Tovhid.info - “Bil ki, Allahdan başqa ibadətə layiq olan heç bir məbud yoxdur”

Təsvir

Mərhəmətli və Rəhimli Allahın adı ilə!
Hər birinizi tovhid.info saytında xoş gördük!
Bu sayt Allahın izni ilə sizə İslam dinimizin yeniliklərdən, xurafatlardan uzaq, Peyğəmbərimiz Muhəmmədə (Ona Allah xeyir-duası və salamı olsun) nazil olduğu kimi çatdırmağa çalışır.
Biz dinimizi Allahın kəlamı olan Qurani-Kərimdən və Peyğəmbərimizin (Ona Allah xeyir-duası və salamı olsun) səhih Sünnəsindən saleh sələflərimizin fəhminə uyğun öyrənərək sizə çatdırmağı qarşımıza hədəf qoymuşuq.
Saytda əsas diqqət düzgün əqidənin, tövhidin öyrədilməsinə ayrılır, çünki insanın üzərinə ən birinci vacib olan budur. Allah Təala buyurub: “Allah daim ədalətli olaraq Ondan başqa ibadətə layiq heç bir məbud olmadığına şahidlik etdi, mələklər və elm sahibləri də şahidlik etdilər” (Əli İmran, 18).
Həmçinin, Peyğəmbərimiz (Ona Allah xeyir-duası və salamı olsun) səhabələrini insanları İslama dəvət etmək üçün göndərəndə onlara belə deyərdi: “Onları dəvət etdiyin ilk şey Allahı təkləşdirmək, (yəni, tövhid) olsun”. (Buxari, 6848).
Ona görə də, saytın adını “tövhid info” (tövhid barədə informasiya); şüarını isə, Allah Təalanın bu kəlamını seçdik: “Bil ki, Allahdan başqa ibadətə layiq olan heç bir məbud yoxdur” (Muhəmməd, 19).
Saytda yalnız elmində və yolunda etibarlı hesab etdiyimiz, tanınmış alimlərin və şeyxlərin yanıında dərs almış bir neçə elm tələbəsinin yazıları və dərsləri sizə təqdim olunur və hər bir dərc edilmiş materiala görə onun müəllifi cavabdehdir.
Allahdan istəyirik bu saytı həm bizim, həm də sizin üçün xeyirli və faydalı etsin.

Əlavə məlumat

Şəhər/Rayon Bakı

Video

Sayt məlumatı

Saytın ID-si: 350
Baxışların sayı: 6
Əlavə edilib: 02.09.20 23:31:41
Yenilənib: 02.09.20 23:31:41
Vaxtı bitir: 02.09.21 23:31:41
Kateqoriya: Dini portallar

Şərhlər

comments powered by Disqus