Yeni Avropa İnformasiya Agentliyi

Təsvir

Yeni Avropa İnformasiya Agentliyi - 
Biz kimik və nədən  “Yeni Avropa” ?
Əziz oxucu, bilirik ki, ilk ağlınıza gələn sual da elə məhz budur.
"Yeni Avropa" İnformasiya Ağentliyi  01 dekabr 2017-ci ildın fəaliyyətə başlayıb  və  ölkə ərazisində müstəqil informasiya siyasəti həyata keçirən bir media qurumudur.Yeni yaranmasına baxmayaraq ,  agentliyin kollektivi peşəkar və öz işini bilən bir jurnalist komandasından təşkil olunub. Odur ki, agentliyin saytında yer alan materialların doğruluğuna, eləcə də informasiya mənbələrimizin etibarlılığına , işimizin isə qərəzdən tam uzaq olacağına əmin ola bilərsiniz. Məlumatlarımız tam obyektib, qarşı tərəfin də fikirləri nəzərə alınmaqla, həmçinin, müəlliflər tərəfindən heç bir əlavə şərh verilmədən saytda yerləşdiriləcəkdir.
Bir media qurumu olaraq, təbii ki, Həsən bəy Zərdabi idealarına sadiq qalacağıq, xalqın maarifləndirməsi əsas işimiz olacaqdır. Xəbərlərimizdə  heç bir siyasi və ya  sosial qruplara  qarşı ayrı-seçkilik  nümayiş olunmayacaq, obyektiv  xəbərçilik prinsiplərinə sadiq qalacağıq. Odur ki,  respublika ərazisində fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, QHT-ləri, hüquq-mühafizə orqanlarını bizimlə aktiv əməkdaşlığa dəvət edirik.
O ki qaldı “Yeni Avropa” sözünü seçməyimizə, çalışaçağıq ki ,öz  fəaliyyətimizlə Azərbaycanın Yeniləşən Avropaya inteqrasiya prosesində, yuxarıda sadalanan demokratik dəyərləri qorumaqla , müəyyən  töhfələr verək.

Əlavə məlumat

Şəhər/Rayon Bakı

Sayt məlumatı

Saytın ID-si: 362
Baxışların sayı: 6
Əlavə edilib: 03.09.20 03:11:39
Yenilənib: 03.09.20 03:11:39
Vaxtı bitir: 03.09.21 03:11:39

Şərhlər

comments powered by Disqus