Mek.az - Mərkəzi Elmi Kitabxana

Vebsayt

Təsvir

Mek.az - Mərkəzi Elmi Kitabxananın (MEK) məqsədi Azərbaycanın qədim tarixinin və zəngin mədəniyyətinin, Azərbaycan Respublikasının müstəqillik illərində qazanılmış siyasi, iqtisadi, sosial və mədəni nailiyyətlərinin təbliğ edilməsi, Azərbaycan dilinin informasiya resurslarında istifadə imkanlarının genişləndirilməsi, müasir elmi araşdırmaların aparılması üçün informasiya təminatının yaxşılaşdırılması, milli-tarixi irsimizi təşkil edən və yeni yaranan bütün növ mövcud informasiya vahidlərinin toplanıb saxlanılması, dünya elmi, tarixi və mədəniyyətinin istifadəçilərinə təqdim olunmasıdır. MEK və MEK-in tərkibində fəaliyyət göstərən İnformasiya resursları mərkəzi Azərbaycan Milli Elmlər Akademiyası tərkibində informasiya resurslarını mərkəzləşdirən və əlaqələndirən müasir kitabxana – informasiya sistemi kimi fəaliyyət göstərir.

MEK əsas fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin 6 oktyabr 2008-ci il tarixli 3072 №-li Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kitabxana – informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”, "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 23 may 2011-ci il tarixli 429 №-li Fərmanı və “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014 – 2020-ci illər üçün Milli Strategiya”dan irəli gələn vəzifə və öhdəliklər ilə uzlaşdırır. Bu sırada informasiya cəmiyyəti mühitində xalqın tarixi, ədəbi və mədəni irsinin qorunub saxlanılması və geniş təbliği, dünya informasiya məkanında Azərbaycan Respublikasının milli maraqlarının qorunması, cəmiyyətdə İKT-dən qanuni və təhlükəsiz istifadə edilməsi, müasir texnologiyalara etimadın artırılması, informasiya təhlükəsizliyi sisteminin inkişaf etdirilməsi və tətbiqi kimi vəzifələr ön plana çıxır.

2015-ci il Mərkəzi Elmi Kitabxananın həyatında bir çox əhəmiyyətli hadisələrlə səciyyələndi. Azərbaycan Respublikası prezidentinin 29 aprel 2011-ci il tarixli Sərəncamı ilə inşa edilmiş və iştirakı ilə istifadəyə verilmiş yeni binada MEK fəaliyyətini davam etdirdi. MEK-in yeni Nizamnamə və Strukturu təsdiq olundu. Kitabxana fondlarında saxlanılan kitabları AMEA-nın əsas binasından MEK-in yeni binasına köçürdü. MEK Milli Rəqəmsal Yaddaş layihəsinə başladı. MEK-də Vahid İdarəetmə Proqramının hazırlanması başladı. MEK-də Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən tədbirlər keçirildi.


2015-ci ildə “Akademkitab” satış mərkəzi MEK-in tərkibinə daxil edildi. Eyni zamanda MEK-in tərkibində İnformasiya resursları mərkəzi (İRM) yaradıldı. İRM-in ən ümdə vəzifəsi kitabxana – informasiya proseslərinin avtomatlaşdırılması, MEK üçün strateji əhəmiyyət kəsb edən informasiyanın toplanılıb saxlanılması, gələcək nəslə çatdırılması və Azərbaycan elmi ictimaiyyətinin informasiya təminatının ödənilməsidir.

Kitabxana hazırda 1 mln 330 mindən çox informasiya resursu, 14 oxu zalı, avtomatik qeydiyyat avadanlıqları, elektron kataloqlar, sistemləşdirmə avadanlıqları və istirahət guşələri ilə təmin olunub.
http://mek.az/

Video


Əlavə məlumat

Şəhər/Rayon Bakı

Sayt məlumatı

Saytın ID-si: 78
Baxışların sayı: 158
Əlavə edilib: 24.08.20 02:00:51
Yenilənib: 24.08.20 02:00:51
Vaxtı bitir: 24.08.21 02:00:00
Kateqoriya: Kitabxana və arxiv

DDD.AZ - MƏLUMAT - MEDİA BAZASI

Prezident və xanımı “Akademik Zərifə Əliyeva” gəmisinin suya salınması mərasimində
Xəbərlər Martın 1-də dünyada ilk dəfə Bakıda yaradılan “Suraxanı” gəmi-muzeyinin açılışı olub.Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əl
Azərbaycanda yük maşını traktorla toqquşdu: Ölən var
Xəbərlər Xızı rayonunda yol nəqliyyat hadisəsi baş verib.BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb.Bildiril
Mart ayının yarısında iş olmayacaq
Məlumatlar [Press-RSS] Mart ayında 14 gün qeyri-iş günü olacaq.NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, ayın ilk bayramı 8 Mart – Beynəlxalq Qadınlar Gününə düşür
“Turan Bank”da yeni departament rəhbəri təyin edilib
Məlumatlar “Turan Bank” ASC-nin İnformasiya texnologiyaları departamentinin yeni direktoru təyin edilib.ENA.az Banker.az-a istinadən xəbər verir ki, bu departamentə rəhb
XAÇAPURİ RESEPTİ
Məqalələr Tərkibi:1 yumurta1 x.q. şəkər tozu1 ç.q. duz700-800 qr. un4 x.q. günəbaxan yağı100 ml. süd10 qr. quru maya300 ml. suİçlik:150 qr. ağ pendir150 qr. holland pen
SÜMÜKLƏRİ GÜCLƏNDİRƏN QİDALAR
Məqalələr Bədənin əsas dayağını təşkil edən sümüklər və oynaqlar yaşlandıqca müəyyən təsirlərə məruz qalır. İlbəil artan yaşla insanlar osteoporoz (sümük əriməsi), osteoa