E-Kassa - Elektron Kassa

Vebsayt
Facebook səhifəsi: facebook.com/vergiler
Instagram səhifəsi: www.instagram.com/vergi.gov.az

Təsvir

E-kassa nəzarət mexanizmi qurğusu ilə təchiz edilmiş yeni növ proqram-aparat kompleksidir. E-kassa vasitəsi ilə alınmış və emal edilmiş çek məlumatlarının, habelə həyata keçirilən əməliyyatlar barədə məlumatların yığılması, emalı, saxlanılması və real vaxt rejimində Dövlət Vergi Xidmətinin informasiya sistemləri bazasına ötürülməsi (köçürülməsi) təmin edilir.E-kassa pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə əhali ilə pul hesablaşmalarının aparılmasında istifadə edilir.
E-kassa - malların təqdim edilməsi və xidmətlərin göstərilməsi zamanı aparılan hesablaşmaların qeydiyyatında istifadə edilən avadanlıqlardır. Məhz bu sistem hesablaşmalar zamanı aparılan əməliyyatlar barədə məlumatların toplanması, emalı, saxlanılması və internet bağlantısı yaranan kimi Dövlət Vergi Xidmətinin informasiya sistemləri bazasına ötürülməsini real vaxt rejimində təmin edir.Nəzarət mexanizmi qurğusu - malların təqdim edilməsi və xidmətlərin göstərilməsi zamanı aparılan hesablaşmalar barədə məlumatların Dövlət Vergi Xidmətinin informasiya sistemləri bazasına ötürülməsini, həmçinin e-kassa və istifadəçinin autentifikasiyasını təmin edən qurğudur.E-kassa operatoru – e-kassanın təqdim edilməsi və təchizatını, nəzarət mexanizmi qurğusuna sertifikatın yazılmasını, habelə bu avadanlıq və qurğulara qeydiyyat və servis texniki xidmətlərin göstərilməsini həyata keçirən qanunvericilikdə nəzərdə tutulmuş qaydada qeydiyyatdan keçmiş rezident hüquqi şəxsdir. Akt – e-kassanın uçota alınması və uçotdan çıxarılması, quraşdırılması, servis-texniki xidmətin göstərilməsi, habelə nəzarət mexanizmi qurğusunun aktivləşdirilməsi zamanı tərtib edilən sənəddir. Həmin sənəd e-kassa operatoru tərəfindən portal üzərindən qeydiyyata alınmaqla formalaşdırılır.Açıq açarın texnoloji sertifikatı (və ya sertifikat) - e-kassa və nəzarət mexanizmi qurğusunun zavod nömrəsi, VÖEN, obyektin kodu, obyektin ünvanı, sertifikatın buraxılış və bitmə tarixinin e-kassa istifadəçisinə aid olduğunu təsdiqləyən və Dövlət Vergi Xidməti tərəfindən göndərilən elektron fayldır. Açıq açar – açıq açar kriptosistemində yalnız konkret nəzarət mexanizmi qurğusuna aid olan və qapalı açara birləşdirilmiş, hər kəsə məlum olan açardır.QR-kod (quick response code) – optik ştrix-kod, malın sürətli məlumat kodudur. Xüsusi qurğu vasitəsilə oxunan ştrix-kod çekin bütün məlumatlarını keçid mənbədə əks etdirir.Unikal identifikator (fiskal İD) – çekdə onaltılıq say sistemi üzrə simvollardan ibarət olan və kassa əməliyyatları məlumatı əsasında, kriptoqrafik informasiya mühafizəsi vasitəsindən istifadə etməklə nəzarət mexanizmi qurğusu tərəfindən tərtib edilmiş rəmzi sətirdir.
AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti

Əlavə məlumat

Şəhər/Rayon Bakı

Sayt məlumatı

Saytın ID-si: 660
Baxışların sayı: 119
Əlavə edilib: 06.09.20 02:43:54
Yenilənib: 06.09.20 02:43:54
Vaxtı bitir: 06.09.21 02:43:00

DDD.AZ - MƏLUMAT - MEDİA BAZASI

Prezident və xanımı “Akademik Zərifə Əliyeva” gəmisinin suya salınması mərasimində
Xəbərlər Martın 1-də dünyada ilk dəfə Bakıda yaradılan “Suraxanı” gəmi-muzeyinin açılışı olub.Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əl
Azərbaycanda yük maşını traktorla toqquşdu: Ölən var
Xəbərlər Xızı rayonunda yol nəqliyyat hadisəsi baş verib.BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb.Bildiril
Mart ayının yarısında iş olmayacaq
Məlumatlar [Press-RSS] Mart ayında 14 gün qeyri-iş günü olacaq.NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, ayın ilk bayramı 8 Mart – Beynəlxalq Qadınlar Gününə düşür
“Turan Bank”da yeni departament rəhbəri təyin edilib
Məlumatlar “Turan Bank” ASC-nin İnformasiya texnologiyaları departamentinin yeni direktoru təyin edilib.ENA.az Banker.az-a istinadən xəbər verir ki, bu departamentə rəhb
XAÇAPURİ RESEPTİ
Məqalələr Tərkibi:1 yumurta1 x.q. şəkər tozu1 ç.q. duz700-800 qr. un4 x.q. günəbaxan yağı100 ml. süd10 qr. quru maya300 ml. suİçlik:150 qr. ağ pendir150 qr. holland pen
SÜMÜKLƏRİ GÜCLƏNDİRƏN QİDALAR
Məqalələr Bədənin əsas dayağını təşkil edən sümüklər və oynaqlar yaşlandıqca müəyyən təsirlərə məruz qalır. İlbəil artan yaşla insanlar osteoporoz (sümük əriməsi), osteoa