Azərbaycan Respublikası Xaçmaz Rayonu İcra Hakimiyyəti

Vebsayt

Təsvir

Azərbaycan Respublikası Xaçmaz Rayonu İcra Hakimiyyəti
Xaçmaz rayonu Azərbaycanın qədim yaşayış məskəni olmaqla 1930-cu ildə yaradılmışdır. Xaçmaz 1936 - 37-ci illərdə şəhər tipli qəsəbə kimi fəaliyyət göstərmişdir. 1963-cü ildə Xaçmaz rayonu ləğv edilib, ərazisi Quba və Qusar rayonlarına verilmişdir. 1965-ci ildə rayon yenidən bərpa edilmişdir. Şimal-qərbdə Rusiya Federasiyası ilə həmsərhəddir, şimal-şərqdə Xəzər dənizi ilə əhatələnmişdir. Mərkəzi Xaçmaz şəhəridir. Rayona Xaçmaz, Xudat şəhərləri, Şollar, İstisu, Aşağı Ləgər, Şimal, Dalğalı, Meşəli, Samurçay, Günəşli, Turist, Sahillər, Arzu, Yeni Həyat qəsəbələri və Vələmir, Qaraçı, Qaraqurdlu, Hacıqurbanoba, Cığatay, Gülalan, Çaxmaqlı, Laman, Qaraqaşlı, Əbilyataq, Qarabağlı, Ağçay, Qarğalıq, Çarxı, Xanlıqoba, Qalağan, Hacılar, Ərəb, Keymərəz, Sayad, İlxıçı, Yergüc, Padar, Armudpadar, Üçgünqışlaq, Bayoba, Hacıəlibəy, Müşkür, Köhnə Xaçmaz, Müzəffəroba, Müşviq, Xaspoladoba, Əzizli, Gəncəli, Bəbəli, Qımılqışlaq, Mollabürhanlı, Çuxuroba, Maşıoba, Mirzəməmmədqışlaq, Qadaşoba, Ağarəhimoba, Şıxlar, Hacıisaoba, Uzunoba, Meçitoba, Yataqoba, Şıxlı, Şərifoba, Baraxum, Tikanoba, Xəzərli, Çaykənarı, Gödəkli, Əhmədoba, Hacıəhmədoba, Qaracəlli, Hacıqazma, Aşağı Zeyd, Çılqır, Alıcqışlaq, Qaracik, Qədmalıqışlaq, Şıxhaput, Nərəcan, Ağtala, Çiləgir, Mürşüdoba, Sabiroba, Mənçəroba, Hülövlü, Qaradağ Buduq, Qaradağlı, Rəhimoba, Ustacəlilli, Qobuqıraq, Canaxır, Mehrəliqışlaq, Bəyqışlaq, Mürsəliqışlaq, Susayqışlaq, Pərdiqıran, Çaxçaxlı, Maqsudkənd, Şollar, Dədəli, Bostançı, Nağıoba, Hacıabdurəhimoba, Sibiroba, Kiçik Baraxum, Ləcət, Moruqoba, Tağaroba, Yalama, Xanoba, Ortaoba, Ukuroba, Düztahiroba, Yaquboba, Zuxuloba, Səlimoba, Qusarçay, Palçıqoba, Çinartala, Manafoba, Ağaşirinoba, Qıraqlı, Həsənqala, Ağaverdioba, Balaqusarqışlaq, Pirquluoba, Qoçaqqazma, Hacıməmmədoba, Yeni Sudur, Həbibkənd, Nabran, Tel, Köhnə Xudat, Seyidlər, Digahoba, İdrisoba, Fərzəlioba, Xuray, Aşağıoba, Aslanoba, Niyazoba, İlxıçı, İlxıçı Həsən Əfəndi, Sərkərli, Suxtaqalaqışlaq, Ağyazı Buduq, Qaraçaycek, Qaracik Zeyid, Seyidlikəndyeri, Palıdlı kəndləri daxildir. Yayı quraq keçən mülayim isti yarımsəhra və quru çöl iqliminə malikdir. Orta temperatur yanvarda 1-2°C, iyulda 23-24°C-dir. İllik yağıntı 300-400 mm-dir. Çayları (Samur, Qusar, Qudyal, Qaraçay, Vəlvələ) Xəzər hövzəsinə aiddir. Rayonun qərbindən Samur-Abşeron kanalı keçir. Torpaqları çəmən-meşə, şabalıdı və açıq-şabalıdıdır. Çəmən və kolluqlar yayılmışdır. Düzənlik meşələri var. Çöl-donuzu, yenot, qırqovul, kəklik və s. məskunlaşmışdır. Sahil suları balıqla (külmə, kilkə, şamayı və s.) zəngindir.
Xaçmaz, əsasən, kənd təsərrüfatı rayonudur. İqtisadiyyatında tərəvəzçilik, meyvəçilik, taxılçılıq və heyvandarlıq mühüm yer tutur. Konserv zavodu, ilkin üzüm emalı zavodları, çörək kombinatı, qida məhsulları kombinatı, yem istehsalı zavodu, kondensator zavodu və s. fəaliyyət göstərir.Rayon ərazisində Sərkərtəpə, Dəyirmantapə, Canaxır, Xaspoladoba kurqanları, XV əsrə aid Şıxlar kəndində Şeyx Yusif məscidi və türbəsi, XV-XVI əsrə aid Qaraqurdlu kəndində Şah Abbas məscid-mədrəsəsi mövcuddur.

Əlavə məlumat

Şəhər/Rayon Xaçmaz

Sayt məlumatı

Saytın ID-si: 773
Baxışların sayı: 140
Əlavə edilib: 10.09.20 23:21:34
Yenilənib: 10.09.20 23:21:34
Vaxtı bitir: 10.09.21 23:21:00

DDD.AZ - MƏLUMAT - MEDİA BAZASI

Suriyada prezident seçkiləri keçiriləcək
Xəbərlər Ölkə parlamenti Suriyada gələn ay prezident seçkisi keçiriləcəyini bildirib. Bunun Prezident Bəşər Əsədin hakimiyyəti əlində saxlaması üçün bir addım olduğu düş
Kraliçanın əri niyə Şahzadə adlanırdı?
Məqalələr [Press-DDD] Edinburq Hersoqu, Kraliça II Yelizavetanın əri İngiltərə Şahzadəsi Filip aprelin 9-u 99 yaşında vəfat etdi.Bəs Yelizaveta kraliça olduğu halda niyə
2023-cü ildə Dubayda pilotsuz taksilər istifadəyə veriləcək
Məlumatlar Dubay şahzadəsi Hamdan bin Mohammad öz Twitter hesabında bildirib ki, yaxın gələcəkdə şəhər yollarında pilotsuz taksilər istifadəyə veriləcək. Belə ki, Dubay i
Gürcüstanda COVID-19-a yoluxanların sayı 295 mini ötüb
Xəbərlər Gürcüstanda son sutkada koronavirusa 818 yeni yoluxma faktı təsdiqlənib, 783 nəfər müalicə olunaraq sağalıb, 14 pasiyent vəfat edib. “Report”un yerli bürosu xə
Azərbaycanda daha bir məktəb koronavirusa görə distant təhsilə keçdi
Məlumatlar Azərbaycanda daha bir məktəb koronavirusa görə distant təhsilə keçib. BAKU.WS-in məlumatına görə, Ucar şəhər 2 nömrəli tam orta məktəbində dərslər distant keçi
Tez hazırlanan ÇİYƏLƏKLİ PİROQ
Məqalələr Tərkib: Xəmir üçün: - 1,5 stəkan un - 100 qr soyuq kərə yağı - yarım stəkan şəkər tozu - 1 yumurta - yarım ç.q. qabartma tozu - 1 çimdik duz - 1 ç.q. va