Azərpoçt - Hər yerdə sizinlə

Vebsayt

Təsvir

"Azərpoçt” MMC-də 2017-ci ilin ən uğurlu layihəsi “Şəbəkə” xidmət mərkəzlərinin istifadəyə verilməsi olub. 2017-ci il fevral ayının 10-da istifadəyə verilən müasir xidmət mərkəzlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qurumları tərəfindən vətəndaşlara göstərilən xidmətlər vahid məkanda cəmləşib. Hazırda respublika üzrə 10 “Şəbəkə” xidmət mərkəzi fəaliyyət göstərir. Onlardan 6-sı paytaxt Bakıda, digər 4-ü isə Cəlilabad, Zaqatala, Sumqayıt və Ağdaş şəhərlərində yerləşir. "Şəbəkə" mərkəzlərində əhaliyə ənənəvi telekommunikasiya və poçt xidmətlərindən başqa, bank-maliyyə, eləcə də aviabilet satışı və turizm xidmətləri də göstərilir.

Eyni zamanda, “Şəbəkə” mərkəzlərində lokal və beynəlxalq ödəniş kartlarının, icbari sığorta, elektron imza, zərf, marka, açıqca və aviabiletlərin satışı, pul köçürmələri, büdcə, kommunal, Dövlət İpoteka Fondu üzrə ödənişlər, mobil cihazların qeydiyyatı həyata keçirilir. Mərkəzlərdə müştərilər həm də xüsusi özünəxidmət terminallarından istifadə edə bilirlər. “SmartPay” - ödəniş sistemi vasitəsi ilə kommunal, mobil, rabitə və bir çox digər xidmətlər üzrə ödəniş etmək mümkündür.

Vətəndaşlara fasiləsiz olaraq həftə içi hər gün, eyni zamanda şənbə, bazar və bayram günləri də xidmət göstərilir. "Şəbəkə" mərkəzlərinin yaradılmasında əsas məqsəd yüksək standartlara uyğun xidmət göstərilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, əlavə vaxt itkisinin qarşısının alınması, şəffaflığın təmin edilməsi və bürokratiya hallarının aradan qaldırılmasıdır.

“Azərpoçt” MMC-nin beynəlxalq sahədəki uğurlarından biri də ÜPİ-nin EMS Kooperativi tərəfindən sürətli poçt xidmətlərinin keyfiyyəti üzrə dünyanın 160-dan artıq poçt operatoru arasında keçirilən yarışlarda “Azərekspresspoçt” RM-nin ardıcıl 9 dəfə qızıl səviyyəli Sertifikatına layiq görülməsidir.
“Azərpoçt” MMC 1998-ci ildən etibarən ÜPİ-nin EMS (sürətli poçt) Kooperativinin üzvü, ÜPİ Poçt Texnologiyaları Mərkəzinin məhsullarının aktiv istifadəçisidir. Belə ki, “Azərpoçt” MMC öz fəaliyyətində 2001-ci ildən “IPS.light” izləmə sistemini, 2005-ci ildən IFS/STEFI beynəlxalq pul köçürmələri sistemini, 2013-cü ildən Qlobal monitorinq sistemini, 2016-cı ildən “IPS.Post” yeni izləmə sistemini tətbiq etməklə, bu sistemlərin imkanlarından faydalanmaqdadır.

Əlavə məlumat

Şəhər/Rayon Bakı

Sayt məlumatı

Saytın ID-si: 163
Baxışların sayı: 206
Əlavə edilib: 25.08.20 12:37:41
Yenilənib: 25.08.20 12:37:41
Vaxtı bitir: 25.08.21 12:37:00

DDD.AZ - MƏLUMAT - MEDİA BAZASI

Həcc ziyarəti ilə bağlı şok qərar: Keçərli vaksinlər açıqlanıb
Xəbərlər COVİD-19 pandemiyası bu il də Həcc ziyarətinin təşkilinə təsir göstərdi. Səudiyyə Ərəbistanı Həcc ziyarəti üçün 9 səhifəlik əsas qaydaları açıqlayıb. NOCOMMENT
Redmi brendi yenilənmiş Redmi Note 8-i təqdim edib
Məlumatlar Redmi brendi Note 8 smartfon modelinin yenilənmiş versiyasını təqdim edib. Xarici görünüşcə yeni model orijinal smartfonla eynidir. Buna baxmayaraq Redmi Note 8
Ukrayna Belarusla hava nəqliyyatını bağlayır
Xəbərlər Ukrayna 26 may gecə yarısından etibarən Belarusla hava nəqliyyatını tamamilə dayandırır.Bu barədə ölkənin baş naziri Denis Şmıqal “Telegram” kanalında bildirib.
Qəbələyə artıq qatarla da gedə biləcəyik – FOTOLAR
Məlumatlar [Press-DDD] Bu gün Qəbələ Dəmir Yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışı olub. NOCOMMENT.az xəbər verir ki, Azərbaycan Preziden
Uzünömürlü münasibət üçün 7 qızıl qayda
Məqalələr [Press-DDD] Sevdiyiniz insanla uzun illər birlikdə xoşbəxt yaşamaq üçün nə etməli? Axşam.az sizə sağlam münasibətin və xoşbəxt evliliyin formulunu açıqlayacaq.
Bu zonadakı şirkətlər bütün vergilərdən azad olacaqlar
Məqalələr [Press-DDD] "Ələt azad iqtisadi zonası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilir. Marja qanun layihəsinə istinadən xəbər verir ki, Azad