Təsvir
Saatlı Olimpiya İdman Kompleksi haqqında məlumat - Saatlı Olimpiya İdman Kompleksi 2013-cü il avqustun 29-da istifadəyə verilib.
Kompleksin ümumi ərazisi 6 hektardır. Ümumi sahəsi 3340 kvadratmetr olan universal idman zalında 432 oturacaq var. Eyni zamanda, 400 tamaşaçı yarışları lojalardan izləyə bilər. Burada idmançılar üçün iki soyunub-geyinmə, məşqçi və digər yardımçı otaqlar var. İnzibati hissənin birinci mərtəbəsində geniş vestibül, informasiya mərkəzi, məlumat-qeydiyyat hissəsi, istirahət otağı yerləşir. İkinci mərtəbədə trenajor zalı, kafe, müdiriyyət və işçi otaqları, konfrans zalı və güləş zalı var. Kompleksə 900 yerlik açıq stadion, tennis kortu, basketbol meydançası da daxildir.
Müasir standartlara uyğun inşa edilmiş üzgüçülük zalının tamaşaçı tutumu 200 nəfərdir. Kompleksin ərazisində ikimərtəbəli beş kottec inşa edilib. Hər kottec dörd nömrədən ibarətdir.
https://www.mys.gov.az/qurumlar/olimpiya-komplekslri/27/saatli-olimpiya-idman-kompleksi

Əlavə məlumat
Şəhər/Rayon Saatlı
Sayt məlumatı
Saytın ID-si: 34
Baxışların sayı: 111
Əlavə edilib: 23.08.20 18:18:40
Yenilənib: 23.08.20 18:18:40
Vaxtı bitir: 23.08.21 18:18:00
Kateqoriya: İdman kompleksləri