Azərbaycan Respublikası Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti

Təsvir

Azərbaycan Respublikası Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti
Bakı şəhərinin mərkəzi rayonlarından biri olan Yasamal rayonu inzibati ərazi vahidi kimi 1932-ci ildə yaradılmışdır, rayon cənubdan Səbail (3 km), qərbdən Qaradağ (3,2 km), şimaldan Binəqədi (2,8 km) və şərqdən Nəsimi (5 km) rayonları ilə həmsərhəddir. Rayonun ərazisi 16,22 kv.km-dir.
Rayon ərazisindən - cənubdan “Qurd qapısı”ndan və Badamdar qəsəbəsindən keçərək Bakı-Qazax və Bakı-Astara, qərbdən – Yeni Yasamal massivindən keçərək Bakı dairəvi yol vasitəsilə Bakı-Qazax, Bakı-Astara və Bakı-Yalama, şimaldan – Biləcəri enişi vasitəsi ilə Bakı-Qazax və Bakı-Yalama magistrallarına çıxış vardır.
Rayon əhalisinin sayı 248 774 nəfərdir. Rayon ərazisində 11 işğal olunmuş rayondan məcburi köçkünlər yaşayır. Bunlardan 5497 ailə - 20 550 nəfər məcburi köçkün bu günədək rayon İcra Hakimiyyətində qeydiyyatdan keçmişdir:
Qeydiyyatda olan rayon əhalisinin sıxlığı 1 kv.km-ə 15 160 nəfər düşür. Rayon əhalisinin 48.5 faizini kişilər, 51.5 faizini qadınlar təşkil edir.
Rayon ərazisində 8 ali təhsil müəssisəsi, 5 orta ixtisas təhsil müəssisəsi, 4 musiqi məktəbi, 30 uşaq bağçası-körpələr evi, 28 orta ümumtəhsil məktəbi (lisey, gimnaziya) fəaliyyət göstərir ki, burada işləyən müəllimlərin sayı 3076 nəfər, şagirdlərin sayı isə 29 643 nəfərdir.
Metropolitenin “Nizami”, “Elmlər Akademiyası”, “İnşaatçılar” və “20 Yanvar “ metro stansiyaları rayon ərazisindədir.
Rayonun seçkili yerli özünüidarəetmə orqanı Yasamal bələdiyyəsidir.
Rayon ərazisində Azərbaycan Respublikasının seçkili orqanlarına seçkilər üzrə üç seçki dairəsi – 15 saylı Yasamal I seçki dairəsi, 16 saylı Yasamal II seçki dairəsi, 17 saylı Yasamal III seçki dairəsi və bir müştərək – 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi formalaşdırılmışdır.

Əlavə məlumat

Şəhər/Rayon Bakı

Video

Sayt məlumatı

Saytın ID-si: 554
Baxışların sayı: 34
Əlavə edilib: 05.09.20 05:17:06
Yenilənib: 05.09.20 05:17:06
Vaxtı bitir: 05.09.21 05:17:06

Şərhlər

comments powered by Disqus