Vebsayt https://af-aze.org/az
Facebook səhifəsi: www.facebook.com/athletics.azerbaijan/
Instagram səhifəsi: instagram.com/aaf.athletics
Təsvir
Azərbaycan Atletika Federasiyası
Azərbaycan Atletika Federasiyası (AAF) 1923-ci ildə yaradılmış və 1992-ci ildən yenidən təsis edilmişdir. AAF 1992-ci ildən etibarən Beynəlxalq Atletika Federasiyaları Assosiyasiyası (İAAF) və Asiya Atletika Federasiyaları Assosiyasiyasının üzvüdür. 1999-cu ildə İspaniyanın Sevilya şəhərində keçirilən Beynəlxalq Atletika Federasiyaları Assosiyasiyasının (İAAF) konqresində Azərbaycan Atletika Federasiyasının müraciətinə əsasən, Avropa Atletika Federasiyaları Assosiyasiyasının (EAA) üzvlüyünə keçirilmişdir.
Bakıda ilk atletika yarışları 1922-ci ildə keçirilmişdir. Növbəti illərdə Azərbaycanda atletika daha da, inkişaf etməyə başlamışdır. Belə ki, Azərbaycanda atletikanın inkişafında SSRİ-nin Əməkdar məşqçisi Əfqan Səfərovun ən böyük xidmətləri olmuşdur.
Aşağıda adları qeyd olunan idmançılar Azərbaycanda böyük nəticələr əldə etmişdirlər. Qalina Qaneker, İsay Papkov, Stanislav Nenaşev, Xandadaş Mədətov, Yuri Konovalov, Ziba Ələsgərova, Valeri Sereda, Nina Brıntseva SSRİ, Avropa, və dünya rekordları müəyyən etmişdilər. Y.Konovalov estafet qaçışında iki dəfə Olimpiya Oyunlarının gümüş (1956, Melburn; 1960, Roma) medalını qazanmış, Aleksandr Kornelyuk Avropa çempionatının (1971, Finlandiya) və Münhen Olimpiya Oyunlarının gümüş (1972) medallarının sahibi olmuşdur. 1979-cu ildə Avstriyada (Vena) keçirilən qış Avropa çempionatında Vladimir Tsepelev I yerə layiq görülmüşdür. 1981-ci ildə V.Sereda Avropa çempionatında (Zaqreb) qızıl medal əldə etmişdir.Tsepelev uzunluğa tullanma növündə Tbilisi şəhərində keçirilən Ümumittifaq yarışlarda 8,03 nəticə göstərmiş və Azərbaycan rekordu müəyyənləşmişdir. 1980-90-cı illərdə Azərbaycan atletləri SSRİ və beynəlxalq yarışların qalibləri və mükafatçıları olmuşdurlar. Vasif Əsədov üç təkanla tullanmada üç qat SSRİ (1983, 1984, 1988) çempionu adına layiq görülmüş, Avropa çempionatının bürünc (1988) medalını qazanmışdır.

Əlavə məlumat
Şəhər/Rayon Bakı
Sayt məlumatı
Saytın ID-si: 274
Baxışların sayı: 105
Əlavə edilib: 30.08.20 19:51:45
Yenilənib: 30.08.20 19:51:45
Vaxtı bitir: 30.08.21 19:51:00
Kateqoriya: İdman Federasiyaları