Azərbaycan Respublikası Samux Rayon İcra Hakimiyyəti

Vebsayt

Təsvir

Azərbaycan Respublikası Samux Rayon İcra Hakimiyyəti
Samux rayonu Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 18 fevral 1992-ci il tarixli 72 saylı qərarı ilə mərkəzi Səfərəliyev şəhər tipli qəsəbəsi olmaqla keçmiş Səfərəliyev rayonunun ərazisində təşkil edilmişdir. Milli Şuranın 31 dekabr 1992-ci il tarixli qərarı ilə Səfərəliyev qəsəbəsinin adı dəyişdirilərək Nəbiağalı qəsəbəsi adlandırılmışdır. “Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 13 iyun 2008-ci il tarixli Qanunu ilə Nəbiağalı qəsəbəsi və Kolayır kəndi birləşdirilərək Samux qəsəbəsi adlandırılmış və Samux qəsəbəsinə şəhər statusu verilmişdir.Səfərəliyev rayonu Azərbaycan SSR Ali Sovetinin 24 yanvar 1939-cu il tarixli 4 saylı qərarı ilə Kirovabad (hazırkı Gəncə) şəhərinin ərazisində yaradılmış, Azərbaycan SSR Ali Sovetinin 16 yanvar 1940-cı il tarixli 11 saylı qərarı ilə Kirovabad şəhər rayonlarının tərkibindən çıxarılaraq respublika rayonlarının tərkibinə daxil edilmişdir. 1948-ci ildən başlayaraq Mingəçevir Su Elektrik Stansiyasının tikintisi ilə bağlı ərazisinin çox hissəsi su altında qalmış, 1931-cu il 24 noyabrda yaradılmış keçmiş Samux rayonu Azərbaycan SSR Ali Sovetinin 28 yanvar 1954-cü il tarixli qərarı ilə ləğv edilərək Səfərəliyev rayonuna birləşdirilmişdir.Azərbaycan SSR Ali Sovetinin 4 dekabr 1959-cu il tarixli qərarı ilə Səfərəliyev rayonu müstəqil rayon kimi ləğv edilərək Gəncə şəhərinə birləşdirilmişdir. 1963-cü ilin yanvar ayından etibarən keçmiş Səfərəliyev rayonunun ərazisi Xanlar (hazərda Göygöl rayonu) rayonunun tərkibinə daxil edilmişdir.Samux mahalının adı, xarabalıqları Samux meşələrində hələ XX yüzilliyin başlanğıcında qalmaqda olan Samux şəhərinin adındandır. Bu şəhərin ərazisi Kürün hər iki sahilində Qazannı dağlarının ətəklərini Qanlı Qobu ilə Qabırrı vadisi arasında olan ərazini əhatə edirdi. Tədqiqatçıların əsərlərində Samux toponiminin alban sözü olub, meşəlik, ov yeri mənasını bildirdiyi əsaslandırılır. Digər mənbələrə görə Samux üç çayın (Kür, Qabırrı,Alazan) birləşdiyi yer mənasını bildirir.

Əlavə məlumat

Şəhər/Rayon Samux

Sayt məlumatı

Saytın ID-si: 661
Baxışların sayı: 85
Əlavə edilib: 06.09.20 02:46:35
Yenilənib: 06.09.20 02:46:35
Vaxtı bitir: 06.09.21 02:46:00

DDD.AZ - MƏLUMAT - MEDİA BAZASI

“Portofino” restoranı cərimələndi - TAM SİYAHI
Xəbərlər Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 439 ictimai iaşə obyektində 741 monitorinq keçirib. AQTA-dan
İşğaldan azad olunmuş daha bir kənddən görüntülər – VİDEO
Xəbərlər Müdafiə Nazirliyi Ağdam rayonunun Qarapirimli kəndinin videogörüntülərini yayıb Azərbaycan Müdafiə Nazirliyi Ağdam rayonunun Qarapirimli kəndinin videogörüntül
Xarici diplomların tanınması üçün müraciət asanlaşır
Məlumatlar Sistemdə müxtəlif innovativ həllər, əlavələr və dəyişikliklər edilir Təhsildə Keyfiyyət Təminatı Agentliyi xarici diplomların tanınması ilə bağlı elektron əriz
Azərbaycanda 110 rəqəmi ilə yeni nömrələr istifadəyə verildi - DYP-dən açıqlama - FOTO
Məlumatlar [Press-DDD] Azərbaycanda yeni qeydiyyat nişanları istifadəyə verilib. Bu barədə sosial şəbəkələrdə yeni qeydiyyat nişanlarının fotosu yayılıb. FED.az xəbər ver
Bu zonadakı şirkətlər bütün vergilərdən azad olacaqlar
Məqalələr [Press-DDD] "Ələt azad iqtisadi zonası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilir. Marja qanun layihəsinə istinadən xəbər verir ki, Azad
Xalçanı yumadan təmizləməyin SADƏ YOLU
Məqalələr [Press-DDD] Artıq yay ayları gəlir və yun adyalların, yorğanların, xalçaların təmizlənərək götürülməsinə başlanılır. Amma xalçaları yumaq elə də asan deyil və