Azərbaycan Həndbol Federasiyası - Handball.az

Vebsayt
Facebook səhifəsi: www.facebook.com/handball.az/
Instagram səhifəsi: www.instagram.com/handball.az

Təsvir

Azərbaycan Həndbol Federasiyası - Handball.az - Həndbol idman oyununun yaranma tarixi 1898-ci ilə təsadüf edir. Həmin il Danimarkanın Ordrup şəhərinin bədən tərbiyəsi müəllimi Holqer Nilsen tərəfindən bədən tərbiyəsi dərslərinə, qadın qrupu üçün “handball” (“hand” – əl və “ball” – top) adlanan topla oyun daxil edilib. Amma aparılan araşdırmalar həndbolun yaranma tarixinin daha erkən vaxta təsadüf etdiyindən xəbər verir.
Azərbaycanda həndbolun inkişafına ilk dəfə 1926-1928-ci illərdə cəhd edilib. Lakin o zaman bu yeni oyun Bakı idmançılarının ürəyinə yol tapa bilməyib. Həmin illərdə üstünlük futbol, basketbol və voleybol kimi çox geniş yayılmış idman oyunlarına verilirdi.
Ölkəmizdə əl topu idmanının yaranması və inkişafı haqqında ilk məlumat 1955-ci ilə təsadüf edir. Azərbaycanın ilk hərbi həndbol komandasının banisi V.Çernoqortsev həmin il Leninqradda təhsil aldıqdan sonra Bakıya qayıdaraq seminar təşkil edir və yeni oyun haqqında məlumat verir. Bu oyunun əsgərlərin fiziki tərbiyəsində gözəl vasitə olacağını düşünən ordu idman rəhbərləri əl topu oyunu ilə maraqlanırlar. Nəticədə texnika və taktika mükəmməlləşdirildikdən, qaydalar dəyişdirildikdən sonra əl topu oyunu silahlı qüvvələrin ən əsas idman növlərindən birinə çevrilir.
Həndbol idmançı-hərbi qulluqçular arasında geniş vüsət aldıqdan və silahlı qüvvələr üçün vacib idman növlərindən birinə çevrildikdən sonra qarnizonlar arasında birinciliklərin keçirilməsinə başlanılıb. Baş məşqçisi və oyunçusu V.Çernoqortsev olan əsgər və hərbi qulluqçulardan ibarət komanda mümkün olduğu qədər yoldaşlıq və göstəriş oyunları təşkil edirdi. Hakimlər və məşqçilər üçün seminarlar keçirilirdi. Bu da hərbçi kollektivlərində həndbolun inkişafı üçün gözəl stimul yaradırdı.
Azərbaycanın “Spartak, “FST”, “Bakılı” və “Avtomobilçi” klubları SSRİ çempionatlarında layiqli yerlər tutublar. Komandalarımız bu yarışlarda 9 dəfə gümüş, 7 dəfə bürünc mükafata sahib olublar.
1991-ci ildə “Aypara”, “Bakılı”, “XəIitə”, “ABU” komandaları müstəqil Azərbaycanı beynəlxalq aləmdə layiqincə təmsil ediblər. Gözəl oyun, yüksək ustalıq, sürətli hücum, bacarıqlı müdafiə və yüksək texnika… Bütün bunlar Azərbaycanın həndboluna xas olan keyfiyyətlərdir.
Müstəqil Azərbaycan həndbolunun ən böyük uğuru sözsüz ki, IV İslam Həmrəyliyi Oyunlarında qazanılan qızıl medallardır. Azərbaycan idmançıları İslamiadada olduqca güclü komandalarla qarşılaşmasına baxmayaraq, əsl əzmkarlıq və fədakarlıq nümunəsi göstərib. İlk mərhələdə Kamerun, Özbəkistan və Türkiyə həndbolçularını məğlub edən millimiz finalda yenidən qardaş ölkə təmsilçiləri ilə üz-üzə gəlib. Gərgin idman mübarizəsinin nəticəsi olaraq həndbolçularımız 28:26 hesabı ilə qalib gəliblər. Bununla da qadın həndbolçulardan ibarət Azərbaycan millisi IV İslam Həmrəyliyi Oyunlarının çempionu adını qazanan ilk komanda olub.

Əlavə məlumat

Şəhər/Rayon Bakı

Sayt məlumatı

Saytın ID-si: 231
Baxışların sayı: 107
Əlavə edilib: 28.08.20 21:59:06
Yenilənib: 28.08.20 21:59:06
Vaxtı bitir: 28.08.21 21:59:00

DDD.AZ - MƏLUMAT - MEDİA BAZASI

Prezident və xanımı “Akademik Zərifə Əliyeva” gəmisinin suya salınması mərasimində
Xəbərlər Martın 1-də dünyada ilk dəfə Bakıda yaradılan “Suraxanı” gəmi-muzeyinin açılışı olub.Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əl
Azərbaycanda yük maşını traktorla toqquşdu: Ölən var
Xəbərlər Xızı rayonunda yol nəqliyyat hadisəsi baş verib.BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb.Bildiril
Mart ayının yarısında iş olmayacaq
Məlumatlar [Press-RSS] Mart ayında 14 gün qeyri-iş günü olacaq.NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, ayın ilk bayramı 8 Mart – Beynəlxalq Qadınlar Gününə düşür
“Turan Bank”da yeni departament rəhbəri təyin edilib
Məlumatlar “Turan Bank” ASC-nin İnformasiya texnologiyaları departamentinin yeni direktoru təyin edilib.ENA.az Banker.az-a istinadən xəbər verir ki, bu departamentə rəhb
XAÇAPURİ RESEPTİ
Məqalələr Tərkibi:1 yumurta1 x.q. şəkər tozu1 ç.q. duz700-800 qr. un4 x.q. günəbaxan yağı100 ml. süd10 qr. quru maya300 ml. suİçlik:150 qr. ağ pendir150 qr. holland pen
SÜMÜKLƏRİ GÜCLƏNDİRƏN QİDALAR
Məqalələr Bədənin əsas dayağını təşkil edən sümüklər və oynaqlar yaşlandıqca müəyyən təsirlərə məruz qalır. İlbəil artan yaşla insanlar osteoporoz (sümük əriməsi), osteoa