AVF - Azərbaycan Voleybol Federasiyası

Vebsayt

Təsvir

AVF - Azərbaycan Voleybol Federasiyası - 
Azərbaycanda voleybol hələ XX əsrin ortalarından məşhurlaşmağa başlamışdı. Xüsusilə qadın voleybolu ölkədə inkişaf edirdi. Dünyada ilk və 4 dəfə Olimpiya mükafatçısı olan voleybolçu məhz Azərbaycan voleybol məktəbinin yetirməsi olan İnna Rıskaldır. 18 yaşlı azərbaycanlı voleybolçu İnna Rıskal (SSRİ ) qadın milli voleybol komandası (SSRİ) milli komandasıyla 1962-ci ilin dünya çempionatında iştirak etdi. Yalnız finalda məğlub olan SSRİ yığması gümüş medallara sahib çıxır. Bu gənc azərbaycanlı voleybolçunun beynəlxalq arenada ilk uğuru olur. İlk altılığın əsas oyunçusuna çevrilən İnna Riskal ardıcıl olaraq 4 Olimpiya Oyunlarında iştirak edir və komandanın liderlərindən birinə çevrilir. Yay Olimpiya Oyunlarında qazandığı 4 medalla tarixi rekorda imza atmış olur. Qürurvericidir ki bu rekord hələ də yenilənməyib və bir Azərbaycan voleybolunun yetirməsi bu adı daşıyır. Belə ki, İnna Rıskalla bərabər daha bir Azərbaycanlı voleybolçu, Bakı voleybolunun yetirməsi Vera Lantratova da iki dəfə SSRİ yığmasının tərkibində Olimpiya oyunlarının mükafatlarını qazanmışdır. Daha bir qürurverici fakt ondan ibarətdir ki SSRİ yığması kimi böyük voleybolçu seçiminə malik olan voleybol komandasının heyətində iki azərbaycanlı voleybolçu çıxış etmişdir və onun ən böyük uğurlarında pay sahibi olmuşdur.
1966 və 1972-ci illərdə Azərbaycanın qadınlardan ibarət Neftçi voleybol klubu SSRİ çempionatının bürünc mükafatlarını qazanmışdır. Neftçi voleybol klubunun oyunçuları həmçinin 1967-ci ildə Azərbaycan milli komandası adı altında SSRİ ölkələri çempionatlarının bürünc mükafatlarını qazanmışlar. Bakının BMKZ komandası 1990-cı ildə SSRİ çempionatının bürünc mükafatına yiyələnir və ardından 1991-ci ildə SSRİ Kubokunun qalibi olur. Bu Kubok SSRİ-nin dağılması səbəbiylə son kubok olur. 1993-cü ildə BMKZ komandası ilk müstəqil Azərbaycan voleybol klubu adı altında Avropa Kuboklar Kuboku  turnirində iştirak edir və yalniz finalda məğlub olaraq Avropa Kubokunun gümüş medalını qazanır. Müstəqillik qazandıqdan sonra Azərbaycan qadın milli voleybol komandası 1994-cü ildə Braziliyada keçirilən dünya çempionatında  iştirak edir və 9-cu yeri tutur. Sənədlərin doldurulması zamanı edilən səhvlərin ucbatından yüksəlişdə olan Azərbaycan milli komandası Beynəlxalq Voleybol Federasiyası tərəfindən 3 il müddətinə diskvalifikasiya olunur. Olduqca qüvvətli və perspektivli voleybolçulara malik olan Azərbaycan voleybolu bu üç il ərzində inanılmaz itkilərə məruz qalır. Beləliklə Yelena Şabovta, Alla Həsənova, Alla Teterina, Viktoriya Ravva, Oksana Məmmədyarova kimi oyunçular Türkiyə, Rusiya və başqa ölkələrə üz tutmalı olurlar. Bu oyunçularla yanaşı Feliks Məmmədov, Faiq Qarayev kimi tanınmış mütəxəssislər də Türkiyə kimi ölkələrə üz tuturlar. Təsadüfi deyil ki, onların səyi nəticəsində Türkiyədə voleybol daha da inkişaf etməyə başladı. Faiq Qarayev Türkiyə milli komandasını Avropa Elitasına  çıxardaraq böyük bir uğura imza atdı. Uzun müddət Turkiyədə çıxış etdikdən sonra Azərbaycanın o zamankı Olimpiya komitəsinin prezidenti, indiki ölkə prezidenti Cənab İlham Əliyevin şəxsi təşəbbüsü ilə Faiq Qarayev və voleybolçu qızlarımız Azərbaycan voleyboluna qaytarıldılar. Azərbaycan voleybol Federasiyası 1992-ci ildən etibarən CEV və FİVB tərəfindən müstəqil federasiya kimi qəbul edilmişdir. Bu müddət ərzində Federasiya bir çox uğurlara imza atmışdır. Hər il ölkəmizdə qadınlar və kişilər arasında ölkə çempionatları keçirilir. Milli komandalarımız isə vətənimizi beynəlxalq yarışlarda layiqincə təmsil etmişdir. AVF isə CEV və FİVB yarışlarışlarına ev sahibliyi etmişdir. Voleybol üzrə qadınlardan ibarət milli komandamız 4 dəfə Dünya çempionatında, 8 dəfə Avropa çempionatının final mərhələsində iştirak etmişdir.

Əlavə məlumat

Şəhər/Rayon Bakı

Sayt məlumatı

Saytın ID-si: 299
Baxışların sayı: 202
Əlavə edilib: 31.08.20 03:14:52
Yenilənib: 31.08.20 03:14:52
Vaxtı bitir: 31.08.21 03:14:00

DDD.AZ - MƏLUMAT - MEDİA BAZASI

Suriyada prezident seçkiləri keçiriləcək
Xəbərlər Ölkə parlamenti Suriyada gələn ay prezident seçkisi keçiriləcəyini bildirib. Bunun Prezident Bəşər Əsədin hakimiyyəti əlində saxlaması üçün bir addım olduğu düş
Kraliçanın əri niyə Şahzadə adlanırdı?
Məqalələr [Press-DDD] Edinburq Hersoqu, Kraliça II Yelizavetanın əri İngiltərə Şahzadəsi Filip aprelin 9-u 99 yaşında vəfat etdi.Bəs Yelizaveta kraliça olduğu halda niyə
2023-cü ildə Dubayda pilotsuz taksilər istifadəyə veriləcək
Məlumatlar Dubay şahzadəsi Hamdan bin Mohammad öz Twitter hesabında bildirib ki, yaxın gələcəkdə şəhər yollarında pilotsuz taksilər istifadəyə veriləcək. Belə ki, Dubay i
Gürcüstanda COVID-19-a yoluxanların sayı 295 mini ötüb
Xəbərlər Gürcüstanda son sutkada koronavirusa 818 yeni yoluxma faktı təsdiqlənib, 783 nəfər müalicə olunaraq sağalıb, 14 pasiyent vəfat edib. “Report”un yerli bürosu xə
Azərbaycanda daha bir məktəb koronavirusa görə distant təhsilə keçdi
Məlumatlar Azərbaycanda daha bir məktəb koronavirusa görə distant təhsilə keçib. BAKU.WS-in məlumatına görə, Ucar şəhər 2 nömrəli tam orta məktəbində dərslər distant keçi
Tez hazırlanan ÇİYƏLƏKLİ PİROQ
Məqalələr Tərkib: Xəmir üçün: - 1,5 stəkan un - 100 qr soyuq kərə yağı - yarım stəkan şəkər tozu - 1 yumurta - yarım ç.q. qabartma tozu - 1 çimdik duz - 1 ç.q. va