Modern Hospital - Həyatınıza dəyər verərək

Vebsayt

Təsvir

Modernhospital.az - Hazırda ölkəmizdə 500-ə yaxın özəl tibbi müəssisə fəaliyyət göstərir ki, onlar dünya təcrübəsindən bəhrələnərək tibbi xidmətin müasir səviyyədə təşkilinə öz töhfələrini verir. Belə müəssələrdən biri də 2008-ci ilin noyabr ayında Bakıda fəaliyyətə başlayan, müasir avadanlıqlarla təchiz olunmuş və yüksək ixtisaslı həkimlərin çalışdığı Modern Hospitaldır.

Bu gün Azərbaycanda çox əlverişli biznes mühiti formalaşmışdır. Cənab Prezidentin həyata keçirdiyi davamlı inkişaf proqramları tibb sahəsi üçün də münbit şərait yaratmışdır. Ölkəmizdə inşa edilən yüzlərlə yeni tibb müəssisələri və regional tibb mərkəzləri əhalinin sağlamlığının qorunmasında mühüm əhəmiyyətə malikdir. Ölkəyə çox qiymətli tibbi cihazlar gətirilir. Bu isə hər cür xəstəliyin müayinə və müalicəsinə geniş imkanlar yaradır.

Klinikamız çoxprofillidir, pasientlərimizə stasionar xidmət də göstərilir.

41 çarpayımız 8-i reanimasiya şöbəsində, 33-i isə ümumi stasionar palatadadır.Burada ürək cərrahiyyəsindən başqa bir çox sahələr üzrə cərrahi əməliyyatlar aparılır. Laporaskopik üsul və endoskopik cihazlar vasitəsi müxtəlif əməliyyatlar icra olunur.

Vaxtaşırı türk həkimlərinin köməyi ilə Azərbaycanda yenə ilk dəfə Modern Hospitalda icra olunan mikroskop vasitəsi ilə qulaqda əməliyyat aparılır. Uroloji xidmətlər - müayinələr, endo-uroloji əməliyyatlar Avropa və Amerika uroloji assossiasiyalarının qəbul etdiyi protoklollar əsasında həyata keçirilir. Bu və digər sahələrdə ən müasir müalicə standartlarını klinikamızda çoxdan tətbiq edirik.


Almaniya və Turkiyənin bir çox qabaqcıl klinikaları ilə əməkdaşlıq edirik. Maddi-texniki təchizat məsələsi ilə bağlı biz tibbi cihazları dünyaca məhşur firmalardan alırıq. Əsas üstünlüyü Yaponiya, ABŞ, Almaniya, İtaliya kimi ölkələrə veririk. Bu gün klinikamızda çox qiymətli cihazlar var.

Məsələn, mədə-bağırsaq xəstəliklərinin müayinəsinin endoskopiya üsulu var. Biz indi videoendoskopiya vasitəsi ilə xəstəyə heç bir əziyyət vermədən bu müayinəni aparırıq. Kamera endoskopun ucunda olduğundan daha geniş informasiya götürmək imkanı yaradır. Müayinə zamanı ekrana xəstə də, həkim də baxa bilər və prosesin kompyuterin yaddaşında qeyd olunması da mümkündür.

Endoskopiya klinikamızda bir çox sahələrdə uğurla tətbiq edilir.Modern Hospital klinikasında müharibə əlilləri, şəhid ailələri və məcburi köçkünlərə güzəştlər tətbiq olunur.

Təhsil nazirliyinə bağlı uşaq evləri və “SOS” Uşaq Kəndində olan kimsəsiz uşaqları bizim klinika tam pulsuz müayinə və müalicə edir. Bundan başqa klinikamızda müharibə əlilləri,şəhid ailələri və məcburi köçkünlərə güzəştlər tətbiq olunur. Söz yox ki, gələcəkdə biz öz güzəşt kateqoriyalarımızı daha da genişləndirəcəyik.

Əlavə məlumat

Şəhər/Rayon Bakı

Sayt məlumatı

Saytın ID-si: 1246
Baxışların sayı: 9
Əlavə edilib: 31.03.21 20:28:21
Yenilənib: 31.03.21 20:28:21
Vaxtı bitir: 31.03.22 20:28:21
Kateqoriya: Klinikalar

DDD.AZ - MƏLUMAT - MEDİA BAZASI

Suriyada prezident seçkiləri keçiriləcək
Xəbərlər Ölkə parlamenti Suriyada gələn ay prezident seçkisi keçiriləcəyini bildirib. Bunun Prezident Bəşər Əsədin hakimiyyəti əlində saxlaması üçün bir addım olduğu düş
Kraliçanın əri niyə Şahzadə adlanırdı?
Məqalələr [Press-DDD] Edinburq Hersoqu, Kraliça II Yelizavetanın əri İngiltərə Şahzadəsi Filip aprelin 9-u 99 yaşında vəfat etdi.Bəs Yelizaveta kraliça olduğu halda niyə
2023-cü ildə Dubayda pilotsuz taksilər istifadəyə veriləcək
Məlumatlar Dubay şahzadəsi Hamdan bin Mohammad öz Twitter hesabında bildirib ki, yaxın gələcəkdə şəhər yollarında pilotsuz taksilər istifadəyə veriləcək. Belə ki, Dubay i
Gürcüstanda COVID-19-a yoluxanların sayı 295 mini ötüb
Xəbərlər Gürcüstanda son sutkada koronavirusa 818 yeni yoluxma faktı təsdiqlənib, 783 nəfər müalicə olunaraq sağalıb, 14 pasiyent vəfat edib. “Report”un yerli bürosu xə
Azərbaycanda daha bir məktəb koronavirusa görə distant təhsilə keçdi
Məlumatlar Azərbaycanda daha bir məktəb koronavirusa görə distant təhsilə keçib. BAKU.WS-in məlumatına görə, Ucar şəhər 2 nömrəli tam orta məktəbində dərslər distant keçi
Tez hazırlanan ÇİYƏLƏKLİ PİROQ
Məqalələr Tərkib: Xəmir üçün: - 1,5 stəkan un - 100 qr soyuq kərə yağı - yarım stəkan şəkər tozu - 1 yumurta - yarım ç.q. qabartma tozu - 1 çimdik duz - 1 ç.q. va