Trend - İnformasiya Agentliyi - Azərbaycan xəbərləri, Gürcüstan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, İran, Türkiyə xəbərləri

Təsvir

BİZ KİMİK
1995-ci ildə Azərbaycanda yaradılmış Trend müstəqil informasiya agentliyi Cənubi Qafqazda və Xəzər regionunda, eləcə də Mərkəzi Asiyada aparıcı xəbər tədarükçüsüdür. Agentliyin bazası əsasında Trend Ekspert Şurası yaradılıb. Şuranın tərkibinə region və Qərb ölkələrinin 40-a yaxın tanınmış müstəqil eksperti daxildir.
BİZİM UĞURLARIMIZ
2010-cu ildə Trend Asiya və Sakit okean ölkələri İnformasiya Agentlikləri Təşkilatına (OANA) üzv qəbul edilib. Trend 2006-2007-ci illərdə Azərbaycanda "KİV sahəsində ən yaxşı şirkət" seçilib. Trend "İlin eksklüziv informasiya agentliyi" nominasiyasında "Brand Award Azerbaijan-2008" milli mükafatına layiq görülüb. Avrasiya Televiziya və Radio Akademiyası 2008-ci ildə Trend-i RİA Novosti agentliyi ilə birlikdə "Avrasiyada daha dinamik inkişaf edən resurs" hesab edib.
BİZ NƏ HAQQINDA YAZIRIQ
Azərbaycan, Gürcüstan, İran, Qazaxıstan, Türkmənistan və Özbəkistanda, həmçinin bir sıra Avropa ölkələrində daimi müxbirlərə malik olan Trend Azərbaycan, ingilis, rus, ərəb və fars dillərində gündə təxminən 500 məqalə dərc edir.
Trend-in tərkibində Azərbaycan, ingilis, rus, fars və ərəb dillərində xəbər xidmətləri fəaliyyət göstərir. Xidmətlər ölkələrin və regionların xəbərlərini uyğun dil auditoriyasının bu hadisələrə ən böyük diqqəti kontekstində istehsal edir.
Trend öz müştərilərinə əsas siyasi, iqtisadi hadisələri işıqlandıran yüksək keyfiyyətli multimedia materiallarını, analitik hesabatları və tematik məqalələri, həmçinin ən yaxşı ekspertlərin maliyyə məqalələrini təklif edir.
Trend InfoService - Azərbaycan, Qazaxıstan, Gürcüstan, Türkmənistan və İranda, eləcə də Xəzərin və Mərkəzi Asiyanın başqa ölkələrində və bir sıra dünya paytaxtlarında bizim şəxsi müxbirlərimizdən siyasi, iqtisadi, neft və qaz hesabatları.
Trend News Reports - biznes, neft və qaz haqqında Xəzər regionunun son xəbərləri, öz sahələrində çoxillik iş təcrübəsinə malik mütəxəssislər tərəfindən yazılmış yüksəksəviyyəli analitik məqalələr.
Caspian Oil & Gas Trend’s - neft və qaz sənayesi haqqında bilmək istədiyiniz hər şeyin öz əksini tapdığı, regionda neft-qaz resursları haqqında ixtisaslaşdırılmış hesabat; bura İran, Türkmənistan, Qazaxıstan və Azərbaycanda daxili istehlaka və neft hasilatına aid olan informasiyaya həsr edilmiş bölmə daxildir.
Azerbaijan Business Monitorings - Azərbaycanın iqtisadi iqlimi haqqında həftəlik və aylıq kompleks məlumat.
Caspian Building & Logistics Monitoring - ayda iki dəfə dərc edilən bu informasiya buraxılışı Xəzər regionunda və Mərkəzi Asiya ölkələrində tikinti və logistika sahələri haqqında hər şeyi bilmək imkanı verir.
Azerbaijan Energy Projects Review - Azərbaycanın ofşor neft-qaz layihələrinin vəziyyəti və Azərbaycanda qazma haqqında bilgi verən xüsusi nəşrdir.
Azerbaijan Monthly Banking Analytics - Azərbaycanda bankların cari vəziyyəti haqqında xüsusi nəşr, həmçinin bütün banklar üzrə renkinqlərin və reytinq qiymətləndirmələrinin aylıq nəşri.
Iran Review - Iranda bankların cari vəziyyəti haqqında xüsusi nəşr, həmçinin bütün banklar üzrə renkinqlərin və reytinq qiymətləndirmələrinin aylıq nəşri.
Central Asia Business Monitoring - regionun enerji bazarında son dəyişikliklər daxil olmaqla, Mərkəzi Asiya (Özbəkistan, Türkmənistan, Tacikistan və Qazaxıstan) ölkələrinin biznesinin və iqtisadiyyatın bütün aspektlərini işıqlandırır.
Kazakhstan Energy Markets - Qazaxıstan neft sənayesinin kompleks icmalı. Dünya bazarlarına Qazaxıstan neftinin nəqli barədə məlumatlar.
Turkmenistan Trade Report - Türkmənistan iqtisadiyyatının, onun bazarlarının və biznesinin aspektlərini işıqlandıran nəşr.
Uzbekistan Economic Review - Özbəkistan iqtisadiyyatının, onun bazarlarının və biznesinin aspektlərini işıqlandıran nəşr.
MÜŞTƏRİLƏRİMİZ KİMLƏRDİR
Trend-in xəbər və analitik məhsullarının abunəçiləri arasında müxtəlif ölkələrin dövlət və hökumət qurumları, dünyanın böyük kommersiya və maliyyə şirkətləri, aparıcı KİV və analitik mərkəzlər, səfirliklər, banklar və sığorta şirkətləri var.
Agentlik materialları Google, Yandeks, Redtram, Rambler və s. xəbərlər lentinə tədarük edir. Ödənişli informasiya məlumat bazası dünyanın nüfuzlu kütləvi informasiya vasitələri və siyasi, iqtisadi elitası üçün nəzərdə tutulub.
NECƏ ABUNƏ OLMALI
Trend BİA-nın informasiya məhsullarına abunə olmaq ödənişlidir.

Əlavə məlumat

Şəhər/Rayon Bakı

Video

Sayt məlumatı

Saytın ID-si: 671
Baxışların sayı: 10
Əlavə edilib: 08.09.20 00:26:02
Yenilənib: 08.09.20 00:26:02
Vaxtı bitir: 08.09.21 00:26:02

Şərhlər

comments powered by Disqus