Azərbaycan Respublikası Gəncə Şəhər Icra Hakimiyyəti

Təsvir

Azərbaycan Respublikası Gəncə Şəhər Icra Hakimiyyəti
Beynəlxalq Hava Limanı, Müalicə Diaqnostika Mərkəzi, Olimpiya İdman Kompleksinin Üzgüçülük hovuzu, Bayraq Kompleksi, “Xəmsə” abidəsi, “Cavadxan” Məqbərəsi, Mir Cəlal Paşayevin Ev muzeyi, Nizami Gəncəvi Muzeyi, Məhsəti Gəncəvi adına Mədəniyyət Mərkəzi, “Gəncə Qala qapıları - Arxeologiya və Etnoqrafiya Muzeyi” abidə kompleksi, Müasir İncəsənət Muzeyi, Gənclər Mərkəzi, “Aura Park” Ticarət və Əyləncə Mərkəzi, 3000 yerlik “Amfiteatr”, “DET-AL Alüminium” MMC-nin Gəncə Alüminium Yarımfabrikat zavodu, “SEMPA” QSC, “EMON Hotel”, “El Hotel”, “Ramada Plaza” mehmanxanaları, əlil və şəhid ailələri üçün ümumilikdə 229 mənzilli 5 yaşayış binası, Daxili Qoşunların hərbi hissəsi üçün 60 ailəlik zabit yataqxanası, 1500 məcburi köçkün ailəsi üçün yaşayış kompleksi, 600 məcburi köçkün üçün yeni fərdi yaşayış qəsəbəsinin, Ədliyyə Nazirliyinin Regional Mərkəzinin, Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə, Gəncə şəhər Dövlət Arxivinin Gəncə filialının, Dövlət Enerji Nəzarət İdarəsinin Gəncə şöbəsinin, Gəncə şəhər Polis İdarəsinin, Nizami və Kəpəz rayon Polis İdarələrinin, həmçinin Nizami rayon Polis bölməsinin, Nizami rayon Məhkəməsinin, DSMF-nin Gəncə Nizami və Kəpəz rayon şöbələrinin, Gəncə şəhər Statistika İdarəsinin inzibati binaları inşa edilmiş, Uşaq Yaradıcılıq Mərkəzi, fiziki qüsurlu insanlar üçün Gəncə Regional İnformasiya Mərkəzi, ASAN Xidmət Mərkəzi, “Jardin Royal” MMC, Kərpic zavodu, şokolad, kərpic, sement, asfalt və beton istehsal edən müəssisələr yaradılmış, “Gəncə Sənaye Cihaz” ASC, “Gəncə Cihazqayırma zavodu” ASC, “Gəncə-Tekstil” ASC, “Gəncə avtomobil zavodu” İstehsalat Birliyi və Gəncə “Gil-Torpaq” İS-si yenidən qurularaq fəaliyyətə başlamış, gündəlik istehsal gücü 50 ton olan çörək zavodu istifadəyə verilmiş, 2016-cı ildə “İmamzadə” dini kompleksi, Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanası, 6 saylı Poliklinika, “Gəncə avtomobil zavodu” İstehsalat Birliyinin 240 yerlik Körpələr evi-uşaq bağçası əsaslı təmirdən sonra, “Nizami yarımstansiyası, hərbi qulluqçular üçün inşa edilmiş 14 çoxmənzilli doqquzmərtəbəli bina, “Gəncə-2016-cı il Avropa Gənclər Paytaxtı” parkı, “Gəncəçay” park-bulvar kompleksi, Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbin 1 min 200 şagird yerlik əlavə tədris korpusu, Azərbaycan Dövlət Aqrar Universitetin tələbə yataqxanasının biri, Gəncəçay çayının sağ sahilində “Kitab evi”, 150 yerlik Gəncə Beynəlxalq Uşaq Klubu tikilərək istifadəyə verilmişdir. “Gəncə-Qənnadı” ASC-nin yeni Süd zavodu hazır vəziyyətə gətirilmişdir. Gəncə şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin müasir şəkildə təchiz edilmiş yeni binası, Hacıkənd qəsəbəsində Gəncə şəhər Mərkəzi Kitabxana Sisteminin 17 saylı filialı təmir edilərək istifadəyə verilmiş, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə “Azərbaycan Xalq Cümhuriyyəti” muzeyi yenidən qurulmuşdur. Gəncənin Hacıkənd qəsəbəsində yeni "Nizami Gəncəvi: sələflər və xələflər" parkının açılışı olmuşdur.

Əlavə məlumat

Şəhər/Rayon Gəncə

Sayt məlumatı

Saytın ID-si: 504
Baxışların sayı: 21
Əlavə edilib: 04.09.20 20:21:25
Yenilənib: 04.09.20 20:21:25
Vaxtı bitir: 04.09.21 20:21:25

Şərhlər

comments powered by Disqus