Dənizkənarı Bulvar İdarəsi

Vebsayt

Təsvir

Dənizkənarı Bulvar İdarəsinin missiyası:

Milli Parkın fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək;

Milli Park ərazisində xüsusi mühafizə rejimini, tarixi, mədəni obyektlərin, xüsusi tikili və qurğuların, nadir bitki növlərinin qorunub saxlanılmasını təmin etmək;

Milli Parkın ərazisində yerləşən Dövlət Bayrağı Meydanı və Dövlət Bayrağı Muzeyinin mühafizəsi, onların ərazisinə nəzarət və idarə edilməsi, perspektiv inkişafının təmin edilməsini həyata keçirmək.

Bizim vəzifəmiz şəhər sakinləri və turistlərin əlverişli istirahəti üçün beynəlxalq və yerli əhəmiyyətli mədəni-kütləvi tədbirlərin həyata keçirilməsinə imkan yaratmaq, ən yaxşı dünya təcrübəsini tədqiq və tətbiq edərək Milli Parkın uzunmüddətli inkişafını təmin etmək, tarixi mədəni və memarlıq irsini qorumaqdır!
Dənizkənarı Bulvarın təbii landşaftının bərpası, onun tarixi simasının saxlanılması, ərazinin zəngin florasının inkişaf etdirilməsi, bulvarın mühafizə olunması, burada sosial-mədəni tədbirlərin həyata keçirilməsi məsələlərinin həllini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2008-ci il yanvarın 10-da Dənizkənarı Bulvar İdarəsinin yaradılması haqqında Fərman imzaladı. Bu Fərmandan sonra Dənizkənarı Milli Parkın əsaslı şəkildə abadlaşdırılmasına başlanıldı. Görülən abadlıq işləri sayəsində parkın yaşıllıq zolağı xeyli genişləndirildi. Burada yeni ağac və gül növləri əkildi. Onların arasında olan ekzotik bitkilər (palmalar, Argentinadan gətirilmiş baobablar, Meksikadan gətirilmiş kaktuslar və s.) bulvarın gözəlliyini daha da artırır. Ərazidə yeni attraksionlar və kino nümayişi ilə bağlı məkanlar da var. Burada özünəməxsus istirahət növü olan dəniz gəzintisi də təşkil olunur.
Milli Parkın ərazisinin genişləndirilməsi və inkişafı dövlət başçısı İlham Əliyevin daim diqqətindədir. Prezident İlham Əliyevin tapşırığı və rəhbərliyi ilə Avroviziya musiqi yarışması ərəfəsində Dənizkənarı Milli Parkın ərazisinin Əl Oyunları Sarayından Dövlət Bayrağı Meydanına qədər uzadılması işləri tamamlandı. Şəhər sakinlərinin istifadəsinə verilən Yeni Bulvarın ərazisi 1,8 kilometr, sahəsi 17,26 hektardır. Bu ərazidə tarixi əhəmiyyətli məkanlar yaradılıb. Dövlət Bayrağı Meydanı, Dövlət Bayrağı Muzeyi və Avroviziya müsabiqəsinin keçirildiyi idman-əyləncə kompleksi olan Bakı Kristal Zalı da bu məkanların sırasına daxildir.

Əlavə məlumat

Şəhər/Rayon Bakı

Sayt məlumatı

Saytın ID-si: 156
Baxışların sayı: 82
Əlavə edilib: 25.08.20 05:43:12
Yenilənib: 25.08.20 05:43:12
Vaxtı bitir: 25.08.21 05:43:00

Cəmi təkrarlanan baxışlar: 0
Cəmi unikal baxışlar: 8