Goju-Ryu Okinava Karate do və Kobudo Federasiyası

Təsvir

Döyüş sənətlərinin tarixi çox qədimidir. Döyüş sənətləri müxtəlif mədəniyyətlərdə yaranmış və insanlar onlardan heyvan və digər insanların hücumlarından qorunmaq üçün istifadə etmişlər. Rəvayətlərin birində deyilir ki, Bodiharma adlı buddist rahib cənubi hind monastırından Çinə səfərə çıxır. Bizim eranın 520-ci ilində Çinin Şao Şik dağında yerləşən Şaolin məbədinə gəlir və orada doqquz il qalır. O, rahiblərə müxtəlif nəfəsalma üsulları və fiziki məşqlər keçir. Rahiblər ağır məşqlərdən sonra fiziki cəhətdən yorulub əldən düşəndə, Bodiharma onlara mənəvi və ruhi qüvvəni artırmağın yollarını başa salır. Onun verdiyi təlimlərin nəticəsində Şaolin rahibləri Çində ən güclü döyüşçülərə çevrilirlər. Bodiharmanın təlimi Çin Kemposunun yaranışı hesab olunur.
Beynəlxalq Cyu-qo Kabute və Kempo-ryu Növləri Federasiyası 1999-cu ildə yaradılıb. Bu idman Okinava Qocyu-Ryu Karate-Do növündən Tarverdi Allahverdiyev tərəfindən sintez edilərək Cyu-qo Kabute və Kempo-ryu növü kimi yaradılmışdır. Cyu-qo sözü yapon sözüdür, Cyu sözünün mənası yumşaq, qo sözünün mənası sərt, Kabute sözünün mənası soyuq və odlu silahdan müdafiə, Kempo-ryu “Kempo” sözünün mənası yumruğun üslubu qanunu, “Ryu” məktəb deməkdir.
T.Allahverdiyev Azərbaycanın bütün bölgələrində olan filiallarda Okinava Qocyu-Ryu Karate-do, Cyu-qo Kabute və Kempo-ryu növlərini inkişaf etdirir.
Beynəlxalq Cyu-qo Kabute və Kempo-ryu Növləri Federasiyasının nümayəndəlikləri İran İslam,Türkiyə, Çin, Gürcüstan, Bolqariya, Ukrayna, Özbəkistan, İrak və s. Dövlətlərdə fəaliyyət göstərirlər.

Əlavə məlumat

Şəhər/Rayon Bakı

Sayt məlumatı

Saytın ID-si: 185
Baxışların sayı: 30
Əlavə edilib: 28.08.20 01:25:04
Yenilənib: 28.08.20 01:25:04
Vaxtı bitir: 28.08.21 01:25:04

Şərhlər

comments powered by Disqus