SalamNews - Ən son xəbərlər

Təsvir

SalamNews İnformasiya Agentliyi 16 noyabr 2009-cu ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. 2010-cu il mart ayının 1-dən fəaliyyətə başlayıb.
Biz açıq rejimli internetdə rus və Azərbaycan dillərində xəbərlərimizi yerləşdiririk.
Daha sonra türk, ingilis, fars və ərəb dillərində xəbər portallarının açılması planlaşdırılır. Agentliyin saytında infoqrafika bölməsi fəaliyyət göstərir. Qısa zaman ərzində agentlik reklam verənlərin diqqətini qazanıb ki, bu da onun populyarlığının sübutudur.
Agentliyin kollektivi – peşəkar reportyor, tərcüməçi və redaktor heyəti hər gün bizim ölkədə və xaricdə olan hadisələri izləyirlər və saytımızın izləyicilərinə dünyada baş verənlər barədə operativ və obyektiv mənzərə təqdim edirlər.
2011-ci il iyunun 17-də SalamNews İA Azərbaycan Mətbuat Şurasına üzv qəbul olunub.
Agentlik 2011-ci il dekabrın 23-də "Milli Net-2011" müsabiqəsində "Media və İnformasiya" nominasiyası üzrə qalib olub.
2011-ci il dekabrın 25-də SalamNews İA-nın əməkdaşı Şirməmməd Nəzərli Azərbaycan Fotoqrafları Birliyinin “Fəxri Diplomu”-na layiq görülüb.
Növbəti uğurumuz 2012-ci il aprelin 25-də "Brand Award Azerbaijan–2011" milli mükafatının rəsmi təqdimat mərasimində informasiya agentliyi nominasiyası üzrə "İlin bir nömrəli brendi" mükafatına layiq görülməyimiz olub.
2012-ci il iyunun 21-də SalamNews İA-nın baş direktoru Rəna Əkbərova BDU-nun "Fəxri Fərmanı" ilə təltif olunub.
21 iyun 2012 - SalamNews İA və İnterAZ televiziyasının əməkdaşları Vergilər Nazirliyinin sertifikatına layiq görülüblər.
19 iyun 2013-cü ildə SalamNews İnformasiya Agentliyi NETTY Azərbaycan Milli İnternet Mükafatına layiq görülüb.
28 dekabr 2013-cü ildə SalamNews İA Gənc Diplomatlar Birliyi tərəfindən mükafata layiq görülüb .
25 yanvar 2014-ci ildə SalamNews İA-nın əməkdaşı Orxan Kərimov Heydər Əliyevin 90 illik yubileyi və Milli Qurtuluş Gününün 20 illiyinə həsr olunmuş “Azərbaycan naminə” foto müsabiqəsinin qalibi olub.
6 fevral 2014-ci ildə SalamNews İA "Gənclər Evinin Dostu" mükafatına layiq görülüb.
3 may 2014-ci ildə SalamNews-un əməkdaşı Şirməmməd Nəzərli Mətbuat Şurası və “Azərsun Holdinq”in “Zeytun bağları” mövzusunda keçirdikləri yazı müsabiqəsinin qalibi olub.
8 may 2014-ci ildə SalamNews IA Mətbuat Şurası tərəfindən keçirilən "Azərbaycan beynəlxalq münasibətlər sistemində" müsabiqəsinin qalibi olub. Agentlik Fəxri yer tutaraq plaketlə təltif edilib.

Əlavə məlumat

Şəhər/Rayon Bakı

Sayt məlumatı

Saytın ID-si: 369
Baxışların sayı: 27
Əlavə edilib: 03.09.20 04:09:46
Yenilənib: 03.09.20 04:09:46
Vaxtı bitir: 03.09.21 04:09:46

Şərhlər

comments powered by Disqus