Təsvir
Bakı şəhəri Fikrət Əmirov adına 6 nömrəli Onbirillik İncəsənət Məktəbi
Bakı şəhər18 saylı Uşaq musiqi məktəbinin əsası 09.01.1962-ci ildə qoyulmuşdur.
1999-cu il 5 aprel tarixindən Azərbaycan Respublikasının Mədəniyyət nazirinin əmrinə əsasən məktəb “incəsənət məktəbi” statusu alaraq, fəaliyyətini genişləndirilmişdir. Rəssamlıq və xoreoqrafiya sinifləri açılmışdır.
Məktəbin maddi-texniki bazasını, qazanılmış uğurları və valideynlərin çoxsaylı ərizələrini nəzərə alaraq, Azərbaycan Respublikasının Mədəniyyət nazirinin 2005-ci il 21 iyun tarixli əmrinə əsasən məktəb respublikada ilk və yeganə olaraq “onbirillik” statusu almışdır.
Ixtisaslar:
Fortepiano dərsləri,
Nağara dərsləri,
Fleyta dərsləri,
Klarnet dərsləri,
Trompet dərsləri,
Xanəndəlik dərsləri,
Vokal və estrada oxuma dərsləri,
Violin dərsləri,
Tar dərsləri,
Kamança dərsləri,
Qanun dərsləri,
Qarmon dərsləri.