FƏQİH - Elm, əməl və dəvət

Təsvir

Rəhimli və Mərhəmətli Allahın adi ilə!

Həmd olsun Aləmlərin Rəbbi olan Allaha! Ondan başqa ibadətə və itaətə layiq olan haqq məbud yoxdur və Muhəmməd (Allahın ona salavat və salamı olsun) onun rəsulu və elçisidir.

Əziz oxucularımız, İslam elminə yiyələnmək, bu elmə əməl etmək, elmi yaymaq və bu yolda səbir etmək özünü müsəlman adlandıran hər bir kəsin borcudur.
Uca Allah buyurur: «Həqiqətən, insan ziyan içərisindədir. Yalnız iman gətirib yaxşı işlər görənlər, bir-birinə haqqı məsləhət görənlər və bir-birinə səbrli olmağı məsləhət edənlərdən başqa». (Asr surəsi, 2, 3)
İslam elmini öyrənmək Allahın müqəddəs kitabı olan Qurani-Kərimi, Allah Rəsulu Muhammədin (Allahın ona salavat və salamı olsun) hədislərini öyrənməkdir. Müxtəlif şəriət elmlərinə yiyələnməkdir.

Saytımızın əsas məqsədi adından da göründüyü kimi bu dünya və axirətdə Allahın xeyrinə çatmaq üçün müsəlmanların dində «Fəqih» olmasına nail olmaqdır.
Peyğəmbər (Allahın ona salavat salamı olsun) buyurmuşdur: «Allah kimin üçün xeyir istəyərsə, onu dində fəqih edər».
Müsəlman qardaş və bacılarımız! Daxil olduğunuz saytda müxtəlif şəriət elmlərindən bəhs edən audo və video faylları yükləmək imkanınız vardır.

Saytımızda sizə günümüzlə bağlı aktual hadisələr barədə mətnləri oxumaq imkanı verilmişdir.
Saytımızın kitabxanasından bir neçə dildə müxtəlif islam elminə dair kitabları əldə edə bilərsiniz.
Hər gün yeniləşən səhifəmizdə istər Əqidə, istər Əxlaq, istər Fiqh elmi ilə bağlı məqalələri oxumaq imkanınız vardır.
Bununla yanaşı tibb aləmi, ailə və cəmiyyət münasibətləri, qadınlarla bağlı müxtəlif mövzularda məqalələri də oxuya bilərsiniz.

Həmçinin Qurani Kərimi müxtəlif qarilərin səsi ilə dinləmək və yükləmək imkanınız vardır.
Övladlarınıza İslam dinini onları başa düşəckləri tərzdə sevdirmək üçün uşaqlara aid guşəmizdə müxtəlif şeirlər, hekayələr və oyunlar görə bilərsiniz.
Şəriətlə bağlı suallarınızı saytımızın heyət üzvləri olan Beynəlxalq Mədinə İslam Universitetinin məzunları cavablandırırlar.

Uca Allahdan istəyirik ki, bizim bu işimizi qəbul etsin, Onun razılığını qazanmağa çalışan, Allahın elmini öyrənməyə can atan, vaxtlarının dəyərini bilən, birsözlə, fəqih olmaq istəyən qulları üçün faydalı etsin!

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha!

Əlavə məlumat

Şəhər/Rayon Bakı

Sayt məlumatı

Saytın ID-si: 134
Baxışların sayı: 50
Əlavə edilib: 25.08.20 01:11:50
Yenilənib: 25.08.20 01:11:50
Vaxtı bitir: 25.08.21 01:11:50
Kateqoriya: Dini portallar

Şərhlər

comments powered by Disqus