Azərbaycan Güləş Federasiyası - AGF

Vebsayt
Vebsayt
Facebook səhifəsi: www.facebook.com/azwrestling

Təsvir

Azərbaycan Güləş Federasiyası (AGF) 1993-ci ildə təsis olunub və elə həmin il Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasına (FILA) üzv qəbul edilib. Azərbaycan Milli Olimpiya Komitəsinin kollektiv üzvlərindən biridir. Bu gün AGF olimpiya oyunlarının proqramına daxil olan 3 idman növünə – sərbəst güləş, yunan-Roma güləşi və qadın güləşini özündə birləşdirir. Azərbaycanın demək olar ki, bütün bölgələrində güləş bölmələri fəaliyyət göstərir və güləş ölkəmizdə ən sevilən idman növlərindən biridir. Beynəlxalq güləş aləmində AGF böyük hörmətə və nüfuza malikdir. Bütün bunların kökündə isə, təbii ki, üzərimizə götürdüyümüz işləri ən yüksək səviyyədə icra etməyimiz, güləşin inkişafında həyata keçirdiyimiz məqsədyönlü fəaliyyət dayanır. 2007-ci ilin sentyabrında güləşin hər üç növü üzrə Bakıda keçirilən lisenziya xarakterli Dünya Çempionatı və 2008-ci ilin iyununda Ümummilli Liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qızıl Qran-Pri” yarışlarının final mərhələsinin yüksək səviyyədə təşkili FILA rəhbərliyi tərəfindən də yüksək qiymətləndirilib.

Əlavə məlumat

Şəhər/Rayon Bakı

Sayt məlumatı

Saytın ID-si: 147
Baxışların sayı: 82
Əlavə edilib: 25.08.20 04:34:22
Yenilənib: 25.08.20 04:34:22
Vaxtı bitir: 25.08.21 04:34:00

Cəmi təkrarlanan baxışlar: 0
Cəmi unikal baxışlar: 9