Milli Televiziya və Radio Şurası

Vebsayt

Təsvir

Milli Televiziya və Radio Şurası
Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası Azərbaycan Respublikası Prezidentinin 05 oktyabr 2002-ci il tarixli 794 saylı Fərmanı ilə - televiziya və radio yayımı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək və bu fəaliyyəti tənzimləmək məqsədilə yaradılmışdır. Şuranın əsas vəzifəsi televiziya və radio yayımçılarının fəaliyyətini tənzimləmək, yayım zamanı ictimaiyyətin maraqlarını qorumaq, televiziya və radio yayımı haqqında qanunvericiliyə əməl edilməsi üzərində nəzarəti həyata keçirməkdir. Şuranın fəaliyyəti "Milli Televiziya və Radio Şurası  haqqında Əsasnamə" ilə tənzimlənir. Şura öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və "Milli Televiziya və Radio Şurası  haqqında Əsasnamə"ni rəhbər tutur. Şura dövlət büdcəsindən maliyyələşdirilir və öz fəaliyyətində müstəqildir.  Şura Azərbaycan Respublikası Prezidenti tərəfindən 9 üzvdən ibarət tərkibdə yaradılır. Şura üzvlərindən üçü iki il, üçü dörd il, üç nəfəri isə altı il müddətinə təyin olunur. Üzvlərin təkrar təyin olunmaq hüququ vardır. Şura üzvləri öz aralarından sədr və sədr müavini seçirlər. Şuraya rəhbərliyi Şuranın sədri həyata keçirir. Şura teleradio məkanının vahid inkişaf konsepsiyasını hazırlayır və həyata keçirir; teleradio yayımının texniki və keyfiyyət standartlarını müəyyən edir; teleradio yayımı üçün xüsusi razılıq (lisenziya) verir, bu məqsədlə müsabiqə keçirir; qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada teleradio yayımçılarına qarşı inzibati tənbeh və digər məsuliyyət tədbirləri tətbiq edir. "İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq müvafiq təşkilat qruplarında Yayım Şurasının üzvlüyünə namizədlərin irəli sürülməsi işini təşkil edir. Şura onun səlahiyyətlərinə aid məsələlərə dair televiziya və radio yayımçıları üçün məcburi olan qərarlar qəbul edir. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Qanununa əsasən Milli Televiziya və Radio Şurasının qərarları normativ xarakterli akt hesab edilir.  Şura xərclər smetasının daxilində Şura aparatının işçilərinin say həddini müəyyən edir, aparatını formalaşdırır və struktur bölmələrini yaradır.

Əlavə məlumat

Şəhər/Rayon Bakı

Sayt məlumatı

Saytın ID-si: 1023
Baxışların sayı: 41
Əlavə edilib: 24.09.20 02:46:34
Yenilənib: 24.09.20 02:46:34
Vaxtı bitir: 24.09.21 02:46:00

DDD.AZ - MƏLUMAT - MEDİA BAZASI

Suriyada prezident seçkiləri keçiriləcək
Xəbərlər Ölkə parlamenti Suriyada gələn ay prezident seçkisi keçiriləcəyini bildirib. Bunun Prezident Bəşər Əsədin hakimiyyəti əlində saxlaması üçün bir addım olduğu düş
Kraliçanın əri niyə Şahzadə adlanırdı?
Məqalələr [Press-DDD] Edinburq Hersoqu, Kraliça II Yelizavetanın əri İngiltərə Şahzadəsi Filip aprelin 9-u 99 yaşında vəfat etdi.Bəs Yelizaveta kraliça olduğu halda niyə
2023-cü ildə Dubayda pilotsuz taksilər istifadəyə veriləcək
Məlumatlar Dubay şahzadəsi Hamdan bin Mohammad öz Twitter hesabında bildirib ki, yaxın gələcəkdə şəhər yollarında pilotsuz taksilər istifadəyə veriləcək. Belə ki, Dubay i
Gürcüstanda COVID-19-a yoluxanların sayı 295 mini ötüb
Xəbərlər Gürcüstanda son sutkada koronavirusa 818 yeni yoluxma faktı təsdiqlənib, 783 nəfər müalicə olunaraq sağalıb, 14 pasiyent vəfat edib. “Report”un yerli bürosu xə
Azərbaycanda daha bir məktəb koronavirusa görə distant təhsilə keçdi
Məlumatlar Azərbaycanda daha bir məktəb koronavirusa görə distant təhsilə keçib. BAKU.WS-in məlumatına görə, Ucar şəhər 2 nömrəli tam orta məktəbində dərslər distant keçi
Tez hazırlanan ÇİYƏLƏKLİ PİROQ
Məqalələr Tərkib: Xəmir üçün: - 1,5 stəkan un - 100 qr soyuq kərə yağı - yarım stəkan şəkər tozu - 1 yumurta - yarım ç.q. qabartma tozu - 1 çimdik duz - 1 ç.q. va