CSSN-Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası

Vebsayt

Təsvir

CSSN-Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası
Demokratik inkişaf yolu seçən bütün sivil dövlətlərdə olduğu kimi ölkəmizdə də vətəndaş cəmiyyəti quruculuğu özünəməxsus tarixi inkişaf yolu keçmişdir. İctimai sektorun inkişafı üçün zəruri hesab olunan məqsəd və hədəflər, prioritetlər davamlı şəkildə aparılmış geniş müzakirələr nəticəsində müəyyən edilərək daha da zənginləşdirilmiş və bu sahədə beynəlxalq təcrübə diqqətlə öyrənilmişdir.    
   Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2007-ci il tarixli 2288 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyasının qəbulu ölkədə QHT sektorunun inkişafında yeni mərhələnin  başlanğıcı olmuşdur. Bu sənədin qəbulu QHT sektorunun inkişafı üçün institusional və hüquqi cəhətdən daha əlverişli zəmin yaratmışdır. Konsepsiyada QHT-lərə dövlət dəstəyinin prinsip və formaları, həmçinin QHT-lərə dövlət dəstəyinin prioritet sahələri və bu dəstəyin təmin olunmasının əsas vasitələri nəzərdə tutulmuşdur. Həmin əsas vasitələr qanunvericilik bazasının, dövlət orqanları və vətəndaş cəmiyyəti institutlarının əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsindən ibarətdir.
   Konsepsiyada qarşıya qoyulan məqsəd və vəzifələrin icrası ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 13 dekabr 2007-ci il tarixli 674 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradılmış (bundan sonra-Şura) və Əsasnaməsi təsdiq olunmuşdur. Ölkədə QHT-lərin inkişafı məqsədilə bu istiqamətdə zəruri tədbirlərin görülməsi üçün Şuranın Əsasnaməsində konkret hüquq və vəzifələr, həmçinin funksiyalar müəyyən olunmuşdur. Şuranın yaradılmasının vacib məqamlarından biri də bu qurumun kollegial əsaslarla fəaliyyət göstərən qərarverici orqana malik olmasıdır. Kollegial qaydada fəaliyyət göstərən Şura QHT və dövlət orqanlarının nümayəndələrindən təşkil olunmuş 11 nəfərdən ibarətdir. Şura üzvlərindən 8 nəfəri QHT-lərin sahələr üzrə təklif etdiyi şəxslər, 3 nəfər isə dövlət orqanlarının nümayəndələridir. Şuranın fəaliyyətinin həyata keçirilməsində bütün qərarların kollegial qaydada qəbulu QHT sektorunun inkişafında şəffaflığın, demokratikliyin və hesabatlılığın təmin edilməsi məqsədi daşıyır.
   Şura öz fəaliyyətində vətəndaş cəmiyyətinin inkişafı, dövlət orqanları ilə QHT-lər arasında münasibətlərin təkmilləşdirilməsi və QHT-lərin fəaliyyəti ilə bağlı təkliflər hazırlayaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim edir, bu sahədə təhlillər aparır və hesabatlar tərtib edir, ictimai rəyin öyrənilməsi üçün tədbirlər görür, QHT-lərə konsultativ, məlumat, metodiki, təşkilati-texniki, maliyyə və digər formalarda yardım göstərir və bu sahədə təkliflər hazırlayır, həmçinin QHT-ləri dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən proqram və layihələrin həyata keçirilməsinə cəlb edir, onların peşəkar potensialının təkmilləşdirilməsi ilə bağlı müxtəlif inkişaf proqramlarını həyata keçirir.
   Şuranın fəaliyyətə başlaması ilə Azərbaycanda vətəndaş cəmiyyəti institutlarına ixtisaslaşmış dövlət dəstəyinin həyata keçirilməsi sahəsində yeni idarəetmə modeli meydana gəlmişdir. Qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyasından və Şuranın fəaliyyətinə dair Əsasnamədən irəli gələn və davamlı olaraq həyata keçirilən dövlət siyasəti nəticəsində bu gün ictimai həyatın bütün sahələrində QHT-lərin aktivliyi, o cümlədən onların dövlət qurumları ilə əsas tərəfdaş qismində faydalı əməkdaşlıq münasibətləri müşahidə olunmaqdadır. QHT-lər ictimai həyatın ən müxtəlif sahələri üzrə qəbul olunmuş dövlət proqram və strategiyalarında əsas tərəfdaş qurumlar kimi dövlət və cəmiyyət qarşısında həlli vacib hesab olunan milli, regional və məhəlli xarakterli ictimai vəzifələrin həyata keçirilməsində aktiv iştirak edir, o cümlədən çoxsaylı ictimai problemlərin həllində töhfələr verir.
   Eyni zamanda hesab olunur ki, vətəndaş cəmiyyəti institutlarının aparıcı istiqamətini təşkil edən QHT-lərin inkişafı ilə bağlı qarşıda ciddi vəzifələr dayanır və bu istiqamətdə davamlı olaraq zəruri işlər aparılır. Əsas məqsədimiz ölkədə QHT-lərin yüksək potensiala və dayanıqlı əsaslara malik olmasından, o cümlədən dövlət və cəmiyyət həyatında aktiv fəaliyyət göstərməsi üçün dəstəyin həyata keçirilməsindən ibarətdir. Mövcud və perspektiv dövlət siyasəti və onun icrası da məhz bu məqsəd və hədəflərə ünvanlanmışdır.

Əlavə məlumat

Şəhər/Rayon Bakı

Sayt məlumatı

Saytın ID-si: 637
Baxışların sayı: 104
Əlavə edilib: 06.09.20 01:37:49
Yenilənib: 06.09.20 01:37:49
Vaxtı bitir: 06.09.21 01:37:00

DDD.AZ - MƏLUMAT - MEDİA BAZASI

Prezident və xanımı “Akademik Zərifə Əliyeva” gəmisinin suya salınması mərasimində
Xəbərlər Martın 1-də dünyada ilk dəfə Bakıda yaradılan “Suraxanı” gəmi-muzeyinin açılışı olub.Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əl
Azərbaycanda yük maşını traktorla toqquşdu: Ölən var
Xəbərlər Xızı rayonunda yol nəqliyyat hadisəsi baş verib.BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb.Bildiril
Mart ayının yarısında iş olmayacaq
Məlumatlar [Press-RSS] Mart ayında 14 gün qeyri-iş günü olacaq.NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, ayın ilk bayramı 8 Mart – Beynəlxalq Qadınlar Gününə düşür
“Turan Bank”da yeni departament rəhbəri təyin edilib
Məlumatlar “Turan Bank” ASC-nin İnformasiya texnologiyaları departamentinin yeni direktoru təyin edilib.ENA.az Banker.az-a istinadən xəbər verir ki, bu departamentə rəhb
XAÇAPURİ RESEPTİ
Məqalələr Tərkibi:1 yumurta1 x.q. şəkər tozu1 ç.q. duz700-800 qr. un4 x.q. günəbaxan yağı100 ml. süd10 qr. quru maya300 ml. suİçlik:150 qr. ağ pendir150 qr. holland pen
SÜMÜKLƏRİ GÜCLƏNDİRƏN QİDALAR
Məqalələr Bədənin əsas dayağını təşkil edən sümüklər və oynaqlar yaşlandıqca müəyyən təsirlərə məruz qalır. İlbəil artan yaşla insanlar osteoporoz (sümük əriməsi), osteoa