Azərbaycan Respublikası Atçılıq Federasiyası

Təsvir

Atçılıq Federasiyasının fəaliyyətində əsaslı dönüş isə 2009-cu ilin mart ayının 5-dən sonra başladı. Həmin gün Milli Olimpiya Komitəsində keçirilən növbəti hesabat-seçki yığıncağında səsvermənin nəticələrinə əsasən, cənab Elçin Quliyev Federasiyanın Prezidenti seçildi və idarə heyətinin yeni tərkibi yaradıldı. Az vaxt ərzində Federasiyanın yeni nizamnaməsi təsdiq olundu. Federasiyanın adı dəyişdirilərək Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) adlandırıldı. Yeni rəhbərliyin seçilməsi ölkəmizdə atçılığın inkişafının yeni istiqamətlərini müəyyənləşdirdi. ARAF atçılığın yalnız idman sahələrinin deyil, qeyri-idman və qeyri-olimpiya növlərinin, o cümlədən milli atçılığın inkişaf etdirilməsi kimi böyük missiyanı da öz öhdəsinə götürdü.

Bu yolda ilk nəaliyyətimiz ARAF-ın 1997-ci ildə FEİ-yə (Beynəlxalq Atçılıq Federasiyası) üzv olmasıdır. Bu böyük, məsuliyyətli və ciddi bir addım idi. Yeni imkanlar, yeni nəaliyyətlər, yüksək səviyyədə keçən maraqlı yarışlar, milli oyunlar, xaricdən təşrif buyuran peşəkar idmançılar, gündən - günə sayı artan tamaşaçılar-əminliklə demək olar ki, biz qarşımıza qoyulan məqsədə çatırıq və bu yolda 2014-cü ildə yenidən ARAF-ın prezidenti seçilən cənab Elçin Quliyevin böyük və əhəmiyyətli rolu olmuşdur. 2009-cu ildə baş vermiş əsaslı dönüşdən sonra cənab Elçin Quliyevin rəhbərliyi altında iki mühüm addım daha atılmışdır. Belə ki, 2010-cu ilin fevral ayında İFHA-ya (Cıdır Yarışları Təşkil Edən Qurumların Beynəlxalq Federasiyası), 2013-cü ilin dekabr ayında isə Federasiyamız Beynəlxalq Polo Federasiyasına (FİP) üzv seçildi.

Əlavə məlumat

Şəhər/Rayon Bakı

Sayt məlumatı

Saytın ID-si: 74
Baxışların sayı: 18
Əlavə edilib: 23.08.20 22:42:08
Yenilənib: 23.08.20 22:42:08
Vaxtı bitir: 23.08.21 22:42:08

Şərhlər

comments powered by Disqus