəhər 2 nömrəli tam orta məktəbində dərslər distant keçi
Tez hazırlanan ÇİYƏLƏKLİ PİROQ
Məqalələr Tərkib: Xəmir üçün: - 1,5 stəkan un - 100 qr soyuq kərə yağı - yarım stəkan şəkər tozu - 1 yumurta - yarım ç.q. qabartma tozu - 1 çimdik duz - 1 ç.q. va