Astara Olimpiya İdman Kompleksi

Təsvir

Astara Olimpiya İdman Kompleksi 2012-ci il martın 13-də istifadəyə verilib.
Ərazisi 5 hektar olan kompleksin tikintisinə 2006-cı ildə başlanıb, inşaat işləri yüksək səviyyədə aparılıb.
Kompleksin 936 nəfərlik böyük idman zalında (50x30 m) mini futbol, voleybol, basketbol, tennis yarışları keçirmək üçün hər cür şərait vardır. Məşq zalları, eləcə də 172 tamaşaçı yeri olan üzgüçülük hovuzu (25x12.5 m) da beynəlxalq standartlara cavab verir.
Kompleksin daxilində yaradılan qonaq otağında və konfrans zalında müxtəlif tədbirlər keçirmək mümkündür.
Kompleksin ərazisində inşa olunan ikimərtəbəli 4 kottecdə eyni vaxtda 40 nəfər qala bilər. Hər kottecdə 10 yataq yeri var.
Kompleksin ərazisində 65x46 m ölçüdə açıq futbol meydançası var. Meydança ətrafı qaçış zolağı da var. Ərazidə həmçinin, açıq voleybol (16x35.2 m) və basketbol (40x17.5 m) meydançaları mövcuddur.

Əlavə məlumat

Şəhər/Rayon Astara

Sayt məlumatı

Saytın ID-si: 286
Baxışların sayı: 46
Əlavə edilib: 31.08.20 01:17:50
Yenilənib: 31.08.20 01:17:50
Vaxtı bitir: 31.08.21 01:17:50
Kateqoriya: İdman kompleksləri

Şərhlər

comments powered by Disqus