Azərbaycan Respublikası Qubadlı Rayonu İcra Hakimiyyəti

Vebsayt

Təsvir

Azərbaycan Respublikası Qubadlı Rayonu İcra Hakimiyyəti
30 avqust 1930-cu il tarixli Azərbaycan Respublikasi İcraiyyə Komitəsi və Xalq Komissarlar Sovetinin Qərarı ilə təşkil edilmiş və 1-ci kateqoriyali rayonlarin siyahisina daxil edilmişdir. Rayon 1 şəhər və 93 kəndi əhatə edir. 31.08.1993-cü ildə Erməni hərbi birləşmələri tərəfindən işğal olunub
38 558 nəfər (01.05.2020-ci il tarixə) işgaldan əvvəl: 29903 nəfər (əhali etinik tərkibcə azərbaycanlılardan ibarətdir) Qubadlı rayonu Azərbaycan Respublikasının cənub-qərbində, Qarabağ yaylasının cənub şəqində yerləşir. Sahəsi 802 kvadrat kilometrdir.
Ermənistan Respublikası ilə (120 km) keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Hadrut rayonu ilə (45 km), Laçın, Cəbrayıl və Zəngilan rayonları ilə həmsərhəddir. İnzibati Mərkəzi Qubadlı şəhəridir. (24.07.1990-cı ildə şəhər statusu almışdır.) Baki şəhərindən rayon mərkəzinə 380 km-dir.Səthi, əsasən dağlıqdır. Ən hündür nöqtəsi Topağac yüksəkliyidir. (2010 metr) Qarabağ yaylasının cənub-şərq qurtaracağı olan Yazı düzü (Bərgüşad və Həkəri çayları arası) burada 450 metrədək alçalır. Əqiq və inşaat materilları yatağı var. Iqlimi, əsasən mülayim, isti quru subtropikdir. Çayları Bərgüşad, Həkəri və onların qollarıdır. Əsasən, qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. 13160 hektar meşə sahəsi vardır. Kollu və seyrək meşəli çəmənlər üstünlük təşkil edir. Heyvanları; çöl donuzu, qonur ayı, cüyür, canavar, çaqqal, tülkü, vaşaq, boz dovşan, süleysin, oxlu kirpi, müxtəlif qum sıçanları və s. Quşları: qartal, boz kəklik, turac, qırqovul, bildirçin, leylək və s. 1966-cı ildə rayonda 20 min hektar sahəsi olan Qubadlı Dövlət Təbiət yasaqlığı yaradılmışdır.

Əlavə məlumat

Şəhər/Rayon Qubadlı

Sayt məlumatı

Saytın ID-si: 566
Baxışların sayı: 95
Əlavə edilib: 05.09.20 05:50:21
Yenilənib: 05.09.20 05:50:21
Vaxtı bitir: 05.09.21 05:50:00

DDD.AZ - MƏLUMAT - MEDİA BAZASI

Suriyada prezident seçkiləri keçiriləcək
Xəbərlər Ölkə parlamenti Suriyada gələn ay prezident seçkisi keçiriləcəyini bildirib. Bunun Prezident Bəşər Əsədin hakimiyyəti əlində saxlaması üçün bir addım olduğu düş
Kraliçanın əri niyə Şahzadə adlanırdı?
Məqalələr [Press-DDD] Edinburq Hersoqu, Kraliça II Yelizavetanın əri İngiltərə Şahzadəsi Filip aprelin 9-u 99 yaşında vəfat etdi.Bəs Yelizaveta kraliça olduğu halda niyə
2023-cü ildə Dubayda pilotsuz taksilər istifadəyə veriləcək
Məlumatlar Dubay şahzadəsi Hamdan bin Mohammad öz Twitter hesabında bildirib ki, yaxın gələcəkdə şəhər yollarında pilotsuz taksilər istifadəyə veriləcək. Belə ki, Dubay i
Gürcüstanda COVID-19-a yoluxanların sayı 295 mini ötüb
Xəbərlər Gürcüstanda son sutkada koronavirusa 818 yeni yoluxma faktı təsdiqlənib, 783 nəfər müalicə olunaraq sağalıb, 14 pasiyent vəfat edib. “Report”un yerli bürosu xə
Azərbaycanda daha bir məktəb koronavirusa görə distant təhsilə keçdi
Məlumatlar Azərbaycanda daha bir məktəb koronavirusa görə distant təhsilə keçib. BAKU.WS-in məlumatına görə, Ucar şəhər 2 nömrəli tam orta məktəbində dərslər distant keçi
Tez hazırlanan ÇİYƏLƏKLİ PİROQ
Məqalələr Tərkib: Xəmir üçün: - 1,5 stəkan un - 100 qr soyuq kərə yağı - yarım stəkan şəkər tozu - 1 yumurta - yarım ç.q. qabartma tozu - 1 çimdik duz - 1 ç.q. va