Balakən Olimpiya İdman Kompleksi

Vebsayt

Təsvir

Balakən Olimpiya İdman Kompleksi 2010-cu il iyulun 8-də istifadəyə verilib. Ümumi ərazisi 5 hektar, tikinti sahəsi 8900 kvadratmetrdir. Buraya futbol stadionu, basketbol, voleybol, mini futbol və tennis meydançaları, üzgüçülük hovuzu, əl oyunları zalı, habelə stolüstü oyunlar və trenajor zalları, kotteclər daxildir.

Kompleksin ikimərtəbəli əsas binasında 680 nəfər tamaşaçı yeri olan idman zalı (46x32 m) yerləşir. Komplekdə həmçinin, əl oyunları, şahmat, dama, trenajor, stolüstü oyunlar, bilyard və Şərq əlbəyaxa döyüş növləri zalları, kafe, beşzolaqlı hovuz yerləşir. Elektron lövhə ilə təmin olunmuş üzgüçülük hovuzu (25x12,5 m) “Ekostar” sistemli su qızdırıcıları ilə təchiz olunub. Burada, həmçinin həkim və məşqçi, yuyunma və soyunub-geyinmə otaqları, sauna da vardır. Bina mərkəzi havalandırma sistemi ilə təchiz edilib.

Kompleksin ərazisində 930 tamaşaçı yeri olan süni örtüklü stadion (105x68 m), mini-futbol, voleybol (20x24 m) və basketbol meydançaları (20x24 m), böyük tennis kortu var. Elektron lövhə quraşdırılmış stadionun uzunluğu 400 metr olan qaçış zolağı da vardır.

Ərazinin işıqlandırma sistemi sayəsində burada gecə saatlarında da idmanla məşğul olmaq üçün geniş imkanlar vardır.

Kompleksə gələn idmançıların, qonaqların qalması və istirahəti üçün burada hər cür şəraiti olan 34 yataq yerli 6 kottec tikilib.

Balakən Olimpiya-İdman Kompleksinin qazanxanası, 500 tonluq su hovuzu vardır.
https://www.mys.gov.az/qurumlar/olimpiya-komplekslri/10/balakn-olimpiya-idman-kompleksi

Əlavə məlumat

Şəhər/Rayon Balakən

Sayt məlumatı

Saytın ID-si: 100
Baxışların sayı: 111
Əlavə edilib: 24.08.20 03:41:20
Yenilənib: 24.08.20 03:41:20
Vaxtı bitir: 24.08.21 03:41:00
Kateqoriya: İdman kompleksləri

DDD.AZ - MƏLUMAT - MEDİA BAZASI

“Portofino” restoranı cərimələndi - TAM SİYAHI
Xəbərlər Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 439 ictimai iaşə obyektində 741 monitorinq keçirib. AQTA-dan
İşğaldan azad olunmuş daha bir kənddən görüntülər – VİDEO
Xəbərlər Müdafiə Nazirliyi Ağdam rayonunun Qarapirimli kəndinin videogörüntülərini yayıb Azərbaycan Müdafiə Nazirliyi Ağdam rayonunun Qarapirimli kəndinin videogörüntül
Xarici diplomların tanınması üçün müraciət asanlaşır
Məlumatlar Sistemdə müxtəlif innovativ həllər, əlavələr və dəyişikliklər edilir Təhsildə Keyfiyyət Təminatı Agentliyi xarici diplomların tanınması ilə bağlı elektron əriz
Azərbaycanda 110 rəqəmi ilə yeni nömrələr istifadəyə verildi - DYP-dən açıqlama - FOTO
Məlumatlar [Press-DDD] Azərbaycanda yeni qeydiyyat nişanları istifadəyə verilib. Bu barədə sosial şəbəkələrdə yeni qeydiyyat nişanlarının fotosu yayılıb. FED.az xəbər ver
Bu zonadakı şirkətlər bütün vergilərdən azad olacaqlar
Məqalələr [Press-DDD] "Ələt azad iqtisadi zonası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilir. Marja qanun layihəsinə istinadən xəbər verir ki, Azad
Xalçanı yumadan təmizləməyin SADƏ YOLU
Məqalələr [Press-DDD] Artıq yay ayları gəlir və yun adyalların, yorğanların, xalçaların təmizlənərək götürülməsinə başlanılır. Amma xalçaları yumaq elə də asan deyil və