Heydər Əliyev adına İdman Konsert Kompleksi

Təsvir

Heydər Əliyev adına İdman - Konsert Kompleksi Azərbaycanda ən böyük qapalı idman mərkəzlərindən biridir. Bu idman qurğusu həm də paytaxt Bakının ən gözəl memarlıq incilərindən hesab olunur. Tikintisinə 1976-cı ildə - Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə başlanmışdı. İstifadəyə isə 1990-cı ilin noyabrında verilib.
Ümumi ərazisi 6,1 hektar olan kompleksin tikili sahəsi 3,5 hektardır. Bu nəhəng idman qurğusunun əsas zalının ölçüləri 70x40 metr, ümumi sahəsi 2800 kvadratmetr, tribunaların tamaşaçı tutumu 7800 nəfərdir.Burada, həmçinin, hər birinin sahəsi 650 kvadratmetr (37x17) olan gimnastika və trenajor zalları, eləcə də, 1600 kvadratmetrlik basketbol (35x45 metr) zalı var. Kompleksdə buz üzərində hokkey və fiqurlu konkisürmə zalları da mövcuddur.
2015-ci ildə yenidən qurulan kompleksin baş meydanında 16 idman növü üzrə yarışlar, eləcə də müxtəlif sərgilər, konsert, sirk tamaşaları, kütləvi forumlar keçirmək mümkündür.

Əlavə məlumat

Şəhər/Rayon Bakı

Sayt məlumatı

Saytın ID-si: 361
Baxışların sayı: 5
Əlavə edilib: 03.09.20 03:08:22
Yenilənib: 03.09.20 03:08:22
Vaxtı bitir: 03.09.21 03:08:22
Kateqoriya: İdman qurğuları

Şərhlər

comments powered by Disqus