Premium Bank - Premiumbank.az

Vebsayt

Təsvir

Azərbaycan Respublikasında bank sektoru ən stabil və dinamik inkişaf edən sahələrdən biridir. Ölkə iqtisadiyyatı yalnız neft sektoru hesabına deyil, həmçinin sənaye və digər sahələrin sayəsində də inkişaf edir. Bildiyimiz kimi son dövrlərdə neft sektorunun ölkə iqtisadiyyatındakı payı azalmağa başlamışdır. Qeyri-neft sektorunun inkişaf etdirilməsi və ixrac potensialının gücləndirilməsinin hədəflənməsi istiqamətində Azərbaycan dövləti bir sıra tədbirlər görməkdədir. Ölkəyə idxal olunan sənaye avadanlıqlarının vergi, gömrük və digər rüsumlardan azad olunmasına və ya daha münasib şərtlərlə tətbiq olunmasına dair qəbul edilmiş qərarlar bunun bariz nümunəsidir.

Azərbaycanda pərakəndə bank xidmətlərinin bazarı kiçik artım templəri ilə inkişaf etməkdədir. Onun sonrakı inkişafına aşağıdakı amillər xidmət edə bilər: əhalinin banklara etibarının artması, qanunların təkmilləşdirilməsi və rəqabətin gücləndirilməsi. Müntəzəm surətdə aparılan marketinq tədqiqatlarının nəticələrinə əsasən bazarın tələbatına uyğun məhsul və xidmətlər portfelinin formalaşması xidmət keyfiyyətinin yüksəldilməsi bank fəaliyyətinə çox müsbət tövfələr verə bilər. Məlum olduğu kimi, istənilən bazar tələbat və təklif münasibətləri və adekvat qiymət əsasında xarakterizə oluna bilir. O bazarlar perspektivli olacaqdır ki, orada ödəmə qabiliyyətli tələbatlar təkliflər üzərində üstünlük təşkil edəcəkdir.

“PREMIUM BANK” ASC-nın əsas hədəf planı (əldə edilən mənfəət və səhmdar sərmayəsi hesabına) nizamnamə kapitalının artırılması, nüfüzlü banklarla rəqabətin gücləndirilməsi, biznesin inkişafı və ən əsası bankın imicinin qorunmasına yönəldiləcəkdir. Bununla yanaşı Bank, xarici iqtisadi əlaqələrinin və fəaliyyətinin genişləndirilməsi məqsədilə xidmət sahələrinin şaxələnməsini (müxbir əlaqələr, xarici ölkələrdə nümayəndəliklər və s) planlaşdırır. Burada əsas məqsəd müştərilərə yerli və xarici valyutalarda məhdudiyyətsiz xidmət göstərməkdən ibarətdir. Bankın müştəri bazası əsasən iqtisadiyyatın hava nəqliyyatı sektoruna fokuslaşmışdır. Bütün növ bank xidmətlərini əhaliyə yüksək keyfiyyət, şəffaf münasibət və səviyyəli xidmətlə təklif etmək Bankın əsas prioritetlərindəndir.

Bankın əsas prinsipləri etibarlılıq, likvidlik və müstəqillikdir və bank öz fəaliyyət dövrü ərzində bu prinsiplərə sadiq qalacaqdır. Bankımız üçün əsas strateji prioritet aşağıdakı vəzifələri həyata keçirməklə onun sərmayə cəlbediciliyini və gəlirliliyini artırmaqdır:

İtkilər riskini azaltma məqsədi ilə aktivlər strukturunun optimallaşdırılması- Fəaliyyətin əsas 3 istiqaməti olan korporativ biznes, özəl bank xidməti və banklararası əməliyyatlar arasında proporsiyaların optimal paylaşdırılmasıdır.
Qeyri-mənfəətli aktivlərin daha qənaətli xidmət növlərinə keçirilməklə əməliyyatların səmərəliliyinin artırılması.
Fəaliyyətin itkisizliyinə və bankın kapitallaşdırılmasının yüksək səviyyədə təmin olunmasına imkan verən xərclərin optimallaşdırılması.
Xidmət keyfiyyəti, idarəetmə və işqüzar etikanın standartlarını yüksək səviyyədə təmin etmək məqsədi ilə idarəetmə strukturunun təkmilləşdirilməsi.
Hazırda bankımızın krediti portfelinə görə ölkənin bank bazarındakı payı təqribən 2% depozit portfelinə görə isə 1.5%-təşkil edir. Yaxın gələcəkdə bu göstəricələrin 3% və 2% intervalınadək yüksəlməsi nəzərdə tutulur. Orta müddətli perspektivdə biz bu göstəriciləri müvafiq olaraq qaldırmağı nəzərdə tutmuşuq. Həmçinin, risklərin minimum həddə endirilməsində bank , beynəlxalq təcrübəyə əsaslanaraq Compliance sistemləri və riskin idarəolunmasına xüsusi diqqət ayırır.

Biz, müştəriləri və səhmdarlarımızın mövqe və mənafeyindən çıxış edərəkonlara beynəlxalq səviyyəli maliyyə xidmətləri təklif edirik.

Biz, ən böyük dəyərimiz olan müştərilərimizin etibarını qorumaq üçün çalışırıq.

Biz, maliyyə bazarlarında dayanıqlı mövqe, beynəlxalq təcrübə və miqyası cəmləşdirə bilmişik. Bu bizim güc və güvənimizin zəmanətidir.

Biz, hər kəslə aydın və şəffaf əməkdaşlığa istiqamətlənmişik.

Biz, mövcud olduğumuz maliyyə seqmentləri sayəsində istənilən mürrəkkəblikdə kompleks və alternativ həllər təklif edirik.

Biz, vahid peşəkarlar komandası ilə güclüyük, onun hər birüzvünün bilik, potensial, enerji və yaradıcılığı komandamızı güclü və unikal edir.

Əlavə məlumat

Şəhər/Rayon Bakı

Video

Sayt məlumatı

Saytın ID-si: 1247
Baxışların sayı: 10
Əlavə edilib: 31.03.21 20:44:38
Yenilənib: 31.03.21 20:44:38
Vaxtı bitir: 31.03.22 20:44:38
Kateqoriya: Banklar

DDD.AZ - MƏLUMAT - MEDİA BAZASI

Suriyada prezident seçkiləri keçiriləcək
Xəbərlər Ölkə parlamenti Suriyada gələn ay prezident seçkisi keçiriləcəyini bildirib. Bunun Prezident Bəşər Əsədin hakimiyyəti əlində saxlaması üçün bir addım olduğu düş
Kraliçanın əri niyə Şahzadə adlanırdı?
Məqalələr [Press-DDD] Edinburq Hersoqu, Kraliça II Yelizavetanın əri İngiltərə Şahzadəsi Filip aprelin 9-u 99 yaşında vəfat etdi.Bəs Yelizaveta kraliça olduğu halda niyə
2023-cü ildə Dubayda pilotsuz taksilər istifadəyə veriləcək
Məlumatlar Dubay şahzadəsi Hamdan bin Mohammad öz Twitter hesabında bildirib ki, yaxın gələcəkdə şəhər yollarında pilotsuz taksilər istifadəyə veriləcək. Belə ki, Dubay i
Gürcüstanda COVID-19-a yoluxanların sayı 295 mini ötüb
Xəbərlər Gürcüstanda son sutkada koronavirusa 818 yeni yoluxma faktı təsdiqlənib, 783 nəfər müalicə olunaraq sağalıb, 14 pasiyent vəfat edib. “Report”un yerli bürosu xə
Azərbaycanda daha bir məktəb koronavirusa görə distant təhsilə keçdi
Məlumatlar Azərbaycanda daha bir məktəb koronavirusa görə distant təhsilə keçib. BAKU.WS-in məlumatına görə, Ucar şəhər 2 nömrəli tam orta məktəbində dərslər distant keçi
Tez hazırlanan ÇİYƏLƏKLİ PİROQ
Məqalələr Tərkib: Xəmir üçün: - 1,5 stəkan un - 100 qr soyuq kərə yağı - yarım stəkan şəkər tozu - 1 yumurta - yarım ç.q. qabartma tozu - 1 çimdik duz - 1 ç.q. va