Bizimtebib.az - Tibbi Sayt

Vebsayt

Təsvir

Bizimtebib.az saytı sırf tibbi informasiya saytı formatında yaradılması, heç də təsadüfi deyil. Hələ 2006-cı ildə təsis etdiyim və baş redaktoru olduğum, bir neçə il çapdan çıxmış “Bizim Təbib” qəzetinin davamıdır. Hal-hazırda qəzetin yayılması mexanizmində problemlər mövcuddur və o problemlərin haçansa bitəcəyini gözləmək düzgün seçim olmadığını anladım. Bu səbəbdən qəzetin internet versiyasını yaratsım.

Bizimtebib saytı siyasi məsələlərə qarışmır və o səpkidə yazıları dərc etmir. Biz yalnız insan sağlamlığına aid yazılar və məqalələr dərc etmək niyyətindəyik. Müasir tibb elminin əldə etdiyi nailiyyətlər, yeniliklər və s. informasiyalar saytımızda yer alacaq. Saytla hər kəs əməkdaşlıq edə bilər. Xüsusilə Həkimlərin saytımızla əməkdaşlıq etməsini istərdim. Əgər sağlamlığa aid yazınız varsa, paylaşmaq istəyirsinizsə bizə göndərin. Biz mütləq o yazını dərc edəcəyik.

Hörmətli oxucularımız! Artıq 26 ildir ki, bir həkim kimi çalışıram. Bu müddət ərzində tibb elminin çox dərinliklərinə çökməyi bacarmışam. Tibb elmləri namizədi, ümumi terapiya həkimiyəm. Uzun illər paralel olaraq alternativ müalicə üsullarından geniş istifadə etmişəm. Dərman bitkiləri haqqında ensiklopedik bilgiyə sahibəm. Minlərlə ağır xəstələri Allahın istəyi ilə ayağa qaldırmağı bacarmışam. Bundan sonra da bilgi və bacaracağım sayəsində, ruhdan düşməmiş ağır xəstələrə yardımçı ola biləcəyimi düşünürəm.

Mən 2002-ci ilə qədər Ukraynada həkim kimi çalışmışam və eyni zamanda “Loğman” adlı qəzetin təsisçisi və baş redaktoru olmuşam. Bir çox tibbi qəzet və jurnallarda məqalələrimlə çıxış etmişəm. Çoxsaylı elmi və populyar yazıların, kitabların müəllifiyəm. Tezliklə Azərbaycan dilində bir neçə kitablarım çapa veriləcək.
Çapa hazırlanan kitablarım:
1. “Arterial təzyiq xəstəliyi”. Bu kitab geniş oxucu kütləsi üçün  sadə (terminlərdən istifadə edilmədən) dildə yazılmışdır. Arterial təzyiq xəstəliyi ilə bağlı yarana biləcək bütün suallar cavablandırılmışdır. Bir sözlə, bu kitabı oxuyan hər kəs sağlamlığın qayğısına qalmaq yollarını tapacaq.
2. “Şəkərli diabet xəstəliyi” Bu kitabı oxuyan və əməl edən hər kəs xəstəliyini dərmansız idarə etməyi bacaracaq. Şəkərli diabet xəstəliyini həyat tərzinə uyğunlaşdırıb xəstəlikdən əziyyət çəkmədən sağlam yaşamağın sirlərini öyrənəcək. Xəstə olmayanlar isə bu xəstəlikdən necə qorunmaq yollarını biləcək.

Xəstəliklər var ki, haqqında geniş məlumat sahibi olmaq istəyirsiniz. Onlar haqqında da kitablarım hazırlanır. Tezliklə barələrində sizə məlumat veriləcək. Məsələn, “Revmatizm xəstəliyi”, “Damar xəstəlikləri”, “Qara ciyər xəstəlikləri”, “Böyrək və sidik yolları xəstəlikləri”, “Xərçəng xəstəliyi”, “Sümük-Oynaq xəstəlikləri”, “Dəri xəstəlikləri” və s.


Əlavə məlumat

Şəhər/Rayon Bakı

Sayt məlumatı

Saytın ID-si: 1148
Baxışların sayı: 22
Əlavə edilib: 11.01.21 03:00:14
Yenilənib: 11.01.21 03:00:59
Vaxtı bitir: 11.01.22 03:00:14

DDD.AZ - MƏLUMAT - MEDİA BAZASI

Füzuli Hava Limanının uçuş-eniş zolağının uzunluğu 3 km, eni 60 metr olacaq - FOTO
Xəbərlər Füzuli Beynəlxalq Hava Limanının uçuş-eniş zolağının uzunluğu 3 kilometr, eni isə 60 metr olacaq.APA-nın məlumatına görə, bu barədə işğaldan azad edilmiş Füzu
Rusiya helikopteri Suriyada qəzaya uğrayıb, ölən var
Xəbərlər Rusiya helikopteri Suriyanın şimal-şərqində qəzaya uğrayıb.“Report”un məlumatına görə, bu barədə Suriyanın rəsmi kütləvi informasiya vasitələrinə istinadən “R
“Turan Bank”da yeni departament rəhbəri təyin edilib
Məlumatlar “Turan Bank” ASC-nin İnformasiya texnologiyaları departamentinin yeni direktoru təyin edilib.ENA.az Banker.az-a istinadən xəbər verir ki, bu departamentə rəhb
Fevralın 28-i Beynəlxalq Nadir Xəstəliklər Günüdür
Məlumatlar Nadir xəstəliklərin öyrənilməsi üzrə Avropa təşkilatının (EURORDIS) təşəbbüsü ilin ən nadir günü - fevralın 29-u Beynəlxalq Nadir Xəstəliklərin Günü statusu alı
XAÇAPURİ RESEPTİ
Məqalələr Tərkibi:1 yumurta1 x.q. şəkər tozu1 ç.q. duz700-800 qr. un4 x.q. günəbaxan yağı100 ml. süd10 qr. quru maya300 ml. suİçlik:150 qr. ağ pendir150 qr. holland pen
SÜMÜKLƏRİ GÜCLƏNDİRƏN QİDALAR
Məqalələr Bədənin əsas dayağını təşkil edən sümüklər və oynaqlar yaşlandıqca müəyyən təsirlərə məruz qalır. İlbəil artan yaşla insanlar osteoporoz (sümük əriməsi), osteoa