Teorem.az - Test və Onlayn Repetitor Mərkəzi - Teorem.az

Vebsayt
Facebook səhifəsi: www.facebook.com/teoremaze/

Təsvir

Test və Onlayn Repetitor Mərkəzi - TEOREM təhsil sahəsində müxtəlif auditoriyalar və səviyyələr üzrə sınaq imtahanların təşkili və qiymətləndirilməsi üzrə platformadan, imtahanlara hazırlaşanlar üçün onlayn repetitor platformasından və müxtəlif təhsil müəssisələri və hazırlıq kursları üçün sınaq imtahanları təşkil etməyə imkan verən platformadan ibarət təhsil resursudur.
TEOREM-in əsas məqsədi təhsil alanların və təhsil verənlərin imkanlarını genişləndirmək, təhsil prosesi iştirakçılarına innovasiyalardan, internetdən və informasiya texnologiyalarından effektiv istifadə etməklə yeni imkanlar yaratmaqdır.
TEOREM təhsil sahəsində yeni texnologiyalardan effektiv istifadə etməklə keyfiyyətli və çevik formada təhsil xidmətləri təqdim edir.
Hazırda TEOREM təhsil sahəsində aşağıdakı əsas istiqamətlər üzrə onlayn xidmətlər təqdim edir :

1. Onlayn Sınaq Sistemi

2. Onlayn Repetitor Sistemi

3. Məktəb Sınaq Sistemi

4. Qəbul Arxivi

Onlayn Sınaq Sistemi orta məktəbin əsas sinifləri (5 -11-ci siniflər), orta ixtisas, ali təhsil, magistratura, dövlət qulluğu və müəllimlərin işə qəbulu üzrə sınaq imtahanları təşkil etməyə, qiymətləndirməyə, nəticələri izləməyə kömək məqsədilə hazırlanıb.
Sistem mövcud təhsil standartlarına uyğun olaraq siniflər, fənlər, mövzular, fəsillər, ixtisas qrupları və ixtisas fənləri üzrə onlayn formada sınaq imtahanları qəbul etməyə imkan verir.
Sistem orta məktəb şagirdləri və müəllimlər üçün müxtəlif standartlarda, müxtəlif çətinlik dərəcəsi və müxtəlif tiplərdə olan test tapşırıqları üzərində işləmək və imtahan vərdişləri formalaşdırmağa kömək edir.

Onlayn Sınaq Sistemi orta məktəb auditoriyası üçün 2 əsas bloka (Ənənəvi və Kurrikulum bloklarına) bölünür.

Orta məktəb üzrə sınaq imtahanları aşağıdakı alt istiqamətlər üzrə təşkil olunur :

1. Paraqraflar üzrə sınaq imtahanı

2. Fəsillər üzrə sınaq imtahanı (Kiçik Summativ Qiymətləndirmə - KSQ)

3. Ümumi sınaq imtahanı (bir neçə mövzu və ya fəsil üzrə)

4. Fənlər üzrə 1-ci yarımil ( Böyük Summativ Qiymətləndirmə - BSQ) sınaq imtahanı

5. Fənlər üzrə 2-ci yarımil sınaq (BSQ) imtahanı

6. Fənlər üzrə illik sınaq imtahanı

7. Orta məktəb kursunun bütün sinifləri, fənləri və fəsillərini seçməklə Məktəb Sınaq İmtahanı - MQT

8. Kurikulum sınaq imtahanları (Kurikulum KSQ və BSQ sınaq imtahanları)
Sistemdə hələlik məhdud sayda siniflər üzrə yeni təhsil proqramına (kurikulum) uyğun suallar və imtahanlar yerləşdirilib və istifadəyə yararlıdır.

Buraxılış imtahanları :
9 və 11-ci sinif sınaq buraxılış imtahanları

Liseylər :
Hərbi Liseylərə qəbul sınaq imtahanları

Hərbi Tibb məktəblərinə qəbul sınaq imtahanları

Abituriyentlər TEOREM vasitəsilə əsasən 2 istiqamət üzrə sınaq imtahanları verə bilərlər:

1. İxtisas Qrupları üzrə
2. İxtisas Qruplarına daxil olan İmtahan fənləri üzrə

Sınaq imtahanlarına düşən suallar dinamik olaraq dəyişir. İmtahanlara düşən test tapşırıqları çətinlik səviyyəsi və testlərin tipləri nəzərə alınmaqla müəyyən olunur. Abituriyentlərin imtahan nəticələri onun hesabında həmişə qalır və abituriyent öz nəticələrini real olaraq izləmək imkanı əldə edir. Həmçinin, hazırlıq kurslarına gedən abituriyentin icazəsi ilə onun repetitoru(müəllimi) da bu nəticələri izləyə bilir.

İstifadəçilər seçdikləri paketlərdən asılı olaraq müxtəlif növ sınaq imtahanları və yoxlama testləri əldə edə bilərlər.

İmtahanlar mövcud qəbul qaydaları və qiymətləndirmə standartlarına uyğun olaraq bazadan genereasiya olunmaqla avtomatik tərtib olunur. Hər bir imtahan növü üzrə test tapşırıqlarının sayı, çətinlik dərəcəsi, mövzu uyğunluğu mövcud standartlara uyğun müəyyən olunub. Hər bir sınaq imtahanı TEOREM-in test bazasından unikal formada, mövcud qaydalara uyğun olaraq hazırlanmış alqoritm əsasında generasiya olunur. İmtahan nəticələri mövcud qiymətləndirmə standartlarına əsasən avtomatik qaydada dərhal hesablanır və istifadəçiyə təqdim olunur. Cavabları çap etmək və ya email ünvana göndərmək mümkündür. TEOREM-də problemli suallarla bağlı müəllimlə onlayn əlaqə yaratmaq üçün imkan yaradılıb. Köhnə imtahan nəticələrinizlə imtahanlar bölməsində tanış olub, öz inkişaf dinamikanızı izləyə bilərsiniz. İmtahanların müddəti də mövcud standartlar çərçivəsində müəyyən olunur. İmtahanların nəticələri – balların hesablanması mövcud standartlara uyğun olaraq aparılır.

İmtahanlara hazırlaşanlar TEOREM-in Onlayn Sınaq Sistemi vasitəsilə :

• Öz bilik səviyyəsini yoxlamaq imkanı qazanır;
• Test imtahan texnologiyaları ilə tanışlıq əldə edir
• Testlərlə tanış olur və müxtəlif səviyyəli testlərlə işləmək vərdişləri qazanır;
• İmtahanlar üçün ayrılmış vaxtdan effektiv istifadə vərdişləri qazanır
• Psixoloji cəhətdən imtahanlara hazırlaşmaq imkanları qazanır və s.

Onlayn Repetitor Sistemi imtahanlara hazırlaşanlar və repetitorlar üçün onlayn platformadır. Bu platformadan istifadə edənlər imtahanlara hazırlıq prosesinin təşkili üçün yeni imkanlar əldə edirlər .
Şagirdlər və imtahana hazırlaşanlar üçün Repetitorların seçilməsi imkanı yaradılıb. Repetitorun xidmətlərindən yararlananlar onların fəaliyyətinə qiymət verə bilirlər. Repetitor da öz arzusuna uyğun olaraq hazırlaşanları təsdiq edə bilir.
Sistemə daxil olan müəllim və şagird üçün Virtual Repetitor otağı yaradılır. Hər bir Repetitor( müəllim) burada öz şagirdləri ilə informasiya münasibətləri qura, onlara tapşırıqlar verə, nəticələrini izləyə və öz arzusuna uyğun qiymətləndirmə prossesini təşkil edə bilər. Bu sistem vasitəsilə Repetitorlar hazırlaşdırdıqları uşaqların səviyyəsinə uyğun olaraq xüsusi sınaqlar da tərtib edə bilirlər. Abituriyentin çatışmazlıqları və suallarını müzakirə etmək üçün Online Repetitor Sistemi köməyə gəlir. Repetitor şagirdlərin ballarının artıb-azalmasına nəzarət edə bilir.

Məktəb Sınaq Sistemi TEOREM-in test bazasından istifadə etməklə Hazırlıq Kursları və Məktəblərə Sınaq imtahanları təşkil etməyə imkan verən onlayn platformadır. Onlayn Kurs/Məktəb Sistemindən istifadə statusu qazanan qurumlar və müəllimlər imatahanlara hazırlaşanlar üçün oflayn formada sınaq imtahanları təşkil edə bilirlər. Bu məqsədlə onlar TEOREM-in test bazasından istifadə etməklə Sınaq İmtahanı yaradırlar. Sınaq imtahanlarını müxtəlif variantlar və arzuolunmaz testlərin silinməsi və avtomatik qaydada bazadan yeni testlərlə əvəz olunması ilə təşkil oluna bilir. Sınaq imtahanlarını müxtəlif variantlarda imtahan kitabçası formasında çap etmək imkanı yaradılıb.
İmtahan verənlər sistemə daxil olaraq öz imtahan nəticələri öyrənə və ballarını hesablaya bilirlər

Qəbul Arxivi bölməsi. Qəbul arxivi bölməsində müxtəlif auditoriyalar üzrə əvvəlki illərdə keçirilən imtahanlar və sınaqlar yerləşdirilib. 2001 –ci ildən başlayaraq bu tip imtahanların bazaya yerləşdirilməsi nəzərdə tutulub. Hazırda 2015 - 2017-ci illər üzrə bir neçə auditoriyanın imtahanları və sınaqları bazaya daxil edilib. İmtahanların nəticələri mövcud qaydalara uyğun olaraq hesablanır və nəticələri əldə etmək mümkündür.

TEOREM-in Test Bazasına 100 000 test tapşırığı daxil edilib. Test bazası TQDK-nın açıq formada olan testlərindən və TEOREM-lə əməkdaşlıq edən müəllimlərdən və repetitorlardan alınan yeni test tapşırıqlarından istifadə etməklə formalaşıb.
Bazaya daxil edilən hər bir test tapşırığı mövcud qaydalara uyğun olaraq, mövzusu, çətinlik dərəcəsi və tipi(relevantlıq səviyyəsi) müəyyən olunmaqla kodlaşdırılıb. Bazadakı bütün testlər siniflər, qruplar, fəsillər, mövzular, açıq və qapalı olması üzrə sistemləşdirilib.
TEOREM-in test bazası daim yenilənir.
Qeydiyyatdan keçən müəllimlər və repetitorların TEOREM-ə test göndərməsi üçün imkan yaradılıb. Testləri fayl formatda əlavə etmək və ya birbaşa sistemə daxil etməklə də göndərmək mümkündür.

TEOREM -də istifadə üçün qediyyatdan keçmək zəruridir. TEOREM-in xidmətlərindən istifadə ödənişlidir. TEOREM-mə müxtəlif ödəniş vasitələrindən ( Plastik Kart, Portmanat, Mobil operatorlar və E-manat ) istifadə etməklə ödəniş etmək, balansı artırmaq olar. Bununla belə xidmətlərdən pulsuz olaraq da istifadə imkanı yaradılıb. Belə ki, ilk dəfə Qeydiyyatdan keçən hər bir istifadəçi sistemin bütün imkanlarından istifadə üçün məhdud məbləğdə balans əldə edir. TEOREM-də balans TEO ilə ölçülür.
TEO-Test və Onlayn Repetitor Mərkəzinin xidmətlərindən istifadə məqsədilə ödənilən vəsaitə uyğun olan balansın ölçü vahididir. 1 manat = 100 TEO.
Bununla bağlı daha geniş məlumatı İstifadə qaydalarından, Tez-tez Verilən Suallar bölməsindən də əldə edə bilərsiniz.

Teorem haqqında
İstifadəçi razılaşması
Ödənişlər
https://teorem.az/

Əlavə məlumat

Şəhər/Rayon Bakı

Sayt məlumatı

Saytın ID-si: 109
Baxışların sayı: 118
Əlavə edilib: 24.08.20 11:15:01
Yenilənib: 24.08.20 11:15:01
Vaxtı bitir: 24.08.21 11:15:00
Kateqoriya: Kurs və təlimlər

Cəmi təkrarlanan baxışlar: 0
Cəmi unikal baxışlar: 23