Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti

Vebsayt

Təsvir

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlər əsasında ölkəmizin milli təhlükəsizliyinin təmin olunması məqsədilə fəaliyyət göstərən xüsusi xidmət orqanıdır. 
Bu fəaliyyət çərçivəsində DTX xarici xüsusi xidmət orqanlarının, təşkilatların və ayrı-ayrı şəxslərin Azərbaycan Respublikasının müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşuna, iqtisadi, müdafiə, elmi-texniki potensialına və digər milli maraqlarına zərər vura biləcək kəşfiyyat, terror-təxribat və sair pozuculuq əməllərinin aşkarlanması, qabaqlanması və qarşısının alınması istiqamətində əks-kəşfiyyat, əməliyyat-axtarış və istintaq tədbirləri həyata keçirir. Konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə olan cinayətlər, terrorçuluq, kibercinayətlər, habelə dövlətin ictimai və iqtisadi sahədə milli təhlükəsizlik maraqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vuran cinayətlərin vəzifəli şəxs tərəfindən törədildiyi aşkar olunduqda, həmin cinayətlərə dair işlər üzrə ibtidai istintaqı Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti aparır. 
Dövlət Təhlükəsizliyi Xidmətinə eyni zamanda dövlət sirrinin mühafizəsi ilə bağlı müstəsna vəzifələr həvalə edilmişdir. Bu səlahiyyətlərə uyğun olaraq informasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması, vəzifəli şəxslərin və vətəndaşların dövlət sirri ilə işləməyə buraxılması üçün yoxlama tədbirləri, müəssisə, idarə və təşkilatlara dövlət sirri ilə işləməyə icazənin verilməsi DTX tərəfindən həyata keçirilir.  
Azərbaycan Respublikasının Konstitusiyası, "Milli təhlükəsizlik haqqında", "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında", "Dövlət sirri haqqında", "Terrorçuluğa qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının qanunları və digər qanunvericilik aktları, habelə ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında fəaliyyət göstərən Dövlət Təhlükəsizliyi Xidməti vəzifələrinin icrası zamanı insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını, həmçinin qanunun aliliyi, humanizm, dövlət və cəmiyyət qarşısında cavabdehlik prinsiplərini rəhbər tutur. 

Əlavə məlumat

Şəhər/Rayon Bakı

Sayt məlumatı

Saytın ID-si: 1018
Baxışların sayı: 30
Əlavə edilib: 24.09.20 02:31:51
Yenilənib: 24.09.20 02:31:51
Vaxtı bitir: 24.09.21 02:31:00

DDD.AZ - MƏLUMAT - MEDİA BAZASI

Prezident və xanımı “Akademik Zərifə Əliyeva” gəmisinin suya salınması mərasimində
Xəbərlər Martın 1-də dünyada ilk dəfə Bakıda yaradılan “Suraxanı” gəmi-muzeyinin açılışı olub.Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əl
Azərbaycanda yük maşını traktorla toqquşdu: Ölən var
Xəbərlər Xızı rayonunda yol nəqliyyat hadisəsi baş verib.BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb.Bildiril
Mart ayının yarısında iş olmayacaq
Məlumatlar [Press-RSS] Mart ayında 14 gün qeyri-iş günü olacaq.NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, ayın ilk bayramı 8 Mart – Beynəlxalq Qadınlar Gününə düşür
“Turan Bank”da yeni departament rəhbəri təyin edilib
Məlumatlar “Turan Bank” ASC-nin İnformasiya texnologiyaları departamentinin yeni direktoru təyin edilib.ENA.az Banker.az-a istinadən xəbər verir ki, bu departamentə rəhb
XAÇAPURİ RESEPTİ
Məqalələr Tərkibi:1 yumurta1 x.q. şəkər tozu1 ç.q. duz700-800 qr. un4 x.q. günəbaxan yağı100 ml. süd10 qr. quru maya300 ml. suİçlik:150 qr. ağ pendir150 qr. holland pen
SÜMÜKLƏRİ GÜCLƏNDİRƏN QİDALAR
Məqalələr Bədənin əsas dayağını təşkil edən sümüklər və oynaqlar yaşlandıqca müəyyən təsirlərə məruz qalır. İlbəil artan yaşla insanlar osteoporoz (sümük əriməsi), osteoa