IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxaq dialoq) İctimai Birliyi

Vebsayt

Təsvir

DEA gənc nəsli müsbət və davamlı ekoloji dəyişiklik yaratmağa hazırlamaq naminə dialoq, fəaliyyət, liderlik və təhsil kimi başlıca prinsiplərə əsaslanır.
Dialoq:Mütəmadi olaraq keçirilən tədbirlər və yerli qruplar vasitəsilə həm milli, həm də beynəlxalq səviyyədə fikir mübadiləsi.
Fəaliyyət:Gənclər düşərgəsinin, tədbirlərin və xüsusi ekoloji layihələrin təşkili və bu cür tədbirlərdə iştirak.
Liderlik:Ekoloji problemlərlə mübarizədə öz sözünü deyən və digərlərini öz sırasına cəlb edə bilən gənc liderlərin müəyyən edilməsi və dəstəklənməsi.
Təhsil:Məktəblərin, qrupların və icmaların lazımi vəsaitlərlə təmin edilməsi, onlara ətraf mühiti qorumaq üçün daha yaxşı imkanların yaradılması.IDEA haqqında:Son illərdə Cənubi Qafqaz regionundakı sürətli inkişaf və sənayeləşmə ekoloji qayğıları və bir çox ekoloji məsələləri də gündəmə gətirmişdir. Azərbaycan neft və təbii qaz ehtiyatları ilə zəngin olan və ekoloji cəhətdən gərgin regionda yerləşən bir ölkə kimi, ekoloji problemlərin yaratdığı təhlükələrin aradan qaldırılmasında fəal olmuşdur. Bunun üçün 2010-cu il Azərbaycanda "Ekologiya ili" elan edilmişdir. Gənc olmasına baxmayaraq, ölkəmiz gənc nəsli maarifləndirmə işlərinə cəlb etmək və bu cəmiyyətin hər bir üzvünə ətraf mühitin qorunması sahəsində işlər görmək üçün liderlik imkanları açmaqla yanaşı ekoloji cəhətdən təmiz sənaye və müəssisələrin yaradılmasına doğru da istiqamət ala bilib. 
Cənubi Qafqazda Vəhşi Təbiətin Bərpası və Reabilitasiya Mərkəzi ilk olaraq Azərbaycanda yaradılıb. Azərbaycan, həmçinin dünyada mövcud olan 11 iqlim tipindən 9-nun olduğu ölkə olmaqla yanaşı, cənubda subtropik palma ağaclarına və ananasına, şimalda isə alp buzlaqlarına görə məşhurdur. Bu, Qafqazdakı vəhşi təbiətin flora və faunasının zəngin biomüxtəlifliyini təmin edən əsas amildir. Azərbaycandakı gənc nəsil bu çətinliyi və dövrümüzdəki ekoloji problemlərin aktuallığını anlayır və ətraf mühitə ümumilikdə böyük maraq göstərirlər.
IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxaq dialoq) İctimai Birliyi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 12 İyul 2011-ci ildə fəaliyyətə başlamışdır. Təşkilatın əsas məqsədi ətraf mühit məsələləri və fəaliyyətlər barədə ictimai maarifləndirmə, gənclərlə əməkdaşlıq, ətraf mühit problemləri sahəsində təhsil və onlar üçün düzgün həllər tapmaqdır. 
Qısa müddət ərzində təşkilat gənc ekoloqlar və adi tələbələr üçün ağacəkmə fəaliyyətləri, o cümlədən 5 qitə və 90 ölkədən 1200 iştirakçının qatıldığı “Yer Kürəsi uşaqların gözü ilə” uşaqlar üçün beynəlxalq fotomüsabiqə və digər müxtəlif layihələr həyata keçirmişdir 
IDEA, həmçinin 2011-ci ildə Qəbələdə baş tutan konfrans və 2012-ci ildə UNEP-in əməkdaşlığı ilə reallaşdırılan “Yaşıl həftə” konfranslar silsiləsi kimi beynəlxalq mütəxəssislərin iştirak etdiyi çoxsaylı konfrans və görüşləri reallaşdıraraq dünyanın müxtəlif ölkələrindən olan gənc ekoloqların şəbəkələşməsini təmin etmişdir.
IDEA ekoloji maariflənmə işini ailə, cəmiyyət və milli həyatın ən mühüm hissəsinə çevirmək üçün bütün fəaliyyətini gənclər üzərində qurmuşdur. Bizim missiyamız gənclərin regional və beynəlxalq səviyyədə real və virtual cəmiyyətlərinin yaradılması, ətraf mühitin qorunması ilə bağlı məlumatlar verən və praktik çağırışlar edən açıq dialoqlar vasitəsilə həmin cəmiyyətin inkişaf etdirilməsi, yerlərdə ekoloji maarifləndirmə işlərini həyata keçirmək üçün bu cəmiyyətin hər bir üzvünün lider kimi yetişməsini təmin etməkdir.

Əlavə məlumat

Şəhər/Rayon Bakı

Sayt məlumatı

Saytın ID-si: 699
Baxışların sayı: 97
Əlavə edilib: 08.09.20 03:42:19
Yenilənib: 08.09.20 03:42:19
Vaxtı bitir: 08.09.21 03:42:00

DDD.AZ - MƏLUMAT - MEDİA BAZASI

Füzuli Hava Limanının uçuş-eniş zolağının uzunluğu 3 km, eni 60 metr olacaq - FOTO
Xəbərlər Füzuli Beynəlxalq Hava Limanının uçuş-eniş zolağının uzunluğu 3 kilometr, eni isə 60 metr olacaq.APA-nın məlumatına görə, bu barədə işğaldan azad edilmiş Füzu
Rusiya helikopteri Suriyada qəzaya uğrayıb, ölən var
Xəbərlər Rusiya helikopteri Suriyanın şimal-şərqində qəzaya uğrayıb.“Report”un məlumatına görə, bu barədə Suriyanın rəsmi kütləvi informasiya vasitələrinə istinadən “R
“Turan Bank”da yeni departament rəhbəri təyin edilib
Məlumatlar “Turan Bank” ASC-nin İnformasiya texnologiyaları departamentinin yeni direktoru təyin edilib.ENA.az Banker.az-a istinadən xəbər verir ki, bu departamentə rəhb
Fevralın 28-i Beynəlxalq Nadir Xəstəliklər Günüdür
Məlumatlar Nadir xəstəliklərin öyrənilməsi üzrə Avropa təşkilatının (EURORDIS) təşəbbüsü ilin ən nadir günü - fevralın 29-u Beynəlxalq Nadir Xəstəliklərin Günü statusu alı
XAÇAPURİ RESEPTİ
Məqalələr Tərkibi:1 yumurta1 x.q. şəkər tozu1 ç.q. duz700-800 qr. un4 x.q. günəbaxan yağı100 ml. süd10 qr. quru maya300 ml. suİçlik:150 qr. ağ pendir150 qr. holland pen
SÜMÜKLƏRİ GÜCLƏNDİRƏN QİDALAR
Məqalələr Bədənin əsas dayağını təşkil edən sümüklər və oynaqlar yaşlandıqca müəyyən təsirlərə məruz qalır. İlbəil artan yaşla insanlar osteoporoz (sümük əriməsi), osteoa