TBC Kredit Azərbaycan

Vebsayt
Facebook səhifəsi: www.facebook.com/tbckredit/
Instagram səhifəsi: www.instagram.com/tbc_kredit/

Təsvir

TBC Kredit - Azərbaycan bazarında 1999-cu ildən uğurlu fəaliyyət göstərən bank olmayan kredit təşkilatıdır.

TBC Kredit Azərbaycan bazarında 1999-cu ildən uğurlu fəaliyyət göstərən bank olmayan kredit təşkilatıdır. Bizim missiyamız kiçik və orta müəssisələrin rəqabətə davamlığını artırmaq üçün imkan yaratmaq və daha güclü biznes praktikasını inkişaf etdirməkdən, orta gəlirli şəxslərin yaşayış standartlarını yaxşılaşdırmaq üçün lazımi malıyyə resurslarına çıxışlarını, eyni zamanda xidmət keyfiyyətinin və müştəri məmnuniyyətinin yüksək səviyyədə təmin edilməsi və təşkilatın davamlı inkişafını təmin etməkdən ibarətdir.

TBC Kredit Azərbaycan bazarındakı fəaliyyətini Beynəlxalq İnkişaf üzrə ABŞ Agentliyinin (USAİD) maliyyələşdirdiyi kiçik və orta sahibkarlığın inkişafı proqramı çərçivəsində başlamışdır. 2000-ci ilin fevral ayında Azərbaycan Respublikası Milli Bankının lisenziyasını almışdır.

2007-ci ilin sonunadək TBC Kredit-in yeganə təsisçisi Enclude (keçmiz “Shore Overseas Azerbaijan”), ABŞ beynəlxalq şirkətlər qrupuna daxil olan Triodos Ventures şirkəti olmuşdur. 2007-ci ilin dekabr ayında Gürcüstanın aparıcı banklarından biri olan TBC Bank 7,500,000 ABŞ dolları məbləğində əlavə investisiya edərək şirkətin payının75% -ni əldə etmişdir və 2018-ci ildə qalan 25%-ni də əldə edərək TBC Kreditin yeganə səhmdarı oldu.

TBC Kredit 2004-cü ildən başlayaraq ABŞ-ın Xaricdə Özəl İnvestisiyalar Korporasiyası (OPİC) ilə səmərəli əməkdaşlıq edərək 15 il müddətinə 10 milyon ABŞ dolları məbləğində kredit almışdır. Bununla yanaşı, şirkət Avropa Yenidənqurma və İnkişaf Bankı, Qara Dəniz Ticarət və İnkişaf Bankı, Triple Jump, responsAbility, MicroVest və digər beynəlxalq kreditorlar ilə əməkdaşlıq edir.

Biz geniş çeşidli kredit məhsulları təklif edirik:

Biznes kreditləri (mikro və kiçik müəssisələr)
İpoteka kreditləri
Ev şəraitinin yaxşılaşdırılması kreditləri
İstehlak kreditləri
Lizinq

Müştərilərlə qarşılıqlı etimad və fayda üzərində qurulan uzunmüddətli əlaqələrinin qurulması üçün hər cür səy göstəririk.Təşkilat müxtəlif növ kreditlərin verilməsi sahəsində böyük təcrübəyə malikdir. Azərbaycanda ipoteka kreditlərini ilk olaraq TBC Kredit verməyə başlamışdır.

Əlavə məlumat

Şəhər/Rayon Bakı

Sayt məlumatı

Saytın ID-si: 1281
Baxışların sayı: 17
Əlavə edilib: 18.04.21 15:59:38
Yenilənib: 18.04.21 15:59:38
Vaxtı bitir: 18.04.22 15:59:38

DDD.AZ - MƏLUMAT - MEDİA BAZASI

“Portofino” restoranı cərimələndi - TAM SİYAHI
Xəbərlər Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 439 ictimai iaşə obyektində 741 monitorinq keçirib. AQTA-dan
İşğaldan azad olunmuş daha bir kənddən görüntülər – VİDEO
Xəbərlər Müdafiə Nazirliyi Ağdam rayonunun Qarapirimli kəndinin videogörüntülərini yayıb Azərbaycan Müdafiə Nazirliyi Ağdam rayonunun Qarapirimli kəndinin videogörüntül
Xarici diplomların tanınması üçün müraciət asanlaşır
Məlumatlar Sistemdə müxtəlif innovativ həllər, əlavələr və dəyişikliklər edilir Təhsildə Keyfiyyət Təminatı Agentliyi xarici diplomların tanınması ilə bağlı elektron əriz
Azərbaycanda 110 rəqəmi ilə yeni nömrələr istifadəyə verildi - DYP-dən açıqlama - FOTO
Məlumatlar [Press-DDD] Azərbaycanda yeni qeydiyyat nişanları istifadəyə verilib. Bu barədə sosial şəbəkələrdə yeni qeydiyyat nişanlarının fotosu yayılıb. FED.az xəbər ver
Bu zonadakı şirkətlər bütün vergilərdən azad olacaqlar
Məqalələr [Press-DDD] "Ələt azad iqtisadi zonası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilir. Marja qanun layihəsinə istinadən xəbər verir ki, Azad
Xalçanı yumadan təmizləməyin SADƏ YOLU
Məqalələr [Press-DDD] Artıq yay ayları gəlir və yun adyalların, yorğanların, xalçaların təmizlənərək götürülməsinə başlanılır. Amma xalçaları yumaq elə də asan deyil və